Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73
Müccərəd tip. Qərarların detallaşdırılması, onların 
uyğunlaşdırılması, bütün mərhələlərin müzakirə edilməsi və 
dərin intellektual cəlb olunma əsasında variantın seçimi üstünlük 
təşkil edir (“kvadrat”). 
Praqmatik tip. Sağlam düşüncə və intuisiya əsasında 
iradi qərarlar üstünlük təşkil edir; detalları ixtisar edərkən
“məqsədə yönəlmə” cəld və dəqiq baş verir (“üçbucaq”). 
Kompleksiv tip. Qərarların qəbul edilməsində “titrəyişli 
əhval-ruhiyyə” üstünlük təşkil edir. Bu qərarlar şəxsi problem 
həyəcanından asılı olaraq, ləngidilə, qəbul edilə, eləcə də ləğv 
oluna bilər (“düzbucaq”). 
Vasitəçilik tipi. Bu halda işçilərin fikrindən ibarət olan 
və onların maraqlarını pozitiv, yaxud neqativ şəkildə əks etdirən 
nəticələri nəzərə alan “yumşaq” idarə qərarları üstünlük təşkil 
edir (“dairə”). 
Evristik tip. Təzədən generasiya edilə bilən idarə qərar-
ları üstünlük təşkil edir; yeni ideyaya möhkəm inam onların nəti-
cələrinin qiymətləndirilməsində proqnoz amilini mürəkkəb və-
ziyyətə salır (“ziqzaq”). 


126 
Cədvəl 15.1
İdarə qərarlarının qəbul edilməsində rəhbərin səhvləri 
 
Subyektiv 
Obyektiv 
Seçilmiş şablon üzrə qərar qəbul etmək adəti 
Çoxlu sayda qəbul edilən qərarlar heç də 
həmişə yerinə yetirilmir 
Mümkün ola biləcək müvəffəqiyyətin yenidən 
qiymətləndirilməsi 
Yeni qərarlar artlq qəbul edilmiş qərarlarla 
ziddiyyət təşkil edir, çünki situasiyanın 
dəyişilməsini tələb edirlər 
Özünü subyektiv cəhətdən arzu edilən məsələyə 
hazırlamaq 
Yeni qərarlar artıq qəbul edilən qərarları 
təkrar edir 
Şəxsi təcrübəyə müraciət etmək 
Qəbul edilən qərarlarda real olmayan müd-
dət göstərilir; hamı bunu başa düşür, lakin, 
buna baxmayaraq, onları qəbul edirlər 
Risklərin lazımi dərəcədə qiymətləndirilməməsi 
Şəraitə görə qəbul edilən qərarlar 
“yarımçılıq” qalır 
Ən münasib varianta üstünlükvermə 
Yeni qərarlarda münaqişənin müəyyən his-
səsi müşahidə edilir 
Haqlı olduğunu sübut etmək meyili 
Yeni qərarlar səs çoxluğu ilə qəbul edilir, 
hərçənd ki, bu, heç də həmişə özünü doğ-
rultmur 
İnformasiyanın öz qərarına uyğunlaşdırılması 
meyili 
Qərarlar sonradan bütün səhvlərin düzəldil-
məsinin nəzərə alınması şərti ilə qəbul edilir 
Qərarın abstrakt səthi şəkildə işlənməsi 
Vaxt çatışmazlığına görə qərar qəbul edilər-
kən mərhələlər proseduruna əhəmiyyət ve-
rilmir 
Keçmiş uğursuzluqların təzyiqi 
Qərar qəbul etmək məqsədilə lazımi infor-
masiyanın hazırlanması üçün adam tapılmır 
İdarə təcrübəsində rəhbərlərin özləri və onların komandası 
bu psixoloji tipləri nadir hallarda xalis şəkildə ortaya qoyurlar. 
Hər halda bütün bunlar uyğunlaşdırılır, ona görə də idarə 
qərarlarının qəbul edilməsi üsulları da nizama salınır. 
15.1 və 15.2 N-li şəkillərdə psixohəndəsi fiqurların köməyi 
ilə bir-birini tamamlayan müxtəlif tipoloji xarakteristikalara 
malik iki rəhbərin test yoxlamalarının nəticələri verilmişdir 
(0*10 şkalalar). 


127 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin