Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Qarışıq motivasiyanın iki faktorlu nəzəriyyəsi



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   73
 
Qarışıq motivasiyanın iki faktorlu nəzəriyyəsi 
Gersberq, Maslounun işini davam etdirərək, əmək fəaliyyə-
ti motivasiyasının spesifik məzmunlu nəzəriyyəsini yaratmışdır. 
Gersberq belə bir nəticəyə gəlmişdir ki, razıqalma (məmnunluq) 
işin məzmunu, razı qalmama isə onun konteksti ilə bağlıdır. 
Gigiyenik faktorlar (amillər) işin icra olunduğu ətraf mühitlə, 
təhrikedici faktorlar isə işin öz xarakteri ilə bağlıdır. Gigiyenik 
faktor olmadıqda insanda işdən razı qalmama hissi yaranır, 
təhrikedici faktorlar yox olur. Təhrikedici faktorların olmaması 
işdən narazı qalmamağa şərait yaradır, lakin onların mövcudluğu 
məmnunluq hissini yaradır və işçiləri fəaliyyət effektivliyini 
daha da yüksəltməyə təhrik edir. Gersberq məmnunluq hissini 
yaradan faktorları motivator, qeyri-məmnunluğu isə gigiyenik 
faktor adlandırır. Diqqəti yalnız gigiyenik faktorlara yönəldən 
rəhbərlər öz personallarını təhrik etmirlər. Gersberq, görünür, 
hamıdan əvvəl ilk növbədə gigiyenik faktorların, təşkilatın insan 
resurslarının qorunması üçün son dərəcə zəruri olması fikrini 
qısa və dürüst şəkildə ifadə etmişdir. 
 
 
 
 


52 
Alderferin ERG nəzəriyyəsi 
Gersberqin və xüsusilə Maslounun əmək motivasiyasının 
məzmunlu nəzəriyyələri Kleyton Alderferin əsərlərində öz inki- 
şafını tapmışdır. 
Çədvəl 6.1 
Gigiyenik faktorlar 
Motivatorlar 
Kompaniya siyasəti və ona inzibatçılıqetmə 
Nailiyyətlər 
Texniki nəzarət 
Tanıma, təsdiqetmə 
Əməkhaqqı 
İşin özü 
Rəislə şəxsiyyətarası münasibətlər 
Məsuliyyət 
İş şəraiti 
İrəli çəkmə, irəliləmə 
Alderfer əsas tələbatların üç qrupunu seçmişdir: mövcudolma, 
əlaqələr və artma (ad da buradan irəli gəlir: ERG nəzəriyyəsi 
[Existence – varolma, Relatedness – əlaqə, Growth – artma]). 
Maslou və Gersberqdən fərqli olaraq, o, yüksəksəviyyəli tələbat-
ların yalnız aşağısəviyyəli tələbatların ödənilməsindən sonra 
təhrikedici faktora çevrilməsi, yaxud tələbatın aktivləşməsinin 
yalnız nədənsə məhrumetmə baş verdikdən sonra mümkün 
olması fikrini təsdiq etmir. 
Alderferin EKQ 
tələbatlar nəzəriyyəsi 
Maslou tələbatlarının 
iyerarxiyası 
Gersberqin ikifak- 
torlu nəzəriyyəsi 
Artıma tələbat 
Özünü ifadəetmə 
Motivatorlar 
Hörmət 
Özünəhörmət 
Əlaqələrə tələbat 
Başqa 
adamlar 
tərəfindən hörmət 
Məhəbbətə tələbat 
Gigiyenik 
faktorlar 
Mövcudolmaya, 
yaşamağa tələbat 
Təhlükəsizliyə tələbat 
Fizioloji tələbatlar 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin