Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
 

3.Tərbiyənin  qanunauyğunluqları. 

 

Cəmiyyətdə  mövcud  olan  tərbiyə  prosesinin    öz    qanunauyğunluqları  var.  Bu  məsələyə  görə  müasir 

pedaqoqlar  arasında  ciddi    mübahisə    mövcuddur.  Bir  qrup  pedaqoqlar  tərbiyənin    obyektiv  qannularını 

inkar  edir,  tərbiyəyə  insanın  daxili    qüvvələrinin  fərdi    inkişafı  nəticəsində,  xüsusi  tərbiyə  təsiri  olmayan  

imkanların özünün ifadəsi prosesi kimi baxırlar. Onlara görə  tərbiyə  ancaq  bu inkişafa  şərait  yaratmağa 

xidmət edir. 

Bir  qrup  pedaqoqlar  isə    tərbiyəni  insanın  sosial  həyat  varlığının  qanunauyğunluqları  və  ictimai 

şəxsiyyət  kimi,  onun    psixoloji  xüsusiyyətləri  ilə    şərtlənən  bir  proses  kimi  nəzərdən  keçirir.  Professor 

B.Əhmədov tərbiyə qanunlarını aşağıdakı  şəkildə  qruplaşdırmış və  təhlil etmişdir: 

1. Həyatın bütün sahələrində, o cümlədən tərbiyə prosesində fəaliyyət göstərən qanunlar

2. Pedaqoji prosesin bütün sahələri, o cümlədən, tərbiyədə fəaliyyət göstərən qanunlar; 

3.Psixoloji və fizioloji qanunlar

4.Tərbiyənin  spesifik qanunları. 

Birinci  qrup  qanunlara    dialektik    materializmin  qanunları  aiddir.  Belə  ki,  bu  qanunlar  bütün  həyat 

hadisələrinə  tətbiq  edildiyi  kimi  pedaqoji  prosein  bütün    sahələrinə  də,  o  cümlədən,  təröiyə  proseisnə  də 

tətbiq edilir. 

Dialektikanın  əksliklərin  vəhdəti  və  mübarizəsi  qanunu  tərbiyə    prosesinin,  tərbiyəçi  və  tərbiyə 

olunanın inkişafını, bu inkişafın mənbə və səbəbini açıb göstərməyə tətbiq  edilir. Kəmiyyət  dəyişmələrinin 

keyfiyyət  dəyişmələrinə    keçməsi  qanunu    inkişafın    xarakterini    və  formasını,    inkarı  inkar  qanunu  isə  

inkişafın  istiqamətini, tendensiyasını əks  etdirir. 

Pedaqoji  prosesin    qanunları,  yəni  pedaqoji  prosesin  ümumi    məqsədinin  ictimai  münasibətlər 

tərəfindən  müəyyən  edilməsi  qanunu    tərbiyənin  də  konkret  məqsədini  müəyyən  edir.  Tərbiyə  olunan 

şəxsiyyətin  modulunu  layihələndirməyə  və  bu  prosesdə    tərbiyənin  rolunu  müəyyən  etməyə  imkan  verir. 

Müəyyən edilmiş məqsədə uyğun məzmun seçilməsinə və məzmununun  konkretləşdirilməsinə kömək edir. 

Üçüncü qrup  qanunlar təlim  prosesində olduğu kimi tərbiyə  prosesində də  psixo-fizeoloji və bioloji 

qannulara istinad etməyi nəzərdə tutur. Belə ki, insan  inkişaf  etdikcə psixoloji-fizioloji cəhətdən dəyişir, 

onunla    əlaqədar    olaraq,  onun  marağı,  meyli  və  fəaliyyəti  də  dəyişir.  Bu  prosçes  tərbiyə  işində  nəzərə 

alınmalıdır.  Fiziologiyanın  ali  əsəb  sistemi  haqqındakı    qanunları,  müddəaları  tərbiyə    işində    nəzərə  

alınmalıdır. 

Yuxarıda  deyilən qanunların heç biri  tərbiyə üçün  spesifik  deyildir. 

Tərbiyəşünaslıqda  tərbiyənin  spesifik  qanundarı  üzərndə,  demək  olar  ki,  hələ  mübahisə  gedir. 

«Fəaliyyətdə tərbiyə qanunu» pedaqoq-alimlərin  əksəriyyəti tərəfindən qəbul edilmiş qanundur. Bu qanuna 

görə «Tərbiyəçi tərbiyə olunana aşalamaq  istədiyi keyfiyyətlərin tələb  etdiyi şəraitə (fəaliyyətə) onu  nə 

qədər çox cəlb edərsə, həmin keyfiyyətlərin formalaşması bir o qədər  müvəffəqiyyətli  olar». 




Professsor Bəşir Əhmədov iki  cəhətə  görə  bu qanunu dəqiq hesab etmir: a) bu qanun həm də təlimi 

əhatə  etdiyinə görə  spesifik sayıla bilməz; b) bu qanun daha mühüm bir qanunun konkret şəraitdə  təzahür  

formasıdır,yəni  törəmədir. O tərbiyənin aşağıdakı spesifik qanunlarını müəyyən etmişdir: 

1. Sözlə fəaliyyət arasındakı  əlaqəni əks etdirən qanun

2. Planlı təsirlə kortəbii təsir arasındakı  əlaqəni əks etdirən qanun. 

3. Hörmətlə  tələbkarlıq arasındakı  əlaqəni əks etdirən qanun. 

4. Müsbət keyfiyyətlərlə mənfi keyfiyyətlər arasındakı əlaqəni əks etdirən qanun. 

5. Fərdlə kollektiv arasındakı  əlaqəni əks etdirən qanun. 

İndi bu qanunların mahiyyətinə nəzər salaq. 

1. Tərbiyəçi tərbiyə olunanın rasional və emosional aləminə nə qədər birgə təsir göstərərsə və həmin 

təsiri tərbiyə olunanı müvafiq fəaliyyətə cəlb etməklə  nə qədər çox möhkəmləndirərsə, nəticə də bir o qədər 

səmərəli olar. 

2.  Planlı  təsirlə  (müəllimin  təsiri)  kortəbii təsir  (mühitin  təsiri)  bir-birini  nə  qədər  çoz  tamamlayarsa 

tərbiyə olunanın formalaşması bir o qədər sürətlənmiş olar. 

3.  Tərbiyəçi  şəxsə  olan  hörmət  və  tələbkarlığı  özünə  olan  hörmət  və  tələökarlığı  ilə  nə  qədər  çox 

uzlaşdırsa, şəxs onun  tələblərini bir o qədər yaxşı qəbul edər və  yerinə  yetirər. 

4.  Tərbiyəçi  tərbiyə  olunanların  müsbət  keyfiyyətlərini  nə  qədər  çox  inkişaf  etdirərsə,  mənfi  

keyfiyyətlərin inkişafını  bir o qədər  ləngitmiş olar. 

5. Fərdin hərəkətləri kollektiv tərəfindən nə qədər çox təqdir olunarsa, həmin hərəkət bir o qədər dərin 

intişar tapar, pislənərsə ləngiyər: kolektivin fərdə olan münasibəti nə qədər  parçalanarsa, nəticə bir o qədər 

zəifləyər. 

Bəzən  tərbiyəçi tərbiyə olunandan çox tələb edir, özünə isə tələbkar yanaşmır. Tələbəyə deyir: dərsə 

gecikmə, amma özü zəngdən beş dəqiqə sonra sinifə daxil olur. Belə halda tələbə  müəllimi eşitmir, onun 

tələbinə  əməl etmir. Deməli, müəllim özünə qarşı  da çox tələbkarlıq  göstərməlidir. Bu, üçüncü qanunun  

tələbi olub, müəllimlə tələbənin münasibətini müəyyən edir. 

 Müəllim şagirdə,  tələbəyə verdiyi tələblərə, ümumiyyətlə, bütün tələblərə özü  nə qədər riayət  edərsə

bir o qədər tərbiyə tələbləri səmərəli  şəkildə  həyata  keçirilər. 

Bütün  ictimai  elmlər  qanunu,  o  cümlədən  də  tərbiyə  qanunları-təbiət  qanunlarından  fərqli  olaraq,  - 

tendensiyaları  ümumi  istiqamətdə    ifadə  edir.  Ona  görə  də  bu  qanunlarda  konkret  şəraitdə  müəyyən 

müstəsnalıqlar, təsadüflər özünü göstərə bilər. 

 

Tərbiyənin  bu  qanunları  həmçinin  mədəniyyət  və  incəsənət  müəssisələrindəki  tərbiyələndirmə 



fəaliyyətində  də  hökm  sürən  əsas  qanunlardır.  Bu  müəssisələrdə  aparılan  tərbiyə  tədbirlərində  həmin 

qanunlar  əsas  götürülür.  Çünki  bu  cəmiyyətin  tələblərindən  doğan  tərbiyə  qanunlarıdır.  Mədənityyət 

müəssisələrində istər eyni yaş qruplarında aparılan tərbiyə işləri, istərsə də müxtəlif yaş səviyyəli insanlarda 

aparılan  tərbiyə  işləri  mövcud  tərbiyə  qanunları  əsasında  aparılır.  Asudə  vaxtın  səmərəli  təsirinə  xidmət 

edən  bütün  tələblər  cəmiyyətin  əxlaq,  ümumiyyətlə,  tərbiyə  tələbləri  baxımından  aparılır.  Ona  görə  də 

tədbirlər ümumpedaqoji tələblərə əsasında təşkil edilir və aparılır. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin