c)
Hər bir cəmiyyətdə və onun iqtisadi sistemində iki
istiqamətli münasibətlər vardır. Bu münasibətlərdən
birin-
cisi
insanların, cəmiyyət üzvlərinin təbiətə olan münasibə-
tidir.
İkincisi
isə istehsal prosesində, yəni maddi nemət-
lərin yaradılması və müxtəlif xidmətlər göstərilməsində
insanların bir-birinə olan qarşılıqlı münasibətləridir.
Cəmiyyətin məhsuldar qüvvələri
dedikdə, istehsal
vasitələri (əmək cisimləri ilə əmək vasitələri) və bunları
hərəkətə gətirən insanlar nəzərdə tutulur.
Məhsuldar qüvvələr cəmiyyət həyatının əsası sayılan
çoxcəhətli istehsal prosesində, insanların təbiətlə olan bi-
lavasitə əlaqəsini, qarşılıqlı münasibətlərini ifadə etməklə
yanaşı, həm də onların bu real amillərdən nə dərəcədə
faydalanmaq imkanlarını göstərir. Təbiətin və cəmiyyətin
93
ən qiymətli sərvəti sayılan insan, onun içindən çıxdığı və
əhatəsində yaşadığı təbiətlə öz qarşılıqlı münasibətlərini
düzgün qurmalıdır. O, təbiət və ekoloji mühitlə öz qarşı-
lıqlı münasibətlərini tam ağalıq, habelə «mənəmlik» prin-
sipləri əsasında qursa, şübhəsiz son iqtisadi-sosial nəticə-
lər baxımından yüksək səmərəliliyə nail ola bilməz.
70 il davam etmiş sovet quruluşu və planlı sosialist
təsərrüfatı sistemində, ideoloji prinsiplərə əsaslanan belə
bir mövqe dəbdə olmuşdu ki, biz təbiətdən mərhəmət göz-
ləyə bilmərik, onu mütləq özümüzə tabe etməliyik. Şübhə-
siz, insan təbiət və onun dağıdıcı, hələ ram edilməmiş
qüvvələri qarşısında aciz qalmamalıdır. O, nəhəng su elek-
trik stansiyaları da tikməli, bəndlər də qurmalı, meşələr-
dən də faydalanmalı, suvarma kanalları da çəkməlidir.
Lakin insanın bu fəaliyyəti düşünülmüş, öz əməllərinin
gələcək nəticələrini nəzərə almaqla həyata keçirilməlidir.
İnsanın təbiətlə qarşılıqlı münasibətləri zəruri olduğu qə-
dər də, ehtiyatla, bərpa işləri aparmaqla, ətraf mühitin qo-
runması qayğılarına diqqət yetirməklə reallaşdırılmalıdır.
Bəşəriyyətin müasir mərhələdə rastlaşdığı və həll
etməyə çalışdığı qlobal problemlər arasında ekologiya
məsələləri, ətraf mühitin çirkləndirilməsinin qarşısının
alınması, təbiətin qorunması, habelə cəmiyyətlə təbiət
arasında tarazlı münasibətlərin formalaşdırılması olduqca
vacibdir. Təsadüfi deyildir ki, marksist iqtisadi nəzəriyyə
məktəbinin görkəmli nümayəndələrindən biri olan F.Engels,
özünün «Təbiətin dialektikası» əsərində tarixən insanların
yaşadıqları təbiətə və ətraf mühitə dağıdıcı, sırf istehlakçı
münasibətlərinin acı nəticələr verdiyini göstərmişdi. O,
təbiətə bu cür münasibətin gələcəkdə daha ciddi təhlükələr
doğura biləcəyinə diqqəti cəlb edərək yazmışdı ki, biz
94
təbiət üzərində bir işğalçı xalqın əsarət altına saldığı başqa
xalq üzərində hökmranlıq etdiyi kimi ağalıq edə bilmərik.
Çünki biz təbiətdən çıxmışıq və onun bir hissəsiyik. «Biz
bütün canımız, qanımız, beynimizlə təbiətə mənsubuq və
təbiət üzərindəki bütün hökmranlığımız ondan ibarətdir ki,
bütün başqa canlılardan fərqli olaraq, biz təbiət qanunları-
nı dərk edib, bunları düzgün tətbiq edə bilərik».
Hər hansı bir istehsalın həyata keçirilməsi və fəaliy-
yət göstərməsi üçün bu prosesin maddi (obyektiv, təbii),
habelə şəxsi (subyektiv) amilləri qarşılıqlı surətdə birləşə-
rək, bir-birinə təsir göstərməlidirlər. İstehsal vasitələri ilə
insan əməyinin vəhdətindən ibarət olan məhsuldar qüvvə-
lərin müxtəlif problemləri ilə ayrı-ayrı elmlər məşğul olur.
İqtisadi nəzəriyyə elmi isə məhsuldar qüvvələrin ictimai
təbiəti, onun inkişaf səviyyəsi, xüsusiyyətləri, quruluşu və
vəzifələrini öyrənir.
Ölkənin və cəmiyyətin məhsuldar qüvvələrinin sə-
viyyəsi, işçilərin təhsili, ixtisası, peşəkarlığı, texnika-tex-
nologiyanın inkişaf dərəcəsi ilə ölçülür. Məhsuldar qüvvə-
lərin xarakteri - istehsalın ictimailəşdirilməsi səviyyəsi,
əmək bölgüsü və kooperasiyanın dərinliyi, istehsalın iqti-
sadi-inzibati təşkilinin səmərəliliyi ilə ölçülür.
Məhsuldar qüvvələrin quruluşu dedikdə, onun mad-
di, mənəvi və ictimai, yəni birgə fəaliyyət nəticəsi olması
kimi cəhətlər nəzərdə tutulur.
Həyatda insanlar müxtəlif istehsal prosesləri gedişin-
də təbiətlə, onun nemətləri ilə qarşılıqlı əlaqədə olduqları
kimi bir-biri ilə də ictimai-iqtisadi münasibətlərə girirlər.
İnsanlar həyatda əməkdaşlıq edir, şərikli iş görür, muzdla
işləyir, sahibkarlıq və işgüzar biznes fəaliyyəti ilə məşğul
olur, bəzən rəhbərlik edir, bəzən də adi icraçı kimi müx-
təlif vəzifələri yerinə yetirirlər.
95
İstehsal münasibətləri dedikdə, ilk növbədə mülkiy-
yət münasibətləri, yəni kimin mülkiyyətin sahibi və kimin
isə mülkiyyətin istifadəçisi, icraçısı, idarəedicisi olması
nəzərdə tutulur. Həmin insanların, yaxud insanlar qrupu-
nun istehsal prosesində tutduqları mövqe və oynadıqları
roldan asılı olaraq, bir sahibkar, fermer, şirkət başçısı, fəh-
lə kimi cəmiyyətin yaratdığı ümumi məhsuldan müəyyən
pay alırlar.
Bu pay mənfəət (sahibkar), əmək haqqı (fəhlə-qul-
luqçu), renta (fermer), faiz (səhm sahibi) formalarında ola
bilər.
Real həyatda mülkiyyətin - əqli (zehni, intellektual);
daşınmaz (ev, mülk, torpaq, zavod, sex, bina, meşə, mə-
dən); daşınar (məhsul, yük, mebel, zinət şeyləri, pal-paltar,
meyvə tərəvəz, ərzaq); kapital (pul, səhm, əmanət) kimi
növləri (formaları, tipləri) ilə rastlaşırıq.
İqtisadi münasibətlər real, təkrar olunan, həyati mü-
nasibətlərdir. İnsanlar həyatda cəmiyyətdən və təbiətdən
asılı olduqları kimi, şübhəsiz eyni zamanda bir-birlərindən
də asılıdırlar. İqtisadi nəzəriyyə öyrədir ki, istehsal müna-
sibətləri ilə iqtisadi münasibətlər arasında qarşılıqlı sıx
əlaqə olsa da, lakin onlar eyni anlayış deyildir. İstehsal
münasibətləri bilavasitə istehsalı, yəni insanların fəaliyyət
göstərdikləri sahəni-bankı, şirkəti, fermer təsərrüfatını
əhatə edirsə, iqtisadi münasibətlər bütövlükdə təkrar isteh-
sal prosesini (istehsalı, bölgünü, mübadiləni, istehlakı)
əhatə edir.
İstehsal münasibətlərinin daşıyıcısı ayrı-ayrı cəmiy-
yət üzvləri, əmək kollektivi, ictimai qruplar, dövlət ola
bilər. İstehsal münasibətlərinin aşağıdakı növləri (tipləri)
var:
96
-
beynəlxalq istehsal münasibətləri;
-
dövlətlə istehsal vahidləri (müəssisə, şirkət, təsər-
rüfat arasındakı münasibətlər;
-
müəssisə və şirkətdaxili münasibətlər;
-
ayrı-ayrı idarə, təşkilat, şirkət, birliklər arasındakı
münasibətlər;
-
dövlətlə xüsusi istehsalçılar arasındakı münasibətlər;
-
müəssisələrlə bilavasitə istehlakçılar arasındakı mü-
nasibətlər.
Cəmiyyətdəki müxtəlif istehsal subyektləri arasın-
dakı münasibətləri şərtləndirən zəruri amil tələb və maraq-
dır. Məhz bu amillər cəmiyyət üzvlərini və başqa subyekt-
ləri çoxcəhətli istehsal münasibətlərinə girməyə yönəldir.
Bu mənada, cəmiyyətin və insanların tələbləri, marağı, is-
tehsalın, habelə xidmətlər göstərilməsinin inkişafına güclü
təkan verir.
İstehsal münasibətləri cəmiyyət həyatında keçici (ta-
rixən dəyişən) bir rol oynayır. Bu münasibətlər maddi
məzmuna malik olub, obyektiv bir xarakter daşıyır.
Cəmiyyətin istehsal münasibətlərini 2 hissəyə ayır-
maq mümkündür:
Dostları ilə paylaş: |