İlk tibbi yardım təbii fəlakət rayonunda ilk olaraq əhalinin öz-özünə və ya qarşılıqlı yardım qaydasında, həm də bu rayonda olan sanitar post və drujinalar tərəfindən həyata keçirilir. Bundan başqa zədələnən əhaliyə ilk tibbi yardım göstərmək üçün təcili və təxirasalmmaz stansiyaların qüvvə və vəsaitləri çəlb olunur. Tibbi yardım zədələnənlərə xalq təssərufatı obyektlərində MMTX tərəfindən, yaşayıŞ məntəqələrində isə SP və SD tərəfindən təşkil edilir. Təcili və təxirəsalınmaz məntəqələrin tibb işçiləri və sanitar dəstələr (SD), xilasedici qruplarla qabaqcadan qöstərilmiş rayona qəlirlər və işə başlayırlar. Zədələnənlərin axtarılmasını davam etdirirlər, zədələnənlər uçuqların altından çıxardılır, tibbi heyət və sanitar drujinalar onlara ilk tibbi yardım göstərirlər.
Sanitar itkilərin çox olduğu hallarda zədələnənlərin nəqliyyata yüklənməsi üçün yaralı və xəstənin vəziyyəti nəzərə alınmalıdır. Elə yer seçilməlidir ki, oraya gəliş və zədələnənlərin çıxarılması rahat olsun. Yüngül zədələnənlər göstərilən, onlar üçün təhlükəsiz istiqamətdə özləri sərbəst çıxmalıdırlar. Buradan zədələnənləri yaxında yerləşən stasionar yaxud ambulator-poliklinika müəsisələrinə yerləşdirmək lazımdır ki, orada onlara ilk həkim yardımı göstərilsin. İlk həkim yardımı göstərmək üçün bəzi hallarda təbii fəlakət zonasından kənarda yerləşən müalicə -profilaktik müə- sisələrin bazalarında yaradılan ilk həkim yardımı dəstələri cəlb edilir. Nəzərə almaq lazımdır ki, müalicə-təxliyə təşkili sistemində ambulator-poliklinik müəsisələrdə birinci mərhələdə zədələnənlər uzun müddət qala bilməzlər. Buna görə də MMTX zədələnənləri stasionar müəsisələrə təxliyə etmək üçün lazımı miqdarda nəqliyyat ayırmalıdır. Belə ki, təxliyə elə təşkil olunmalıdır ki, zədələnənlər ambulator- poliklinik müəsisələrdə, onlara lazım olan vaxtdan artıq onlar orada ləngiməsinlər.
Daşkənddə yer titrəməsi nəticələrinin ləğv edilməsi təcrübəsi göstərdi ki, zədələnənlərin əsas hissəsinə ilk həkim yardımı ambulator -poliklinika müəsisələri tərəfindən göstərilirdi. Belə ki, 1623 travma hadisələri bu tibb müəsisələ- rində: təcili yardım stansiyasının heyəti tərəfindən 496, xəstəxanaların qəbul şöbəsi 346, ambulator-poliklinika şöbələrdə isə 781 zədələnənə ilk həkim yardımı göstərilmişdi.
Müalicə - profilaktika sistemində təbii fəlakət zamanı zədələnən əhaliyə ikinci və son olaraq təbii fəlakət zonasından kənarda yaxında yerləşən müalicə müəsisələri xidmət göstərə bilər. Bəzi hallarda sonradan zədələnənlərin bir hissəsini digər qısa ixtisaslı tibb müəsisələrinə köçürmək tələb olunur.
Zədələnənlərin təxliyə edilməsi və onlara ixtisaslaşdırılmış tibbi yardımın düzgün göstərilməsi üçün MMTX qərargahı müalicə-profilaktika müəsisələrinin şərait və yüklənməsi haqqında məlumatlı olmalı, şəhərin hansı məntəqəsindən, obyektindən, hansı miqdarda zədələnənlərin bu və ya digər xəstəxanasına yerləşdirilməsini müəyyən etməlidir.
Yaranmış vəziyyətin düzgün qiymətləndirilməsi əsasında MMTX qərargahı müalicə müəsisələrinin, təcili yardım məntəqələrinin, ilk həkim yardımı dəstələrinin və poliklinika müəsisələrinin baş həkimlərinə müvafiq sərəncamlar verməlidir. Bu məqsədlə MMTX bütün müəssisə və qruplarda möhkəm rabitə yaratmalıdır. Zədələnənləri təxliyyə etdikdə ciddi differensial münasibət olmalıdır. Qospital- laşmaya tam ehtiyacı olanlar və zədələnmişlər göndərilməlidir. Yüngül və orta zədələnənlərin ambulator müalicəsi davam etdirməlidirlər. Müxtəlif travmatik zədələnmələri olan zərərçəkənlərlə bərabər, sinir-əsəb pozğunluğu, soma- tik və endokrin xəstəliklərin kəskinləşməsi, vaxtından qabaq doğuşlarda da kömək etmək lazımdır.
Bu çeşidli xəstələrə yardım göstərməyin təşkilində aparıcı rol təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının heyətlərinə aid edilir. Hansı ki, qabaqçadan hazırlamaq və bu vacib vəzifələri yerinə yetirməyə istiqamətləndirmək lazımdır. Təcili yardım işləri qabaqcadan sedativ, ürək- damar və digər vəsaitlərlə, lazımı aparat və alətlərlə təchiz olunmalıdırlar və bu ağırlaşmaların müalicə xüsusiyyətlərini yaxşı bilməlidirlir. Belə çeşidli xəstələrə yardım göstərmək üçün, təbii fəlakətdən əvvəl, qabaqcadan (mama- ginekoloji, əsəb-sinir, kardioloji və s. qruplar yaratmaq və təbii fəlakət baş verdikdən sonra belə ixtisaslaşdırılmış briqadalardan istifadə etmək lazımdır.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, təbii fəlakət anında (xüsusən yer titrəməsində tibb müəsisələri dağıla bilər. Bu da tibbi heyətin işləmək üçün narahatlıq törədə bilən yerlərdən köçürülməsi zərurəti yarada bilər. Ona görə də qabaqcadan bu məqsəd üçün bir sıra binalan, məktəb, uşaq baxçası və s. hazırlamaq lazımdır. Təbii fəlakət şəraitində xəstəxanaların və digər müalicə müəsisələrinin köçürülməsi ağır və çox zəhmət tələb edən işdir. Bütün tibb işçilərindən yüksək təşkilatçılıq və yüksək mənəvi keyfiyyətlər tələb edir.
Daşkənd yer titrəməsi vaxtı səhiyə işçiləri xəstələrin mühafizəsi üzrə böyük zəhmət tələb edən iş görmüşdülər. Təkcə birinci sutka ərzində zədələnmiş stasionalardan ambulator müalicəyə 2000-dən çox, digər müalicə müəsisələri- nə isə 1000-dən çox xəstə köçürülmüşdü. Təxliyə imkanı
olmayan bir sıra xəstələr isə yay səhra çadırlarında xəstəxanaların ərazilərində yerləşdirilmişdi.
Bununla belə təbii fəlakət nəticəsində tez-tez tibbi müəsisələrin və əhalinin yerləşmələrində dəyişikliklər baş verir. Tibb xidmətinin rəisləri kadrların yerləşdirilməsinə diqqəti artırmalı, yeni yaranmış müalicə müəsisələrinin inventarla təchiz olunması üzrə böyük iş aparmalıdırlar. Çarpayı fondunun profillərə bölünməsi, həkim sahələrinin müəyyənləşdirilməsi, yerlərdə yeni apteklərin açılması, əhalinin tələbatım ödəyə bilən aptek köşklərinin açılması və s. tədbirlər həyata keçirməlidirlər. Bəzi hallarda avtobuslarda səyyari həkim və aptek məntəqələrinin təşkil olunması məqsədəuyğun sayılır ona görə də bu tədbirlər əhalinin müvəqqəti yerləşdiyi yerdə tibb yardımı göstərməyə imkan verir. Xəstələrə xidmət göstərmək üçün tibb universitetlərinin tələbələri, elmi-tədqiqat institutlarının heyəti, həm də müvəqqəti yığılmış müalicə-profilaktik müəsisələrinin həkim və veldşer vəzifələrinə cəlb olunurlar. Zərərçəkənlərə və xəstələrə tibbi yardımın təşkili işində əhali arasında sanitar- maarif və izahedici işin aparılması böyük məna kəşb edir.
Keçmiş yer titrəmələrinin öyrənilməsi əsasında trav- malarm analizi qöstərir ki, uçuqlardan, divarların və tavanların yıxılması nəticəsində 10%, tikinti və digər konstruksiyaların düşməsi nəticəsində 35%, zərərçəkənlərin düzgün olmayan davranışları, qorxu nəticəsində dərk etmədən, vahimə vəziyyətində pəncərədən tullanma, müxtəlif əşyalarla əzilmə və s. nəticəsində 55% travma baş verir. Buna görə də MMTX digər dövlət və ictimai təşkilatlarla birlikdə təbii fəlakət baş verən rayonlarda əhali arasında sanitar-maarif və izahedici tədbirlərin aparılmasında fəal iştirak etməlidir Nəhayət, təbii fəlakət zonasında kompleks sanitar-gigiyenik və epidemiyaəleyhinə, kütləvi, yoluxucu xəstəliklərin ləğvinə yönəldilmiş tədbirlərin böyük əhəmiyyətini qeyd etmək lazımdır.
Təbii fəlakət nəticəsində bəzən minlərlə insanlar, ailələr,yaşayış şəraitindən məhrum olurlar, ağır şəraitə düşərək əziyyət çəkirlər. İnsanların çadır şəhərciyində və xilas olmuş binalarda yerləşdirilməsi, kommunal şəbəkənin dağılması və hamam-çamaşirxana xidmətinin pisləşməsi, yoluxucu xəstəliklərin baş verməsi üçün şərait yaradır.
Bu şəraitdə yoluxucu xəstəlikləri ləğv etmək kimi çətin vəzifələr tibb xidmətinin qarşısında durur.
Bütün epidemiyaəleyhinə işin mərkəzi olan SEM (sanitar-epidemioloji mərkəz) sıradan çıxdığı halda, təbii fəlakət rayonuna Səhra Səyyari Epidemiyaəleyhinə Dəstənin yeridilməsi zərurəti ortaya çıxır. Xəstələrin aktiv aşkar edilməsi, onların təşdid edilməsi və qospitallaşdırılması, mənzillərdə və ümumi istifadə yerldərində dezinfeksiya, dezinsek- siya, deqazasiya, deratizasiya və s. xüsusi profilaktik tədbirlərin aparılması yoluxucu xəstəliklərin tezliklə lokallaşma- sma və ləğv edilməsinə şərait yaradır.
Əhalinin fasiləsiz keyfiyyətli içməli su ilə təmini, məişət zibillərinin, mərkəzləşmiş qaydada çıxarılması, keyfiyyətli yuyucu vasitələrlə təhcizatı, hamamların, duşların, sanitar təmizləyicilərin fasiləsiz işləməsi, yoluxucu xəstəliklərin profilaktikasına kömək edir. Yadda saxlamaq lazımdır ki, uşaqlar yoluxucu xəstəliklərə daha çox həsasdırlar.
" Kütləvi yanğın və su basmasında tibb yardımının təşkili bir sıra xüsusiyyət kəşf edir. Belə ki, iri yanğın ocaqlarında zədələnmə təkçə əhali arasında yox, həm də təbii fəlakətin nəticələrini aradan xilasedicilərin, qrupların şəxsi heyətləri məruz qala bilərlər. Bundan əlavə MMTX çoxlu yanıq zədələnmələrinə və eyni zamanda dəm qazı və tüstüdən zərərçəkənlərə tibbi yardım qöstərməyə hazır olmalıdır.
Belə hallarda ilk tibbi yardım elə təşkil olunmalıdır ki, tüstülənmiş ərazidə zədələnənləri axtarmaq mümkün olsun. Bu halda sanitar drujinalar aktiv surətdə fəaliyyət göstərməlidirlər. Onlar yanığlı zədələnənlərə ilk tibbi yardım göstərməli və tez tüstülənmiş atmosfer ərazidən çıxarmalıdırlar. Nəqliyyat vasitələri zədələnənlərin çıxarılması üçün mümkün qədər ocağa yaxınlaşmalıdır.
Tibb Xidməti qüvvələri yanğın ocağına maksimum yaxın olmalıdır. Zədələnənlər çox olduqda müalicə müəs- siəsi və ilk həkim yardımı dəstəsi təcili tibbi yardım xəstəxanasının lazımı avadanlığı ilə qücləndirilməlidir. Bu şəraitdə müalicə müəssisələri təkprofilli yanğın xəstəxanasından və tez-tez vahid tibbi təxliyə mərhələsindən ibarət olur. Su basmasında zərərçəkənlərə tibbi yardımın qöstərilməsinin bir sıra xüsusiyətləri vardır. Su basdıqda zədələnənlərin əksəriyyəti terapevtik profilli olacaqdır, Belə ki, yaz və payız aylarında insanların uzun müddət suda qalmaları pnevmo- niya xəstəliyi törədir. Təbii suda batanların çoxu ağ ciyərlərin süni ventilyasiyasına, ürəyin qapalı masajma, qızdırıl- masına ehtiyaclı olacaqdır. İlk həkim yardımı sadə mani- pulyasiyalarla həyat əhəmiyyətli funksiyaları saxlamaq (ürək fəaliyyətini bərpa edən, sakitləşdirici vasitələrin yeridilməsi və zərərçəkənlərin qızdırılması və s. vacib tədbir olacaqdır. Bu halda görünür işin bütün ağırlığı müalicə müəssisəstinin üzərinə düşəcəkdir, hansı ki, çox hallarda birinci və vahid mərhələ olaraq ixtisaslaşdırılmış və təkmilləşdirilmiş tibbi yardım göstərəcəkdir. Müalicə müəssiəsi terapevtik profilli zədələnənləri qəbul etmək üçün lazımı miqdarda çarpayısı, dərman preparatları və avadanlıq hazırlamalıdır. İri qəza və bədbəxt hadisələrdə tibbi yardımın göstərilməsi bir sıra xüsusiyyətlərə malikdir.
Zədələnənlərə ilk tibbi yardım qöstərmək üçün müəs- siənin bütün SD və SP qısa müddətdə hazır olmalıdır. Eyni vaxtda bu işə çoxlu fəhlə və qulluqçuları da çəlb etmək olar. Lazım olduqda yaxında yerləşən müəsisələrin də SD- nı yardım göstərmək üçün cəlb etmək olar.
Kimya sənayesinin obyektlərində iri qəza baş verdikdə zədələnənlərə tibbi yardımın təşkili istehsaldan asılı olaraq
öz xüsusiyyətlərinə malikdir. Belə qəzalarla zədələnənlər təkçə qəza baş verən sahə və ya sexdə deyil, həm də digər sahə və ya sexdə olan fəhlə və qulluqçuların arasında, həm də müəssisəyə yaxın yaşayan yerli əhali arasında baş verir. Eyni zamanda bu kimyəvi obyektdə qəza nəticəsində asan buxarlanan maye və güclü təsir edən zəhərli maddələrin təsirindən baş verir. Güclü təsir edən zəhərli maddələrin buxarları küləyin köməyi ilə böyük ərazini zədələyə bilər və çoxlu insanın zədələnməsinə səbəb olar. Belə qəzalarda zə- dələnənlərə tibbi yardım göstrəmək üçün tibb xidmətinin qüvvə və vəsaitlərinin qabaqcadan diqqətlə hazırlanması tələb olunur. Bu məqsədlə istehsalın xarakterini, güclü təsir edən zəhərli maddələrin həmin müəssisədə insanlara təsirini, küləyin təsir istiqamətini, zəhərlənməyə məruz qalan sahəni, bu ərazidə yaşayan adamların sayını bilmək lazımdır. Sanitar itkilərin az olması üçün fəhlə və qulluqçuların xəbərdar edilməsi və siqnallar ancaq öz müəssiəsində deyil, həm də ətrafda yerləşən obyektlərdə həyata keçirilməlidir. Fərdi mühafizə vasitələrindən istifadə və ilk tibbi yardım qaydalarını öyrətmək qabaqcadan həyata keçirilməlidir. Qabaqcadan müəyyən sahələr üzrə SD (sanitar drujinalar) təhkim olunmalıdır. Ətraf mühitin radioaktiv maddələrlə (RM) çirklənməsi ən çox atom elektrik stansiyalarında qəza baş verdikdə əmələ qəlir. Radioaktiv zədələnən şəxslərin aktiv aşkar olunmasına xüsusi diqqət verilir.
Bu hallarda əhali şərti olaraq 3 qrupa ayrılır:
Zədə almayan şəxslər;
Az doza şüalanma alanlar, zədələnmə əlaməti olmayan şəxslər;
Kəskin şua xəstəliyi və şua yanığı olanlar, şüalanma dozası alanlar.
Birinci qrupa aid olanlara xüsusi müşahidə lazım deyil, lakin zəhərlənmiş ərazidə işlədikdə onlar üzərində ra-
diasiya nəzarəti qoyulur. İkinci qrupa aid olanlara fasiləsiz nəzarət qoyulur və qan müayinə edilir. Bunlar zədələnmiş əraziyə buraxılmırlar. Üçüncü qrupa aid olanlar yəni, kəskin şua xəstəliyi əlamətləri olanlar müalicə üçün ixtisaslaşdırılmış müəssisələrə göndərilir.
Belə ki, iri qəzalarda zərərçəkənlərə tibbi yardımın təşkili ilə əlaqədar MMTX bütün tədbirləri qabağçadan dəqiqləşdirilməli və planlaşdırımalıdır.
FƏSİL
ƏHALİNİN KÜTLƏVİ QIRĞIN SİLAHLARINDAN
MÜHAFİZƏ ÜSULLARI
'Müasir dövrdə əhalinin kütləvi qırğın silahlarından mühafizə dövlətimizin əsas vəzifələrindən biridir. Bu mühüm vəzifəni yerinə yetirmək üçün 3 əsas mühafizə üsulu nəzərdə tutulmuşdur:
Əhalinin mühafizə qurğularında yerləşdirilməsi;
Fərdi mühafizə vasitələrindən istifadə edilməsi (şək. 2,3,4,5);
Əhalinin seyrəldilməsi və şəhərkənarı əraziyə təx- liyyəsi.
Mülki Müdafiənin mühafizə qurğuları
Sığınacaqların konstruksiyaları, avadanlıqları, istifadə olunması və onların qarşısında qoyulan tələblər
rƏhalinin kollektiv şəkildə mühafizəsi üçün əvvəlcədən tikilmiş sığınacaq, binaların zirzəmiləri, metro, yeraltı keçidlər və tunellərdən istifadə olunmalıdır.
Bəzən təcili hallarda qazmalar şəkilində də və üzəri torpaqla örtülmüş sığınacaqlar təşkil oluna bilər.
Mühafizə qurğuları ilə tanışlıqdan əvvəl onlara aid olan bir çox məsələləri dəqiq müəyyənləşdirək.^Jığmacaqla- rı binaların altında, birinci mərtəbəsində və binaaltı ya- rımmərtəbələrdə yerləşdirmək lazımdınySığmacaqlar üçün tələblər aşağıdakılardır:
- orada yerləşən insanlann həyatını müasir silahların dağıdıcı amillərindən və onların nəticələrindən qorumaq;
lkq/sm2 (dərəcəsindən asılı olaraq) az olmayan artıq təzyiqli zərbə dalğasına davam gətirmək;
adamlar ən çox olan yerlərdə yerləşməli, onlan əsasən binaların lap alt qatlarında yerləşdirmək məqsədəuyğundur, ayrı-ayrı sığınacaqları isə binaların hündürlüyü qədər aralıda tikmək lazımdır. Sığınacaq radiusu 400-500 m-dən çox olmalıdır. Elə ərazidə tikilməlidir ki, oranı su basa bilməsin, neft məhsulları olan ərazidən aralı olsun.
karbohidrogenli qazlar (asetilen, metan, propan, butan, etilen, butilen, propilen) saxlanılan çənlərdən aralıda olsun;
əsas hissənin mühafizə dərəcəsinə uyğun çıxış və giriş qapıları da e’tibarlı olmalıdır. Əgər qapı uçub tökülmürsə, onda «qəza ehtiyat qapısı» olmalıdır;
daxildə istifadə olunan kommunikasiya xətləri yanmayan və tüstüləməyən materialdan hazırlanmalı;
sülh və müharibə dövrü üçün istifadəyə yararlı olmalı.
‘r"Sığmacaqlarm aşağıdakı sənədləri olmalıdır:
Sığınacağın tikildiyi vaxt;
Sığmacaqdakı adamların qeydiyyat jurnalı;
Sığınacağın N°-si;
Sığmacaqdakı avadanlıqların istismara yararlığı haqqında arayış.^
: Sığmacaqlarm həcm-plan həlli aşağıdakıları tə’min etməlidir:
dəqiq xarici divarların perimetri minimal olmalı, minimum keçid və hündürlüklər sadə və planlaşdırmada əks olunmalıdır;
daxili sahə və həcm mümkün qədər səmərəli istifadə olunmalı;
otaqların iqtisadiyyatın qayğıları və sığınacaq üçün istifadəsinə uyğun normal şərait olmalı;
gizlənənlərin yerləşdirilməsinin rahatlığı;
gizlənənlərin uzun müddət qalmaları üçün şərait;
mühəndis-texniki qurğuların rahat (kompakt) yerləşdirilməsi, yığma və istismarın rahatlığı;
dağıdıcı amillərin tə’sirndən sonra gizlənənlərin müstəqil surətdə sığınacağı tərk etmə imkanı;^
Otaqlar sığınacaq üçün uyğunlaşdırıldıqda zərbə dalğasının tə’sirinə dözən aparıcı hissələrin, qoruyucu hasarların olması nəzərə almmalıdır.nSığmacaqlarda əsas və köməkçi otaqlar nəzərdə tutulmalıdır^ rƏsas otaqlara daxildir:
Gizlənənlər üçün otaq;
İdarəetmə məntəqəsi;
Tibb məntəqəsi, tibb müəssisələrində əməliyyat- sarğı və sterilləşdirmə otağı^
. Köməkçi otaqlara daxildir:
süzgəc-ventilyasiya otağı;
sanitar qovşağı;
dizel elektrik stansiyası (DES);
elektrik açarları qutusu;
ərzaq üçün otaq;
hava və suvarma stansiyası;
oksigen balon otağı;
tambur - şluzlar, tambur^
Sığmacaqlarda ehtiyat otaqlar lazım deyil, çünki bu tikintinin bahalanmasma gətirir. Əsas və köməkçi otaqların plan və konstruksiya quruluşlarını dəqiq nəzərdən keçirək
Dostları ilə paylaş: |