59
4. Məqsədlə bağlı irəliləmə haqqında informasiya verən ob-
yektiv və vaxtında meydana çıxan əks əlaqə, onun olmamasın-
dan daha yaxşıdır.
Mövzu 7. Təşkilatda iş yerinin layihələşdirilməsi
İş yerinin layihələşdirilməsi zamanı diqqət əvvəlcə təşkilati
davranış sferasında əməyin zənginləşdirilməsi ilə bağlı yanaş-
malara yönəldilir. Hazırda ABŞ-da və ümumən bütün dünyada
əmək həyatının keyfiyyəti (ƏHK) mühüm sosial problemə çev-
rildiyi bir zamanda iş yerinin layihələşdirilməsi (İYL) daha geniş
kontekstdə gözdən keçirilir. 6.1№-li
şəkildə əməyin elmi təş-
kilinin tarixən əhəmiyyətli olan nəzəriyyəsindən başlayaraq, iş
yerinin layihələşdirilməsinin müxtəlif aspektləri və yanaşmaları-
na qədər ümumiləşdirilmələr aparılmışdır (ƏET).
Frederik U.Teylor və Frenik Hilbret kimi elmi menecment
sahəsində çalışan şəxslər sistematik olaraq vaxtın
ölçülməsi və
fəhlələlrin hərəkətlərinin təhlili yolu ilə iş yerlərindəki vəziyyəti
öyrənirdilər. Onların məqsədi işçilərin qüvvəsindən maksimal
dərəcədə səmərəli istifadə etmək idi. Teylor ehtimal edirdi ki, iş
tapşırıqlarının tərtib edilməsi elmi menecment nəzəriyyəsinin ən
vacib elementi ola bilər. Elmi menecment yanaşması hazırda
əməyin elmi təşkili (job engineering - ƏET) adı altında məlum
olan nəzəriyyəyə çevrilmişdir. Ümumi fikir ondan ibarət idi ki,
belə ixtisaslaşdırılmış və standartlaşdırılmış fəaliyyət növləri çox
səmərəli olur və işçilər üzərində daha sərt nəzarət formasını
həyata keçirməyə imkan verir. Lakin 1950-ci
illərdən etibarən
bir çox menecerlər hazırkı yanaşmanın arzu edilməyən
nəticələrini, məsələn, iş keyfiyyətinin aşağı düşməsini, üzürsüz
olaraq işdən yayınma hallarının artmasını
və işçilərin başqa işə
keçməsi hallarının çoxaldığını hiss etməyə başladılar. Bunun
nəticəsi olaraq funksional genişləndirmə və iş yerlərinin rotasiya
proqramlarının tətbiq edilməsi prosesinə start verildi. Beləliklə,
funksional genişləndirmə proqramları
iş yerinin üfüqi