Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə59/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   73
 
 
 
Şəkil 12.1. Effektiv kommunikasiyalar yolunda baryerlər 
Müxtəlif 
kommunikasiyalar 
Şəxsi baryerlər 
Fiziki baryerlər 
Semantik 
baryerlər 
Dil baryerləri 
Məlumat 
Gön-
dərən 
Gön-
dərən 
Dekodlaş-
dır ma 
Qə-
bul 
edən 
Təşkilati 
baryerlər 
Status fərqləri 
Mədəni fərqlər 
Vaxt baryerləri 
Kommunikativ 
yükləmə 
İnformasiya ilə 
bölüşmək 
istəyinin 
olmaması 


107 
Vaxt baryerləri – tam kommunikasiyanın həyata keçiril-
məsi üçün vaxtın çatışmazlığı nəticəsində yaranan kommunika-
tiv əngəllərdir. 
Kommunikativ yükləmələr effektiv ünsiyyətə mane olur. 
Bu yükləmələr kommunikativ daxilolmaların həcmi onların 
işlənib hazırlanması imkanlarını, yaxud real tələbatı əhəmiyyətli 
dərəcədə üstələdikdə yaranır. 
İnformasiya ilə bölüşmək istəyinin olmaması. İnformasi-
yaya malikolma – hakimiyyət mənbələrindən biridir. Tam 
informasiyaya malik olan şəxslər yalnız onun bir hissəsini ötürə 
bilərlər. Bu halda ondan istifadə edilməsi optimal qərar qəbul et-
məyə imkan vermir. 
Məlum olduğu kimi, informasiya verbal, yəni sözlərlə və 
qeyri-verbal formada ötürülür. 
Bəzən «susma dili» adlandırılan qeyri-verbal kommunika-
siyaları insanın ətraf mühitin qavranılan xüsusiyyətlərinə sözsüz 
reaksiyası (jestlər, üzün ifadəsi kimi) kimi müəyyənləşdirmək 
olar. İnsanlar bu qaydada verbal və qeyri-verbal məlumatları 
ötürürlər. Beləlikə, kommunikasiya insan danışanda da, heç bir 
söz tələffüz etmədikdə də (bu isə az əhəmiyyət daşımır) baş verə 
bilər. Kommunikasiyaların digər növləri üçün nəzərdə tutulduğu 
kimi, başqa insanların qeyri-verbal davranışını daha yaxşı 
anlamaqdan ötrü konkret tövsiyələr mövcuddur. Onlardan 
bəziləri ilə tanış olaq: 
1. Baş verənlərin konkret situasiya çərçivəsində araşdı-
rılması. Əgər qeyri-verbal davranış emosional reaksiyadırsa, o, 
hazırkı anda baş verənləri əks etdirir və insanın qeyri-verbal 
davranışının daha yaxşı başa düşülməsinə kömək edə bilər. 
2. Qeyri-verbal davranış və sözlə ifadə edilən mülahizələrin 
uyğun olmaması hallarına diqqət yetirilməsi. Əgər belə bir 
ziddiyyət müşahidə edilirsə, bu hal əslində nə baş verdiyini 
mükəmməl araşdırmaq üçün siqnal olmalıdır. Bəzən qeyri-verbal 
siqnallar sözlərdən daha dəqiq mahiyyət daşıyır. 


108 
3. Qeyri-verbal davranışın ən kiçik detallarının müşahidə 
edilməsinə səy göstərilməsi. İnsanın qeyri-verbal davranışı onun 
psixoloji vəziyyəti ilə bağlıdır və bu vəziyyətin ifadəsi üçün bir 
vasitədir. İnsan nə qədər çalışsa da, özünü qeyri-verbal məlu-
matlardan saxlaya bilmir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin