95
şəxslərin, dəyişikliklərin həyata
keçirilmə prosesinə cəlb
edilməsi aiddir.
Şəkil 11.1 L.Qeyner modeli: təşkilati dəyişiklərin idarə
olunması modeli
Dəyişikliklərə müqavimət göstərilməsinin səbəbləri.
Həm müqavimətin, həm də dəyişikliklərin daşıyıcıları insanlar-
dır. Adətən, insanlar dəyişikliklərdən deyil, onun nəticələrindən
qorxurlar. Onlar yeni, özləri üçün tanış olmayan situasiyaya düş-
məkdən çəkinir, qeyri-müəyyənlikdən hürkürlər. İnsanlar həm də
dəyişikliklər nəticəsində şəxsi itki
verə biləcəklərindən də qor-
xurlar. Dəyişikliklərə müqavimətin hansı səbəblərdən baş ver-
məsi “qomeostaz” termini ilə izah edilir.“Qomeostaz” dedikdə
daxili mühitin tərkib
və xüsusiyyətlərinin daimiliyi, eyni za-
manda sistemin əsas funksiyalarının mütəmadi xarakteri
nəzərdə
tutulur. İnsanlar xarici və daxili şərtlərin uzlaşmasına öyrəşir
(hətta bu uzlaşma onlar üçün kifayət qədər əlverişli olmasa belə).
Ona görə qomeostaza hətta potensial
təhlükə yarada biləcək
dəyişikliklər də onlar tərəfindən qəbul edilmir. Dəyişikliklərə
müqavimət göstərilməsinin ən mühüm səbəblərindən biri
kooperativ mədəniyyətdir. Bu mədəniyyət təşkilat üçün müdafiə
funksiyasını
yerinə yetirir, eyni zamanda dəyişikliklərin həyata
keçirilməsinin qarşısını alır.
Dəyişikliklərə müqavimət üsulları müxtəlif ola bilər.
Məsələn, dəyişikliklərin həyata keçirilməsinin sərt, avtoritar for-
Mərhələ 1.
Təzyiq və
istək
Mərhələ 2.
Vasitəçilik
və diqqətin
istiqamətin
in
dəyişdirilm
əsi
Mərhələ 3.
Diaqnostika
və
dərketmə
Mərhələ 4.
Yeni
qərarın
tapılması və
onun yerinə
yetirilməsi
üzrə
öhdəliklər
Mərhələ 5.
Eksperiment
və müəyyən-
etmə
Mərhələ 6.
Möhkəmlə-
ndirmə və
razılıq
96
ması, informasiya çatışmamazlığı kimi üsullar adi əməkdaşların
onların həyata keçirilməsində iştirakını, demək olar ki, nəzərdə
tutmur. Şübhəsiz, heç də bütün dəyişikliklər müqavimətə rast
gəlmir, onların bir qismi elə əvvəlcədən pozitiv, yaxşı nəticə verə
biləcək bir reallıq kimi qəbul edilir.
Dostları ilə paylaş: