Dərsin effektivliyinin artırılmasında şagirdlərin fəallığının təmin



Yüklə 50,36 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü50,36 Kb.
#15961
növüDərs

Kimya məktəbdə 

 

29 



 

KİMYA DƏRSLƏRİNDƏ EFFEKTİV TƏLİM 

TEXNOLOGİYALARINDAN İSTİFADƏ 

 

T.İ. Tağıyev 



Gəncə Dövlət Universiteti Kimya kafedrasının professoru, 

pedaqogika üzrə elmlər doktoru 

 

 



Dərsin  effektivliyinin  artırılmasında  şagirdlərin  fəallığının  təmin 

edilməsinin  xüsusi  əhəmiyyəti  vardır.  Bu  məqsədlə  müxtəlif  üsullar  və 

vasitələrdən  istifadə  etmək  mümkündür.  Məsələn:  Qarşıda  problemli  vəziyyət 

yaratmaq  və  şagirdləri  yaranmış  problemin  həllinə  cəlb  etmək,  onların  müstəqil 

düşünməsinə,  mühakimə  yürütməsinə  nail  olmaqla  yanaşı  analiz,  sintez, 

ümumiləşdirmə,  sistemləşdirmə,  proqnoqlaşdırma  əməliyyatlarını  yertinə 

yetirmək bacarığı formalaşdırılır ki, nəticədə yaradıcılıq imkanları artırılır. 

Dərs prosesində bu kimi zehni fəaliyyət üsulları  və priyomlardan istifadə 

edilməsi metodikasını “Xlor” mövzusunun tədrisi nümunəsində nəzərdən keçirək. 

 

Dərsin məqsədi: 

1.  Bu  mövzunun  öyrənilməsi  imkan  verir  ki,  şagirdlərin  müstəqilliyi  inkişaf 

etdirilsin və dünyagörüş tərbiyəsi formalaşsın. 

2. Şagirdlərin idraki fəaliyyətlərini aktivləşdirən metodlardan istifadə edilsin. 

3.  Hadisələrin  mahiyyətinin  maddələrin  xüsusiyyətləri  ilə  qarşılıqlı  əlaqəsi 

aşkar edilsin, maddələrin təbiətdə yayılması və praktik tətbiqi öyrədilsin. 

 

İş forması: ümumi siniflə iş, kiçik qruplarla iş, cütlərlə iş. 

Təlim üsulları: müşahidə, təcrübə, müzakirə, problemlər, şərh, diskussiya. 

Resurslar:  dərslik,  D.İ.Mendeleyevin  dövri  sistem  cədvəli,  mövzuya  aid 

hazırlanmış sxemlər və tablolar, hallogenli birləşmələrə aid kolleksiyalar. 



Dərsin planı: 

1.

 



Hallogenlərin  atomlarında  elektronların  paylanmasını  əks  etdirən 

dərslikdəki cədvəl üzrə müsahibə. 

2.

 

Flüordan başqa hallogenlərin atomlarının həyəcanlanma imkanlarını aşkar 



etmək üçün qrafiki şəkildə çəkilmiş sxem üzərində izahat vermək. 

3.

 



Xlorun laboratoriyada və sənayedə alınması üsulları. 

4.

 



Xlorun fiziki və kimyəvi xassələri ilə şagirdləri tanış etmək. 

a)

 



Bəsit maddələrlə qarşılıqlı təsiri; 

b)

 



Mürəkkəb maddələrlə qarşılıqlı təsiri; 

c)

 



Xlorun tətbiqi; 

1(45)2014 

 

 



30 

Dərsin gedişi: 

I mərhələ 

 

Motivasiya.  Problemin  qoyuluşu.  Bu  məqsədlə  şagirdlərin  qarşısında 

aşağıdakı formada problem-situasiya yaradılır: 

1.  Dövri  sistemdə  yarımqrup  üzrə  yuxarıdan  aşağıya  doğru  istiqamətdə 

hallogenlərin elektromənfiliyi necə dəyişir? 

2. Xloru laboratoriyada və sənayedə hansı üsullarla alırlar? 

Bu  suallara  cavab  vermək  üçün  şagirdlərə  təklif  edilir  ki,  dərslikdən  “Xlor” 

mövzusuna aid materialı oxuyaraq həmin suallara müstəqil cavab hazırlasınlar. 

Şagirdlər  dərslikdən  istifadə  edərək  həmin  sualları  cavablandırdıqdan  sonra, 

müəllim  onların  qarşısında  yeni  bir  problemli  vəziyyət  yaradır.  Bu  məqsədlə 

qarşıda aşağıdakı suallar qoyulur. 

Xlor atomunun radiusu flüor atomunun radiusundan böyük olmasına baxma-

yaraq  nə  üçün  xlor  molekulunun  atomlara  parçalanmasına  flüor  molekulunun 

parçalanmasından  çox  enerji  sərf  edilir?  Yəni  nə  üçün  xlor  molekulu  flüor 

molekulundan davamlıdır? 

Şagirdləri  düşündürücü  fəaliyyətə  cəlb  etdikdən  sonra  müəllim  xlor  və  flüor 

atomunun  qrafik  elektron  formuluna  əsasən  xlor  və  flüor  molekulunun  qrafik 

elektron formulunun tərtib edilməsini şagirdlərə tapşırır.  

Müəllimin  istiqamətverici  köməkliyi  ilə  şagirdlər  flüor  və  xlor  molekulunun 

qrafik elektron formullarını aşağıdakı sxemlə ifadə edirlər.  

                                                                  

3s      3p         3d       Cl                2s          2p    

 

 



 

 

 



 

       ¦    ¦    ¦           Cl                                    F 

 

 

 



 

 

 



   3d      3p       3s                   2s           2p 

 

Müəllim  şagirdlərin  diqqətənin  xlor  molekulunun  qrafik  elektron  formuluna 



cəlb  edərək  xlor  atomlarını  qoşalaşmamış  3p  elektronlarının  hesabına  yaranan 

kovalent rabitədən başqa xlor atomunda qoşalaşmış 3p elektronlarının 3d yarım-

səviyyəsinin  vakant  (boş)  orbitallarına  keçməsi  nəticəsində  əlavə  iki  kovalent 

rabitənin  yarandığını  göstərir.  Burada  qeyd  edir  ki,  flüor  atomunda  d-orbital 

olmadığı üçün flüor molekulunda bu cür əlavə rabitə yaranmır, ona görə də onun 

molekulu davamsızdır. Yəni asanlıqla atomlara parçalanır. Beləliklə problem həll 

olunur.   

 


Kimya məktəbdə 

 

31 



 

II mərhələ 

 

Tədqiqatın aparılması.  

Şagirdlərin hər biri 3-4 nəfərdən ibarət qruplara ayrılır. 

 

Dərslikdə “Xlor” mövzusuna aid verilən materialdan xlorun laboratoriyada 



və sənayedə alınması üsullarını öyrənirlər.  

Sonra  qruplara  aşağıda  verilən  suallara  müstəqil  olaraq  kitabdan  istifadə 

etməklə cavab hazırlamaq tapşırılır. 

1.

 



Xlorun fiziki xassələri hansılardır? 

2.

 



Xlor hansı bəsit maddələrlə reaksiyaya girir? Reaksiyaların tənliklərini 

yazın,  elektron  keçidini  göstərin.  Oksidləşdirici  və  reduksiyaedicini 

göstərin.  

3.

 



Xlor hansı mürəkkəıb maddələrlə reaksiyaya girir? Hər bir reaksiyanın 

tənliklərini yazın. 

4.

 

Javel  suyu  nədir?  Onun  alınması  reaksiyasının  tənliyini  yazın.  O, 



harada tətbiq olunur? 

5.

 



Xlorun tətbiqi sahələrini söyləyin.  

Şagirdlər qruplarla işləyirlər. 



 

III mərhələ 

 

İnformasiya mübadiləsi. 

Yuxarıdakı  tapşırığa  verilən  cavablar  əvvəlcə  qrup  daxilində  müzakirə 

edilir,  fikir  mübadiləsi  aparılır,  sonra  hər  qrupun  nümayəndəsi  verilmiş  sual 

tapşırıqlara aid cavabları lövhədə ümumi sinifə təqdim edir. 



 

IV mərhələ 

 

Alınan nəticələrin müzakirəsi. Bu mərhələdə cavablar dəqiqləşdirilir. 

 

V mərhələ 

 

 Nəticələrin ümumiləşdirilməsi.  

Nəticə aşağıdakı müddəalar formasında ümumiləşdirilir: 

1.

 

Xlor çox aktiv olduğu üçün təbiətdə yalnız birləşmələr şəklində tapılır. 



2.

 

Laboratoriyada  xloru  qatı  xlorid  turşusuna müxtəlif  oksidləşdiricilərin 



(MnO

2

, KMnO



4

, KClO


3

, Ca (ClO)

2

 və s) təsiri ilə almaq olar. 



3.

 

Xlor  sənayedə  qələvi  metalların  xloridlərinin  ərintiləri  və  suda 



məhlullarının elektrolizindən alınır. 

1(45)2014 

 

 



32 

4.

 



Xlor adi şəraitdə sarımtıl-yaşıl rəngli qazdır. 

Xlor bəsit maddələrdən Na, Zn, Sb, F

2

, H


2

 S, P, Fe, Cu ilə reaksiyaya girir.  

Xlor mürəkkəb maddələrdən H

2

O, NaOH,  FeCl



2

, HBr, HJ, NaBr, NaJ ilə 

reaksiyaya girir. 

Xlor  kağızların  və  parçaların  ağardəlmasında,  içməli  suyun  dezinfeksiya 

edilməsində  müxtəlif  pestisidlərin  istehsalında,  xlor-üzvi  maddələrin  və  s. 

istehsalında tətbiq olunur. 



 

VI mərhələ 

Yaradıcı tətbiq etmə. 

Qruplara aşağıdakı çalışma və məsələləri həll etmək tapşırılır: 

1.  Nə  üçün  nəm  olmadıqda  xlorun  kimyəvi  aktivliyi  zəif  olur,  lakin  su 

buxarının hətta çox az miqdarı olduqda onun kimyəvi aktivliyi kəskin artır? 

2.  Fərz  edək  ki,  atmosferdə  sərbəst  xlor  var.  Xlor  hansı  kimyəvi  reaksiyalar 

nəticəsində birləşmə halına keçər? 

3.  Xlor  bilavasitə  oksigenlə  reaksiyaya  girmir.  Nə  üçün?  (Ona  görə  ki, 

reaksiyanın  getməsi  üçün  yüksək  temperatur  lazımdır.  Cl-O  rabitəsi  isə 

davamsızdır. Yüksək enerjiyə davam gətirə bilmir). 

4. Hansı bəsit maddə xloru oksidləşdirə bilər? 

5. Xlor qələvi məhlulda ağardıcı xassə göstərir. Bu reaksiyanın tənliyini yazın 

və ağardıcı xassənin səbəbini izah edin.  

Şagirdlər aşağıdakı nəticəyə gətirilir: 

 

Cavab: Cl

2

+ 2NaOH = NaCl + NaOCl + H



2

NaOCl havadakı karbon qazı ilə reaksiyaya girir. 



OCl

-

 + CO



2

+ H


2

O  → HCO


-

+ HOCl 



HOCl - davamsız olduğu üçün oksigen ayırır, nəticədə rəngli maddə oksidləşir 

və rəngsizləşir. 

Müəllim suallara cavab aldıqdan sonra qiymətləndirməcədvəlini lövhədən asır 

və qiymətləndirmə aparılır. 



Meyar cədvəli 

 

  Meyarlar 

 

 

Qruplar 

Suallara 

verilən 

cavabların 

düzgünlüyü 

Qrupların 

fəallığı 

Qruplarda 

mehriban 

əməkdaşlıq 

Əlavə 

materialdan 

istifadə 

Analiz, sintez 

ümumiləşdirmə 

bacarığı 

Nəticənin 

təqdim 

edilməsi 

 



 

 

 



 

 

II 



 

 

 



 

 

 



III 

 

 



 

 

 



 

IV 


 

 

 



 

 

 



 

Kimya məktəbdə 

 

33 



 

Ev tapşıırığı §39-u öyrənmək. Suala cavab hazırlayın. 

1.

 

İçməli  suyun  dezinfeksiya    edilməsində  xlordan  istifadənin  rolu  nədən 



ibarətdir? İzah edin. Reaksiyanın tənliyini yazın. 

 

 

İstifadə  edilmiş  ədəbiyyat: 

 

1. Abbasov V.M və başqaları. Ümumtəhsil 

məktəblərinin  IX  sinfi  üçün.  “Kimya” 

dərslik. Bakı, 2012. 

2. 

Tağıyev  T.İ.  “Kimyanın  tədrisi 



metodikası”  I  və  II  hissələr.  Bakı.  “Elm” 

2012. 264 səh, 2013, 216 səh.

 

 

 

 


1(45)2014 

 

 



34 

 

Т.И.Тагиев. 

д.п.н., профессор кафедра химия  

Гянджинского Государственного Университета 

 

«Использование из эффективных образовательных технологии в уроков 



химии» 

 

АННОТАЦИЯ 



 

В  статье  даны  методики  использование  из  эффективных  образовательных 

технологий в теме «Хлор» в уроках химии. 

 

T.I. Tagiev 



Ph.D., Professor Department of Chemistry 

 Ganja State University 

 

“The use of effective educational technologies in chemistry lessons." 

 

ANNOTATION 

 

The  article  provides  methods  of  use  of effective  educational  technologies  in  the 

theme of "Chlorine" in chemistry lessons. 

 

 



Açar sözlər: metodika, təlim texnologiyaları, problem, ümumiləşdirmə, sistemləşdirmə, 

yaradıcılıq. 

 

Ключевые  слова:  методика,  образовательных  технологий,  проблем,  обобщение, 

систематизация, творчество. 

 

Keywords: methodology, educational technology, problems, generalization

classification, creativity. 



Yüklə 50,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin