Marksist məktəb K.Marks (1818-1883) və F.Engel-
sin
adı, habelə dünyanın müxtəlif ölkələrində bu təlimin
davamçılarının inqilabı fəaliyyətləri ilə bağlıdır. Ümumiy-
yətlə marksizm nəzəriyyəsinin və onun iqtisadi ideyaları-
nın yaranması, XIX əsrin 30-40-ci illərindən başlayaraq
Qərbi Avropa ölkələrində, ilk növbədə isə İngiltərədə iri
maşınlı sənayenin inkişafı, cəmiyyətin kapitalistlərə və
proletariata (fəhlələrə) bölünməsi, bu siniflər arasında iq-
tisadı-siyasi mübarizəsinin kəskinləşməsi, gələcəkdə daha
ədalətli bir quruluş (sosializm - kommunizm cəmiyyəti)
formalaşması zəruriliyinə əsaslanmışdı.
45
Marksist məktəbin nümayəndələri yeni formalaşan
fəhlə sinfini “kapitalizmin qəbirqazanı” adlandıraraq,
onun siyasi hakimiyyəti ələ alacağını elmi-nəzəri cəhətdən
əsaslandırıb, sübut etməyə calışmışlar. Onların fikrincə,
yeni qurulacaq cəmiyyətdə
xüsusi mülkiyyət ləğv edilə-
cək, istehsal vasitələri üzərində ictimai mülkiyyət bərqərar
olacaq, rəqabət mübarizəsi aradan qaldırılacaq, işsizlik ol-
mayacaq, ədalətli bölgü prinsipi həyata keçiriləcəkdir.
K.Marks və F.Engelsin “Kapital”, “Anti-Düring”
“Təbiətin dialektikası”, “Ailənin, xüsusi mülkiyyətin və
dövlətin mənşəyi”, “İngiltərədə fəhlə sinfinin vəziyyəti”
kimi əsərlərdə, kapitalizm cəmiyyətinin əsas iqtisadi qa-
nununun “izafi dəyər” olduğu irəli sürülmüşdü. Bu qanun
marksist iqtisadi təlimin “təməl daşı” adlandırılaraq, kapi-
talistlərin bütün sərvətinin mənbəyinin fəhlələrin haqqı
ödənilməmiş izafi əməyi olduğu göstərilmişdi. Marksist
təliminə görə kapitalizm quruluşu tez-gec hökmən dağı-
laraq, daha ədalətli kommunizm cəmiyyəti ilə əvəz oluna-
caq və orada “hər kəs əməyinə, hər kəsə ehtiyacına görə”
humanist prinsipi həyata keçiriləcəkdir. Bu ideyanın real-
laşdırılmasının mütəşəkkil hərəkətverici qüvvəsi və həll-
edici inqilabi amili fəhlə sinfi olduğundan, bütün ölkələrin
proletariatı kapitalistlərə (sahibkarlara) qarşı birləşərək,
sonadək mübarizə aparmalıdırlar. K.Marksın təbirincə,
“proletariatın bu mübarizədə itirəcəyi yalnız onun zəncir-
ləri, qazanacağı isə bütün dünya olacaqdır”.
Marksist nəzəriyyə gələcək sosializm və kommu-
nizm cəmiyyətlərinin əslində necə olacağı barəsində aydın
mənzərə yarada bilməsə də, lakin onun “bazar özbaşına-
lığı”, “ədalətsizliyi”, “nizamsızlığı” kimi nöqsanlardan
hökmən azad olacağı əsaslandırmağa çalışmışdı. Bu nəzə-
46
riyyəyə görə proletar inqilabı ilk növbədə Qərbi Avropa-
nın sənaye cəhətdən daha yüksək inkişaf etmiş bir sıra
ölkəsində eyni vaxtda baş verməli idi.
Marksizmin müddəalarını öz ideologiyası, siyasi xət-
ti və iqtisadi-sosial dəyişikliklər proqramı elan etmiş bol-
şeviklər, V.İ.Leninin başçılığı ilə 1917-ci ilsə Rusiyada
hakimiyyəti zorakılıqla ələ keçirdikdən sonra, bu təlimin
prinsiplərini doqmatik, əzbərçi şəkildə tətbiq etməklə onu
eybəcərləşdirmiş, əsassız təqiblər, kütləvi həbslər, məhkə-
məsiz sürgünlər təməlində totalitar diktatura tipli, inzibati-
amirlik sistemi yaratmışdılar. Lakin ölkənin təsərrüfat
həyatının hədsiz dərəcədə mərkəzləşdirilməsi, elmi-texni-
ki nailiyyətlərdən səmərəli istifadə olunmaması, beynəl-
xalq miqyasda rəqabət apara bilməməsi, əhalinin həyat sə-
viyyəsinin aşağı olması, insanları iqtisadi-siyasi hüquqla-
rının pozulması, sovet rejiminin sivil dünyanın yaratdığı
sərbəst bazar iqtisadi münasibətləri sisteminin işgüzar tə-
şəbbüskarlıq prinsiplərinə uyğunlaşa bilməməsi, 1991-ci
ildə Azərbaycan Respublikasının da işğal yolu ilə daxil
edildiyi bu quruluşun dağılması ilə nəticələndi.
c)
Azərbaycanın yerləşdiyi strateji əhəmiyyətli əlve-
rişli mövqeyi, rəngarəng coğrafi-iqlim şəraiti, zəngin yer-
üstü-yeraltı təbii sərvətləri, əməksevər əhalisinin təsərrü-
fatın müxtəlif sahələrində səylə çalışması, sənətkarlıqla
məşğul olması, yaxın-uzaq ölkələrlə ticarət əlaqələri apar-
ması, bu ərazidə ən qədim dövrlərdən başlayaraq, tədricən
qaynar iqtisadi həyatın formalaşmasına, mövcud istehsal
münasibətlərinin səviyyəsinə uyğun ölkənin məhsuldar
qüvvələrinin inkişafına müəyyən real imkanlar yaratmışdı.
Minillikləri əhatə etmiş qanlı-qadalı tarix boyunca
amansız basqın və hücumlara, zorakı təzyiq və mənəvi
47
təsirlərə məruz qalmış Odlar Yurdu, həmişə özündə daxili
bir inam, tükənməz həyat enerjisi mənbəyi taparaq yeni-
dən dirçəlmiş, əzəli varlığını, qanyaddaşı soykökünü, şə-
rəf-ləyaqətini sərt mübarizə sınaqlarında qeyrətli iradə əz-
mi ilə təsdiq etmişdir. Bütün dünyada olduğu kimi Azər-
baycanda da qədim zamanlardan başlayaraq, insanlar ya-
şadıqları mühitin və cəmiyyətin təsərrüfat həyatına, ora-
dakı iqtisadi əlaqə və münasibətlərin xarakterinə dair dü-
şüncə və fikirlərini müxtəlif vasitələrlə ifadə etmişlər.
Hələ eramızdan əvvəlki minilliklərdə, o dövrün konkret
təsərrüfat həyatı, insanların əmək fəaliyyəti, onların məş-
ğuliyyəti, yaşayış tərzi, mülkiyyət, istehsal, bölgü, müba-
dilə münasibətləri öz əksini şifahi xalq ədəbiyyatı nümu-
nələrdə, laylalarda, bayatılarda, qoşmalarda, atalar sözlə-
rində, nağıllarda, dastanlarda sadə bir şəkildə tapmışdır.
Təsadüfi deyildir ki, xalqın tədricən formalaşmış iqtisadi
təfəkkür və fikir təkamülünün bu əvəzsiz mənbələri, qay-
naqları onun “ilkin tarixi” kimi səciyyələndirilir.
Atəşpərəstlik dövründə Azərbaycan ərazisində geniş
yayılmış zərdüştlük təlimi ideyalarında, cəmiyyətin iqtisa-
di həyatı, onun yaşayış tərzi, insanların məşğuliyyəti, böl-
gü, mübadilə, təchizat məsələlərinə diqqət yetirilmişdir.
“Avesta”, “Qurani-Kərim”, “Kitabi Dədə Qorqud” kimi
yazılı mənbələrdə xalqımızın əmək və təsərrüfat fəaliyyəti
ilə bağlı əkinçilik, maldarlıq, bağçılıq-meyvəçilik habelə
ticarət, sələmçilik və vergilərə dair zəngin materiallar var-
dır.
Orta əsrlər dövründə Azərbaycanda iqtisadi fikrin
inkisafında
Dostları ilə paylaş: |