Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Dəyişikliklər aparılmasına qarşı müqavimət yolları



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə52/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   73
Dəyişikliklər aparılmasına qarşı müqavimət yolları
Dəyişikliklərə müqavimətin üç əsas forması müəyyən edilmişdir. 
Cədvəl 11.1. 
Əməkdaşların dəyişikliklərə müqavimət formaları 
 
 
Müqavimət formaları 
 
Müqavimət faktorları 
Məntiqi, rasional etiraz 
Adaptasiya üçün lazım olan vaxt 
əlverişsiz şərait yaratmaq imkanı; 
ixtisaslaşmanın zəiflədilməsi; 
dəyişikliklərin iqtisadi xərcləri; 
dəyişikliklərin texniki 
məqsədəuyğunluğunun 
sual doğurması 
Psixoloji, emosional təlimat 
Qeyri-müəyyənlik qorxusu; 
dəyişikliklərə uyğunlaşmaq 
bacarığının olmaması;menec- 
ment və ya dəyişikliyin digər 
agentlərinə qarşı antipatiya; təhlü- 
kəsizlik ehtiyacı, status-kvo 
saxlamaq arzusu 
Sosioloji faktorlar, qrup maraqları 
Siyasi koalisiyalar; qrup 
dəyərlərinin dəstəklənməsi; 
lokal və məhdud maraqlar; dost 
münasibətlərini qoruyub saxlamaq 
istəyi 
 
 
 
 
 
 


97 
Dəyişikliklərə müqavimətin qarşısının alınması metodları 
Rəhbərliyin dəyişikliklərə müqavimət göstərilməsinin ara-
dan qaldırmasına qarşı istifadə etdiyi metodlar böyük əhəmiy-
yətə malikdir. Burada yumşaq (əməkdaşlara dolayı təsir) və sərt 
(məcburi) metodlardan söhbət gedir. Aydındır ki, dəyişikliklər 
nə qədər radikal və dərindirsə, onlara müqavimət də bir o qədər 
güclü olur. Hər bir təşkilatda həmişə hərəkətverici və cilovlayıcı 
qüvvələr olur (şək 11.2). 
 
 
 
 
 
 
 
Şəkil 11.2. Dəyişikliklərə müqavimət ( K.Levinin “qüvvə sahələrinin analizi” 
modeli) 
Təşkilatın rəhbərliyi danışıqlar, müsahibə, anketləşdirilmə 
vasitəsilə dəyişikliklərin əməkdaşlarda nə tip reaksiyaya səbəb 
olacağını, onların bu məsələdə hansı mövqe tutacağını öyrən-
məlidir. 
Dəyişikliklərə müqavimət göstərilməsinin qarşısının alın-
ması üçün ən münasib vaxt - onların yaranmasından əvvəlki döv-
rdür. Uğurlu dəyişikliklər həyata keçirmək üçün rəhbərlər aşa-
ğıda göstərilən addımları atmalıdır: 
Potensial hərəkətverici 
qüvvələr 
Hərəkətverici qüvvələr 
Tarazlıq 
Cilovlayıcı qüvvələr 
Potensial hərəkətverici 
qüvvələr 
Hərəkətverici qüvvələr 
Tarazlıq 
Cilovlayıcı qüvvələr 


98 
1. Təşkilatdakı situasiyanı təhlil etmək və təklif olunan dəyi-
şikliyin rast gələ biləcəyi müqaviməti əvvəlcədən görmək. 
2. Müqaviməti minimuma qədər azaltmaq ( potensial və 
real). 
11.2 nömrəli cədvəldə müqaviməti azaltmaq və tamamilə 
aradan qaldırmaq üçün bəzi metodlar göstərilir. 
Şək.11.3. “dəyişiklik-müqavimət” matrisası 
Əgər dəyişikliklərə müqavimət çox güclüdürsə, onları yal-
nız qismən tətbiq etmək olar. Burada söhbət “eksperimental layi-
hə”nin tətbiqindən gedir. Bu layihə dəyişikliklərin eksperiment 
şəklində aparılmasını, nəticələrin daim təhlil olunmasını və 
onlara nəzarəti nəzərdə tutur. Müəyyən edilən zaman kəsiyindən 
sonra dəyişikliklər qiymətləndirilir və qeyri-effektiv olduğu 
halda onlardan imtina edilir. Bu cür yanaşma dəyişikliklərin 
tətbiq edildiyi ilkin, həm də çətin mərhələlərdə əlverişli şərait 
yaratmağa imkan verir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin