Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   73
 
Muxtariyyət
Qərarların qəbul 
edilməsi üçün geniş 
səlahiyyətlərin təqdim 
edilməsi 
İşçiyə xeyli 
səlahiyyətlərin verilməsi 
və onun üzərinə böyük 
məsuliyyətin qoyulması 
 
Əks-əlaqə
İnformasiya 
sistemlərinin
tətbiq edilməsi 
Rəhbərlər tərəfindən 
obyektiv və operativ 
informasiyanın təqdim 
edilməsi 


67 
Mövzu 8. Qrup dinamikası və müasir komandaların 
yaradılması 
Müasir əmək kollektiv xarakter daşıyır, yəni insanlar, bir 
qayda olaraq, təkbaşına işləmirlər. Müasir işin kollektiv səciyyə-
si və əsasən fərdi mükafatlandırma arasında dərin ziddiyyət möv-
cuddur. Bu amil təşkilat davranışına böyük təsir göstərir. Eyni 
zamanda ayrı-ayrı fəhlə və briqada, müəssisə və kollektivlərin 
maraqları arasında da ziddiyyət müşahidə olunur. Həmin ziddiy-
yətlər təbii xarakter daşıya, yaxud süni surətdə meydana çıxa 
bilər. Bundan əlavə, çox vaxt insanlar qrup halında toplaşarkən 
özlərini müstəqil apara bilmirlər. İdarəetmə prosesində menecer 
bütün bu incəlikləri nəzərə almalıdır. 
İnsanlar bir sıra səbəblərə görə qruplar təşkil edirlər. Qrup 
təşkiletmənin klassik nəzəriyyəsi olan yaxınlıq nəzəriyyəsinə mü-
vafiq şəkildə insanlar məkan, yaxud coğrafi yaxınlıq səbəbindən 
qruplarda birləşirlər. 
C.Homansın qrup formalaşdırma nəzəriyyəsinə əsasən in-
sanlar qarşıda duran məsələlərin həlli prosesində bir-biri ilə qar-
şılıqlı əlaqədə olurlar. Bu qarşılıqlı əlaqə insanların bir-birinə və 
rəhbərliyə münasibətdə həm müsbət, həm də mənfi hiss və emo-
siyalarının yaranmasına gətirib çıxarır. İnsanlar ümumi məsə-
lələri birlikdə həll etdikcə, onların bir-biri ilə qarşılıqlı əlaqəsi də 
artır, iş prosesində hisslər daha da möhkəmlənir. Qarşılıqlı 
əlaqələr nə qədər güclü olsa, insanlar sıx əməkdaşlığa bir o qədər 
çox can atar və hisslərilə daha artıq dərəcədə bölüşərlər. Qar-
şılıqlı hisslər nə qədər çox büruzə verilsə, insanların birgə fəa-
liyyəti və əlaqələri güclənər. 
Tarazlıq nəzəriyyəsi təsdiq edir ki, insanlar qruplarda ümu-
mi məqsəd və dəyərlər əsasında birləşirlər. 
Mübadilə nəzəriyyəsinə görə, insanlar məkan yaxınlığı, 
ümumi məqsəd və dəyərlərin mövcudluğu şərti ilə o halda qarşı-
lıqlı əlaqəyə can atırlar ki, bu əməkdaşlıq nəticəsində əldə edilən 
mükafat, xərcləri üstələyir. 


68 
Təhlükəsizliyin təmin edilməsi, ünsiyyət, mənsubiyyət
özünəhörmət, hakimiyyətin gücləndirilməsi və müəyyən statusun 
(şək.9.1) əldə edilməsi, məqsədə çatmaq və tələbatların ödənil-
məsi kimi məsələlər də insanların qruplarda birləşməsi səbəbləri 
kimi göstərilir. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin