Alışdırma üsulu adətlər, intizam tərbiyyəsi və iradənin inkişafında xüsusi əhəmiyyətə malikdir.
Bu üsul həmçinin intizam tərbiyəsində tətbiq edilir; Çünki adət halına düşmüş hərəkətlər intizamlı
olmaqda böyük rol oynayır. Başqa tərbiyəvi kefiyətlər tərbiyəsində də alışdırma üsulu əhəmiyyətli rol
oynayır və geniş tətbiq olunur. Məsələn, vətənpərvərlik tərbiyəsində alışdırma üsulu uşağı müntəzəm olaraq
Mərdlik tərbiyəsində bu üsul dönə-dönə uşağın mərdlik köstərmək şəraitinə salmaqla həyata keçirilir.
Belə əxlaqi hərəkətlərin təkrarı sayəsində tərbiyə olunanda əxlaqi adətlər əmələ gəlir və bu hərəkətlər onda
Alışdırma üsulu tərbiyə olunanın düzgün olmaјan hərəkətini dayandırmağı və bu hərəkətin əksi olan
1. Rejim
2. Əmək prosesi.
3. Oyun və idman
Rejim. İnsanın davranışını və həyat tərzini nizama salan, məcburi qaydalar sistemidir. Məsələn,
məktəbdə -şagirdin sinifdə, koridorda, paltar asılan yerdə, həyətdə və s. yerlərdə; teatrda foyedə, salonda,
paltar asılan yerdə, özünü aparmaq naqqında xüsusi rejimlər vardır. Kitaxanada kitab alıb qaytarmanın, oxu
zalında işləmənin özünə məxsus rejimi olur. Ailələrin də öz rejimləri mövcuddur.
Səmərəli davranışı adət şəklinə salmaq üçün rejim çox əlverişli vasitədir. Çünki rejim uzun müddət
üçün müəyyən edilir və tələb olunan qaydaların hər gün, hər dəfə icra edilməsini nəzərdə tutur. Qaydaların
belə sabitliyi isə insanda adətlərin yaranmasına səbəb olur. Orta məktəblərdə bu qaydaların bir çoxu
şagirdlər üçün "Qaydalar"da öz əksini tapmışdır. Bu qaydalar şagirdlərin təhsilə,
münasibətini müəyyən edir və s. Qaydalara olan tələblər ümumi şəkildə varildiyindən bu, nisbətən,
şagirdləri əxlaqi hərəkətlərə alışdırmağa imkan vermir. Həmin qaydalar hər məktəbin, ayrı-ayrı təhsil
müəsisələrinin şəraitinə uyğun olaraq xırdalanıb verilməlidir. Rejimin tərbiyələndirici tələbləri həmçinin
qaydaları rəsmiləşdirilməmişdən əvvəl həmin müəssisədəki təşkilat və birliklərdə müzakirə edilməli,
kollektivin rəyi öyrənilməlidir. Belə halda rejim tələblərini hamı əvvəlcədən mənimsəyir, onun tələblərini
könüllü surətdə qəbul edir, bu isə gələcəkdə qəbul edilmiş qaydalara tabe olmaq məcburiyyəti yaradır.
Rejim tərtibində aşağıdakıları nəzərə almaq vacibdir:
1)
rejimin tələbləri məqsədəuyğun olmalı və onun zəruriliyinə hamı inanmalıdır;
2)
rejim tez-tez dəyişməməli, müəyyən dövr üçün sabit olmalıdır.
Bu mərhələdən sonra əsas məsələ qəbul edilmiş rejimin tələblərinin hamı tərəfindən icra edilməsinə nail
olmaqdır. Rejim qaydalarının icrasına aşağıdakı tələbkarlıqla yanaşılmalıdır:
-
qaydalar icraçıların gücünə müvafiq olmalıdır;
-
qaydaların icrasında axıra qədər tələbkar və ardıcıllıq gözlənilməlidir;
-
heç bir qayda pozuntusu (ən xırda pozuntu belə) nəzərdən yayınmamalıdır;
-
qaydaların yerinə yetirilməsində vahid tələbkarlıq olmalıdır və s.
Rejimin icrasına nəzarətə kollektiv üzvlərinin cəlb edilməsi də səmərəli nəticə verir.
Əmək insanların sosial baxımdan saflaşdırılmasında əhəmiyyətli yer tutur. Qədim xalqların
ədəbiyyatında, demokratik fikirli mütəfəkkir, filosof, şair və yazıçıların əsərlərində əməyə insanı
saflaşdırma vasitəsi kimi baxılmışdır.
Dahi N.Gəncəvi ağır zəhmətlə məşğul olan qocanın dili ilə: "Onun üçün öyrətdim, əlimi bu sənətə,
Bir gün sənə əl açıb, düşməyim xəcalətə" deməklə əməyin insana şəxsi sərbəstlik verdiyini və müsbət
əxlaqlı etdiyini göstərir.
Görkəmli fransız pedaqoqu J.J.Russo və İsveçrə pedaqoqu Pestalotsi uşaq və yeniyetmələrin əmək
əsasında tərbiyə olmasını tərbiyədə əsas vasitə kimi müdafiə etmişlər.
Russo əməyi hər bir insanın həyatının labüd əsas şərti hesab edərək köstərirdi ki, uşaq əməkdə iştirak
etməklə nəinki faydalı əmək vərdişləri kəsb edir, həm də onda əmək adamlarına hörmət hissi
aşılanır, o,
müstəqil yaşamağa alışır, əxlaqca pozucu təsir köstərən tənbəllikdən azad olur. XIX əsrin rus inqilabçı
demokratları N.D.Dobrolyubov və N.Q.Çernışevski uşaqların ahəngdar inkişaf etməsi üçün onlara əmək
tərbiyəsi verilməsini zəruri hesab edirdilər.
Dahi rus yazıçısı L.N.Tolstoy əməyin əxlaqa təsirindən bəhs edərək yazır: " İnsanı əxlaqsızlıqdan əmək
qədər heç bir şey qorumur. İnsan əməksiz öz insani ləyaqətini mühafizə edə bilməz. Јaxşı tərbiyənin birinci
şərti odur ki, uşaq bütün istafadə etdiyi şeylərin köydən hazır düşmədiyini, başqa adamların əməyinin
məhsulu olduğunu bilsin,
Böyük rus pedaqoqu K.D.Uşinski "Əməyin psixi və tərbiyəvi Əhəmiyyəti" adlı əsərivdə insanın
mə'nəviyyatına əxlaqi cəhətdən təşəkkülünə əməyin dərin surətdə təsirini təhlil edərək, bunu tamamilə
qanunauyğun bir pedaqoji hadisə hesab edirdi. O, yazırdı: “Şəxsi əməksiz insan irəliyə doğru hərəkət edə
bilməz, bir yerdə dayana bilməz: o geri getməlidir” (Seçilmiş pedaqoji əsərləri, Azərnəşr, B.1959, s. 57).
Deyilənlərdən belə mə'lum olur ki,ta qədim zamanlardan, müxtəlif ictimai quruluşlu formasiyalarda insan
əməyininə onun əxlaqi keyfiyyətlərinin saflaşması işinə əhəmiyyətli yer vermişdilər.
Əmək öz-özlüyündə deyil, öz təşkili ilə tərbiyələndirici tə'sir bağışlayır. Əmək prosesində əsl tərbiyə
edici cəhət uşaq, yeniyetmə, kənc və yaşlıların girişdiyi qarşılıqlı münasibətlər və əlaqələrdir. Ona görə də
fərdi əməklə kollektiv əməyin şəxsiyyətə təsirində də böyük fərq vardır. Kollektiv əməkdə insanlar geridə
qalmış yoldaşlarına kömək edir, səhlənkarlıq və tənbəllik edənləri isə yoldaşcasına tənbeh və tənqid edir. Bu
isə onlar arasında qarşılıqlı olur, düzgün münasibət yaranmasına səbəb olur. Əməyin kollektiv təşkilinin bir
əhəmiyyəti də insanların kollektivçilik ruhunda tərbiyələndirilməsi üçün şərait yaratmasıdır. Bu zaman həm
də onlarda təşkilatçılıq qabiliyyətləri də inkişaf etdirilir.
Kollektiv əmək sosial münasibətlərin formalaşmasında da böyük
Dostları ilə paylaş: