Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə50/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   160
Mikroiqtisadiyyat (1)

üçüncü əmək bölgüsünü
yaratmışdı. 
d)
Bəşəriyyət tarixində, onun ictimai-iqtisadi həyatında 
fəaliyyət göstərmiş təsərrüfat tiplərinin təşkili formaları - 
natural təsərrüfat və əmtəə istehsalı şəklində olmuşdur. 


99 
Natural təsərrüfat
- tarixən insanların bir cəmiyyət 
kimi yaşamağa başladıqları dövrün ilk təsərrüfat forma-
sıdır. Bu cür tipli təsərrüfatda istehsal olunan məhsullar, 
bilavasitə həmin məhsulları istehsal edənlərin özlərinin və 
ailələrinin ehtiyaclarına gedirdi. Ona görə də bəzən natural 
təsərrüfatı ev, ailə, qapalı təsərrüfat da adlandırırlar. Natu-
ral təsərrüfatın əsasını əkinçilik, maldarlıq və ev sənayesi 
(sənətkarlıq məhsulları xalça-palaz hazırlanması, bəzək 
şeyləri, corab, tikiş məmulatları təşkil etmişdi. 
Natural təsərrüfat, müəyyən istisnalarla, bazar üçün 
məhsullar istehsal etmədiyindən, burada tələblə - təklif, 
yaxud istehsalla-istehlak üst-üstə düşürdü. 
Bu təsərrüfat formasında işlədilən alət və müxtəlif 
təyinatlı avadanlıqlar son dərəcə sadə-bəsit olmuş, həmin 
alətlərin əksəriyyəti, istehsalçıların özləri tərəfindən hazır-
lanmışdı.
Natural təsərrüfat formasına - ibtidai icma cəmiyyə-
tində, quldarlıq quruluşunda, feodalizmdə geniş miqyasda 
rast gəlinir. Doğrudur, həmin quruluşlarda istehsalçılar öz 
hazırladıqları müxtəlif məhsulları bəzən dəyişmiş, bəzən 
də satmışlar. Lakin o mühitdə, onlar müxtəlif ehtiyaclarını 
məhz özləri təmin etməyə çalışmışlar. 
Müasir şəraitdə də Afrika, Asiya, Latın Amerikası-
nın geridə qalmış ölkələrində, ucqar yerlərdə, uzaq adalar-
da natural təsərrüfat forması qalıqlarına rast gəlinir.
İlk təsərrüfat təşkili tipi (forması) olan natural iqtisa-
diyyat (təsərrüfat), ibtidai insanların və cəmiyyətin həya-
tında, şübhəsiz çox böyük rol oynamışdır. İnsanlar natural 
təsərrüfat şəraitində min illər boyu yaşamış və fəaliyyət 
göstərmişlər. 
Lakin cəmiyyətdə tədricən baş vermiş kəmiyyət və 


100 
keyfiyyət dəyişiklikləri, ictimai əmək bölgüsünün genişlə-
nib - dərinləşməsi, əmək alətləri və vasitələrinin xeyli 
təkminləşdirilməsi, ticarət, alqı-satqı əlaqələrinin genişlən-
məsi, natural təsərrüfatın dağılmasına səbəb oldu. İnsanla-
rın və cəmiyyətin iqtisadi həyatında natural təsərrüfatın 
yerini 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin