Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»



Yüklə 0,75 Mb.
səhifə45/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   60
A.MusayevM.M

Hospital şöbə

Hospital şöbənin tərkibində aşağıdakı palatalar ayrı­lır:

1 .Nəqlolunması mümkün olmayan, yəni əməliyyatdan çıxmış, IV dərəcəli şüa xəstəliyi və aqonal vəziyyətdə olan xəstələr üçün palatalar;


  1. Yoluxucu xəstələr üçün təcridxanalar. Bu təcridxa- nalar 2 cür, yəni hava-damcı və mədə-bağırsaq infeksiyaları üçün nəzərdə tutulur;

  2. Psixinevroloji xəstələr üçün təcridxanalar;

  3. Doğum palataları vaxtında və vaxtından əvvəl baş verən doğuşlar üçün nəzərdə tutulur;

Hospital şöbədə bütün xəstələr müvəqqəti yerləşdirilir və ilkin tibbi kartoçka 1 sutkadan artıq qalmış xəstələr üçün doldurulur;

Laboratoriya şöbəsi

Bu şöbə hospital şöbəyə yaxın açılır və aşağıdakı vəzi­fələri yerinə yetirir:



  • İHYD-in yerləşdiyi əraziyə dozimetrik nəzarət;

  • Qan və sidiyin sadə klinik müayinələrinin aparılması;

  • Daxil olan xəsarətalmışlarm dozimetik müayinəsi, na­tamam sanitar təmizlənmənin və palataların dezakti- vasiyası;

Tibbi təhcizat şöbəsi (aptek) aşağıdakı qaydada açılır:

  • Tələbnamələrin qəbulu və dərman preparatlarının bu­raxılması otağı;

  • inyeksiya məhlullarının hazırlanması otağı (6 m2-dən az olmayaraq);

  • müxtəlif dərman formalarının hazırlanması üçün assis- sent otağı;

  • sterilizasiya-distilyasiya otağı;

  • çirkli qabların yuyulması üçün otaq;

  • tibbi əmlak üçün otaq.

Bəzi hallarda reseptlərin qəbulu ilə assissent otağı və sterilizasiya- distilyasiya ilə qabların yuylması otağını bir­ləşdirmək olar.

Tibbi təhcizat şöbəsinin aşağıdakı vəzifələri var:



zatı; S

  • xəsarət ocağında tibbi əmlak ehtiyatının yaradılması;

  • tibbi əmlakın uçot və qeydiyyatının aparılması;

  • çatışmayan tibbi əmlak haqqında sifarişnamələrin vaxtında verilməsi;

  • İHYD-nin şöbələrində tibbi əmlakın istifadəsi və sax­lanılmasına nəzarət olunması.

Təsərrüfat şöbəsi

Bu şöbə aşağıda göstərilən vəzifələri yerinə yetirir:



  • İHYD-nin açıldığı yerlərdə səliqə-səhman yaradılması;

  • elektrostansiyamn qurulması;

  • İHYD-nin şöbələrinin açılmasında iştirak etmək;

  • funksional şöbələrdə sanitar-təsərrüfat əmlakı, ehtiyat geyim və yataq ləvazimatı fondunun yaradılması;

  • İHYD-in şəxsi heyəti və xəsarətalmışlarm su və ərzaq təminatını təşkil edilməsi;

  • avtonəqliyyat vasitələrinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi;

  • İHYD-də vəfat etmişlərin dəfn olunmasının təşkili;

  • xalat və geyimlərin yuylması.

Müxtəlif işlərin yerinə yetirilməsində şəhərkənarı əra­ziyə köçürülənədək yüngül yaralılardan istifadə olunmalı­dır.

Xəsarətalmışlarm İHYD-dən şəhərkənarı əraziyə köçürülməsi üçün lazım olan nəqliyyat vasitələri Mülki Müdafiənin avtomobil xidməti tərəfindən ayrılır. İHYD-in rəisi xəsarətalmışlarm sayını müəyyənləşdirdikdən sonra şəhər və ya rayon MMTX rəisinə nəqliyyat üçün sifariş ve­rir. Hər bir nəqliyyat vasitəsinə təxliyyə pasportu verilir.

Təxlıyyə pasportunda təxliyyənin marşurutu, avtomaşının nişanı, xəsarətalmışların sayı profillər üzrə və maşının İHYD-dən çıxma vaxtı dəqiq göstərilməlidir. İHYD-in rəisi bütün işlərini qurtardıqdan MMTX rəisinə məruzə edir və funksional şöbələri ilə birlikdə şəhərkənarı əraziyə gəlməli­dir. MMTX rəisinin xüsusi göstərişinə qədər İHYD-si hər hansı bir profilləşdirilmiş xəstəxanalara kömək üçün istifa­də oluna bilər.

Kimyəvi zədələnmə ocağında ilk tibbi və ilk həkim


yardımının təşkili xüsusiyyətləri

Müasir kimyəvi silah tətbiq olunduqda qısa bir müddət ərzində daha çox sanitar itkilər meydana çıxa bilər. Ona görə məhdud vaxt çərçivəsində xəsarətalmışlara müva­fiq tibbi yardımın göstərilməsi işini tibbi heyətin dəri və tə­nəffüsün mühafizə vasitələrini geyinərək işləməsi müəyyən qədər çətinliklər yaradır. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım özü-özünə və yoldaşına qarşılıqlı yardım qay­dasında həyata keçirilir. Bundan başqa ilk tibbi yardım ocaqlarda sanitar drujinalar tərəfindən də göstərilir. Ocağa daxil olmazdan əvvəl sanitar drujinaçılar əvvəlcə FÜZ-lərə qarşı antidot qəbul etməli, əleyhqaz və dərini mühafizə edən vasitələri geyməlidir. Ocağa daxil olmazdan əvvəl SD bilməlidir:



  • ZM-in növü;

  • tətbiq sahəsi və işin ardıcıllığı;

  • ocaqda hansı qurumlarla və hansı məsələlərə dair qar­şılıqlı əlaqə olmalıdır;

  • iş müddəti;

  • xəsarətalmışların nəqliyyata yüklənmə yerini;

  • ocaqdan çıxmaq yeri və tam sanitar təmizlənmənin aparılması;

SD ocağa daxil olmazdan əvvəl komandir mühafizə vasitələrinin düzgün geyinilməsini yoxlayır və sonra SD-ya ocağa daxil olmaq əmri verir.

Ocaqda ilk tibbi yardımın əsas tədbirləri aşağıdakılar­dır: v

  • antidotlann vurulması;

  • natamam sanitar təmizlənmənin aparılması;

  • əleyhqazlarm geyindirilməsi;

  • xəsarətalmışlarm zədə ocağından çıxarılması;

  • ağ ciyərin ventilyasiyası (boğucu təsirli ZM-lər olma- dıqda).

Tibbi yardım göstərilmiş hər bir şəxs təcili surətdə ocaqdan İHYD-nə təxliyyə olmalıdır. Təkcə bu məqsəd üçün ayrılmış avtomaşınlardan deyil, eyni zamanda şəhər­daxili nəqliyyat vasitələrindən də istifadə olunmalıdır. İHYD ocaqdan 1-2 km aralı olmaqla və küləyin istqaməti nəzərə alınmaqla açılır və ilk həkim yardımı göstərilir. İHYD-in açıldığı ərazinin girəcəyində bölüşdürücü post (BP) yaradılır və həmin postda daxil olan xəsarətalmışlar 2 qrupa bölünür: 1-ci hərəkət edə bilənlər, 2-ci xərəyə ehtiyacı olanlar. BP-un və sanitar təmizləmə şöbəsinin şəxsi heyəti «çirkli sahədə» fərdi mühafizə vasitələrindən mütləq istifadə etməlidirlər. Ümumi qaydalara görə BP-da ilk həkim yar­dımı göstərilmir.

İHYD-nə daxil olan bütün xəsarətalmışlar tam sanitar təmizləmədən keçirilməlidir. Sanitar təmizləmə meydançası 3 hissədən ibarətdir: gözləmə, yuyunma və geyinmə hissələ­ri. Ona görə sanitar təmizləmə meydançası dezinfeksiya- duşxana avtomobili (DDA) ilə təmin edilməli, yaxud ha­mamlara yaxın yerlərdə açılmalıdır. Tam sanitar təmizlə­mədən keçdikdən sonra xəsarətalmışlar qəbul-çeşidləmə şöbəsinə göndərilir. Terapevtik yardıma ehtiyacı olanlar hospital şöbəyə aparılmalı, travmatik zədələnməsi olanlar

üçün isə hospital şöbədə 2-3 sarğı stolu açılmalıdır. Bundan başqa hospital şöbədə reanimasiya və terapevtik palatalar açılmalıdır. Bu palatalarda ilk həkim yardımı göstərmək məqsədilə oksigenterapiya, antidotlarm tətbiqi, dezinfek­siya məhlullarının köçürülməsi, simptomatik müalicə və sairə tədbirlər həyata keçirilir. Daha sonra xəsarətalmışla- rm təxliyyə şöbəsinə köçürülməsi təşkil edilir. Təxliyyə şö- bəsinədə xəsarətalmışlarm tibbi sənədləri doldurulur və şə­hərkənarı əraziyə köçürülməsi üçün nəqliyyatla təmin edil­məlidir. Tibbi-təxliyyə şöbəsində xəsarətalmışlar üçün zəru­ri ərzaq, su, geyim, yataq ləvazimatı və xəstələr üçün qulluq əşyaları ehtiyatı olmalıdır.

İHYD-nə bakterioloji ocaqda işinin


təşkili xüsusiyyətləri

Rayon və ya şəhər MMTX rəisinin göstərişi ilə İHYD-i bakterioloji zədələnmə ocağına (BZO) işləməyə göndərilir. Bunun üçün müvəqqəti infeksion şöbə təşkil olunur və ya hər hansı bir poliklinika sahəsində işləyir. İHYD-nə kömək üçün ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün briqada və ya 1-2 infeksionist ayrılır. Ayrılmış briqada və ya infek- sionist bütün xəstələrin müalicəsinə rəhbərlik edir. Hər bir ərazi həkimlər arasında sahə prinsipi ilə bölünür və həkimin sərəncamına 1 sanitar drujina verilir. SD gündə 2 ərazidə yoluxucu xəstələri aktiv surətdə aşkar etmək üçün sorğu və termometriyadan istifadə edir, əhali arasında sanitar-marifi işi aparır. Yoluxucu xəstə aşkar edildikdə sanitar drujinaçı həkim çağırır. Həkim təcili surətdə xəstəni təcrid etməklə onu xəstəxanaya göndərir. Həmin mənzildə dezinfeksiya təşkil olunur və xəstə ilə kontaktda olmuş şəxslər nəzarətə götürülür. MMTX rəisi və baş sanitar həkimə sutka ərzində aşkar olunmuş xəstələr haqqında məlumat verir. Sanitar Epidemioloji Mərkəz və onun mütəxəssisləri İHYD-in şəxsi

heyətinə daim metodik kömək göstərməlidir İHYD-in şəxsi heyətinə daim metodik kömək göstərməlidir. İHYD-in şəx­si heyəti ərazidə əks epidemik tədbirlərdə fəal iştirak etmə­lidir.

Konbinəolunmuş zədələnmə ocağında tibbi yardımın


təşkili xüsusiyyətləri

Konbinəolunmuş zədə ocalarmda xəsarətalmışlara tibbi yardımın təşkili MMTX üçün böyük çətinliklər yara­dır. Bunun üçün ilk öncə tətbiq olunan silahın növü və göz­lənilən xarakterik zədələnmələr nəzərə alınmalıdır. Nüvə və kimyəvi silahın tətbiq olunduğu ocağa əsasən ZM-in təsiri­nə məruz qalmış insanlara tibbi yardımın göstərilməsi təşkil olunmalıdır. İlk növbədə ocağa SD-lar daxil omalıdır. SD- lar üçün kiçik sahələr ayrılmalı və onlar üçün ayrılmış av­tomobillər işlədiyi sahələrə sanitar drujinalar maksimum dərəcədə yaxınlaşmalıdır. Sanitar drujinaçılar ocaqda dəri və tənəffüssün mühafizə vasitələrindən istifadə etməlidir.

İHYD ocaqdan xəsarətalmışlarm qəbulu üçün 2 km aralı və küləyin əsmə istiqaməti nəzərə alınmaqla açılır.

Düşmənin bakterioloji və nüvə silahı tətbiq etdiyi hal­larda tibb xidməti nüvə zədələnməsi olan şəxslərə müvafiq yardım göstərməklə yanaşı eyni vaxtda da İHYD-in şəxsi heyətini əhatə etməklə qeyri-spesifik profilaktika tədbirləri həyata etməlidir. Ocağa daxil olmazdan əvvəl sanitar druji­naçılar fərdi aptekçədə olan antibakterial həblərdən qəbul etməlidir. İHYD-in şəxsi heyəti ocaqda şəxsi gigiyena qay­dalarına riayət etməli və ərazidə epidemiya əleyhinə tədbir­lər həyata keçirməlidir. Xəsarətalmışlar şəhərkənarı ərazidə yerləşən xəstəxanalara göndərilir və həmin xəstəxana infeksion xəstəxana rejimində işləməlidir.



  1. FƏSİL

TƏKMİLLƏŞDİRİLMİŞ VƏ İXTİSASLAŞDIRILMIŞ
TİBBİ YARDIMIN TƏŞKİLİ

Bu ali tibbi yardım növləri ali dərəcəli həkim mütəxəs­sislər tərəfindən xüsusi təhcizatı və avadanlığı olan xəstəxa­na bazasının müalicə müəssisələrində göstərilir.

Xəstəxana bazasının təyinatı və təşkilat strukturu.

Xəstəxana bazası fXB) düşmən hücumu təhlükəsi za­manı şəhərkənarı ərazidə əhaliyə təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi və xəsarətalmışların son nəticəyə qədər müalicəsi üçün MMTX-in açdığı müalicə müəssisələridir. XB-sı müalicə-təxliyyə təminatının sistemində ikinci və son mərhələdir.

Xəstəxana bazasının tərkibinə baş, çoxprofilli və pro- filləşdirilmiş xəstəxanalar daxildir. Rəhbər tibbi qurumların sərəncamı ilə XB-m tərkibinə ixtisaslaşdırılmış tibbi yardım dəstəsi (İTYD) də təşkil oluna bilər. XB-m fəaliyyətinə xəs­təxana bazası idarəsi (XBİ) rəhbərlik edir.

XBİ-in aşağıdakı vəzifələri vardır:


  • XB-in müalicə müəssisələrinin açılması və idarə olun­masının təşkili;

  • xəsarətalmışlann diaqnostikası və müalicəsində tibb elminin yeni nailiyyətlərinin tətbiq edilməsi;

  • XB-m müalicə müəssisələrinə daxil olan xəsarətalmış- larm bərabər və səmərəli şəkildə bölüşdürülməsi;

  • müalicə müəssisələrinə daxil olan xəsarətalmışlann qə­bulu və çeşidlənməsi, onlara təkmilləşdirilmiş və ixti­saslaşdırılmış tibbi yardımın təşkili;

  • müalicə müəssisələrinin tibbi, xüsusi və sanitar- təsərrü­fat əmlakı ilə təmin olunmasının təşkili, yaralı və xəstə­lərin ərzaq təminatına nəzarət olunması.

Xəsarətalmışlann tibbi təminatı müalicə-təxliyyə isti­qaməti üzrə həyata keçirilir...

Müalicə-təxliyyə istiqaməti (MTİ) xəstəxana bazasının bir hissəsi olub, bir və ya bir neçə rayonun tibbi təminatı ilə əlaqədar olaraq vahid təxliyyə yollarının olmasına əsasla­nır. Müalicə-təxliyyə istiqaməti ərazisindəki tibbi müəssisə­lərə rəhbərlik mərkəzi rayon xəstəxanasının baş həkimi tə­rəfindən həyata keçirilir.

Xəstəxana bazasında xəstəxanaların sayı və çarpayı fondu konkret şərait, tibbi kadrlarla konspekləşmə və maddi-texniki baza nəzərə alınmaqla müəyyənləşdirilir. Xəstəxana bazasında ümumi çarpayı fondunun 20%-i uşaq­lar üçün ayrılmalıdır.

Xəstəxanaların profili sülh dövründə XB-m planına uyğun müəyyənləşdirilir. Lakin kimyəvi və ya bakterioloji ocaqlar meydana çıxdıqda terapevtik və ya infeksion tə­mayüllü müalicə müəssisələrinə ehtiyac artır və xəstəxana­nın profili təcili dəyişdirilməlidir.rMüalicə-təxliyyə istiqa­məti ərazisində tibbi bölüşdürücü məntəqə və köməkçi bölüşdürücü post açılır.

Tibbi bölüşrücü məntə (TBM) müalicə-təxliyyə is­tiqaməti ərazisində, dağıntı ərazisində kəndlərə gedən yol­larda açılır. TBM binalarda və ya çadrlarda açıla bilər. TBM-in tərkibində həkim, tibb bacısı və qeydiyyatçı vardır. Bu heyət baş xəstəxana ştatından ayrılır. TBM-in əsas vəzi­fələrinə aiddir:

- xəsarətalmışlann rayon xəstəxanalan arasında bərabər və səmərəli şəkildə bölüşdürülməsi;

-baş rayon mərkəzi xəstəxana rəhbərliyinə müalicə müəssisələrinin yüklənməsi haqqında vaxtaşırı mə­lumat vermək.

Köməkçi bölüşdürücü post (KBP) MRX-nm girəcə­yində avtomobil yollarında təşkil olunur. KBP-un tərkibinə

1 nəfər tibb bacısı və 1 nəfər ictimai asayiş qoruyan xidmə­tin nümayəndəsi daxildir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin