Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə30/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   48
Müstəqil iş üçün sual və tapşırıqlar. 

1. Özüntərbiyə stimulları hansılardır? 

2. Mühit özüntərbiyəyə necə təsir edir? 

3. Mədəniyyət müəssisələrində hansı özüniərbiyə imkanları vardır. 

     

 

 

 



 

 

 

 

 

 

 

 


 

DİDAKTİKA 

 

Didaktika  pedaqoqikanın  bir  sahəsi  olub  təhsil  nəzəriyyəsini  tədqiq  edir.  Təhsil  tərbiyə  və    inkişafı 

həyata keçirən,  reallaşdııran, öyrədən və öyrənən, müəllim və şagird, müəllim və tələbə, təlimatçı  usta və 

şağird  birliyinin  məqsədyönlü,  qarşılıqlı  fəaliyyəti  prosesində  biliklərə  müvafiq  bacarıq    və  vərdişlərə 

yiyələnmə  prosesidir.  Təhsil  həmçinin  təkcə  sistemili  təlim    müəssisələrində  müəllimin  rəhbərliyi  altında 

biliklərə  yiyələnməni  deyil,  həm  də    özünətəhsili  əhatə  edir.  Bura    insanların  bütün  həyatı  boyü  müxtəlif 

mənbələrdən yeni məlumatlar mənimsəməsi, yeni elmi biliklərə yiyələnməsi daxildir. Təhsil  geniş mənada 

tərbiyənin insanların həyata hazırlanması proesesinin tərkib hissələrindən biridir. 

Didaktikanın  predmeti  təhsil  prosesidir.  Didaktikada  müəllimin,  (öyrədənin)  rəhbərliyi  altında  baş 

verən mənimsəmə prosesinin mahiyyəti, bu prosesin qanunauyğunluqları, vasitələri, prinsipləri, üsulları  və 

s. tədqiq edilir. Həmçinin müxtəlif tip təhsil müəssisələrində təhsilin təşkili formaları, təlimin səmərəliyini 

artırmağın    yol  və  vasitələri    və  s.    araşdırılır.  Didaktika    ayrı  –  ayrı  fənlərin  tədrisinin  spesifik  

xüsusiyyətlərini tədqiq edən xüsusi  metodikaları da  əhatə edir. 

Didaktikanın vəzifələri böyüyən nəslin təhsilinin məzmununu müəyyən etmək, onları bilik, bacarıq və 

vərdişlərə  yiyələndirmənin  ən  səmərəli  yol  və  vasitələrini  araşdırmaqdan  ibarətdir.  Ona  görə  də  didaktika 

həmişə  təhsil  və  təlim    nəzəriyyəsi  kimi  götürülmüşdür,  qəbul  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  təhsil  

prosesində  böyüyən  nəsl  həm  də  tərbiyə  olunur.  Yəni  təlim    materiallarının  məzmunu,  təhsilin  quruluşu, 

vasitələri, pedaqoji tələblər  elmlərə yiyələndirməklə, mənimsətməklə tərbiyə edirlər. Bu  nöqteyi-nəzərdən 

bir qrup  alimlər didaktikanın predmetinə  təhsil və təlimlə bərabər tərbiyəni də daxil etmişlər.  

Ümumi pedaqoqika kimi didaktika da cəmiyyətin inkişafı ilə bağlı olaraq inkişaf  etmiş, dəyişmişdir. 

Tarixən didaktika da jəmiyyətin pedaqoji proses qarşısında  qoyduğu şəxsiyyət modelinə uyğun  insanlar, 

vətəndaşlar    formalaşdırılması  məqsədinə  xidmət  etmişdir.  Müasir  didaktika  ümumi  pedaqoqikanın 

məzmunu,  məqsədi,  səmərəli  inkişafı  yolları,  elmi  metodiki    tədqiqatına,  yeniliklərinə  istinad  edir.  Təhsil 

nəzəriyyəsi  kimi  didaktikanın  mahiyyətini  daha  dərindən  dərk  etmək  üçün  onun  tarixi  inkişafına  nəzər 

salmaq lazımdır. Tarixi inkişaf prosesində insanların təcrübəsinin əmək prosesində  mübadiləsi, tətbiqi tələbi 

meydana ğəldikdə  bu tələb həm də  yığılmış bəşər  təcrübəsinin,  fəaliyyət üsullarının, elmi  məlumatların 

böyüyən nəslə  öyrədilməsinə, mənimsədilməsinə ehtiyac yaratdı. Mədəni və iqtisadi inkişafın hərəkətverici  

qüvvələrindən  biri  olan  bu  mənimsəmə,  öyrətmə  prosesi  bəşər    cəmiyyətinin  ilk  mərhələlərində    lənq 

qedirdi.  Elmin  inkişafı,  yeni  fəaliyyət  üsullarının  yaranması,  ticarət,  sənətkarlığın  inkişafı  və  bu   yığılmış  

təcrübənin  qorunub    saxlanılması,  inkişaf  etdirilməsi  tələbi  onun  böyüyən  nəslə    ötürülməsi  tələbini 

meydana çıxardı. Bu tələb əsasında da  öyrətmə və təhsil nəzəriyyəsi  yaranmağa başladı. 

         XVII  əsrdə  ilk  dəfə  olaraq  Çex  alimi  Yan  Amos    Komenski  (1561-1626)  özünün  “Böyük 

Didaktika”  əsərində  didaktikanın  elmi  əsasını  vermişdir.  İlk  dəfə    olaraq    o  didaktikanı  “hər  şeyi  hamıya 

öyrətmək    elmi”  kimi  təhlil  etmiş,    öyrətmənin    prinsip  və    üsullarını  şərh  etmişdir.  Özünün  pedaqoji  

tədqiqatlarında  o,  ingilis  filosofu  Frensiz  Bekonun  fəlsəfi  görüşlərinə  istinad  etmişdir.  Onun  didaktik 

görüşləri təbiətə varlik prinsipi üzərində qurulmuşdur, çünki o insanı da  təbiətin bir hissəsi hesab etmişdir. 

Komenskiyə  görə  didaktikanın  əsas  vəzifəsi    öyrətmə  prosesində    şeylərin  mahiyyəti    elə  ardıcılıqla 

açılmalıdır ki,  o həmişə  müvəffəqiyyətlə  nəticələnsin. Onun fikirincə didaktikanın  məqsədi  şagirdlərin 

dərk etmə qabiliyyətini öyrənəcək  mənimsəməni  ona uyğun şəkildə  qurmaqdan ibarətdir. O, sensualizmə 

əsaslanaraq  mənimsəmənin  prosessual,  əşyavi duyğulara əsaslanan  uzun  müddətli proses olduğunu aşkar 

etmişdir.  

Komenski  həmçinin  mənimsəmənin    səmərəliyini  təmin  edən  bir  sıra    dərslik  tərtib  etmiş,  təlim  

müvəffəqiyyətini təmin edən üsullar irəli  sürmüşdür. Onun didaktik  nəzəriyyəsinin  əhəmiyyətli jəhəti bir 

də ondan ibarətdir ki, o, pedaqoqika tarixində ilk dəfə olaraq  mənimsəmənin iki  tərəfli olmasını  açmışdır: 

obyektiv  (didaktikanın   qanunauyğunluqları),  subyektiv  (bu    qanunauyğunluqların    tətbiqi).  Bununla  da  o 

didaktika nəzəriyyəsi və  mənimsəmə nəzəriyyəsinin əsasını  qoymuşdur.  

Fransız    maarifçilərindən  J.J.Russo  da  öz    dövründə    didaktika  haqqında  mütərəqqi  fikirlər  irəli 

sürmüşdür.  O,  öz  dövründə  mövcud  olan,  quru,  həyatdan  ayrı  düşərək  onun  tələbləri  ilə    ayaqlaşmayan 

təhsil sistemini tənqid edərək yeni mənimsəmə təlim  konsepsiyası irəli sürmüşdür. Bu konsepsiyaya görə  

mənimsəmə, öyrətmə prosesində  uşağın  tələbləri və imkanları nəzərə  alınmalı və ona  istinad edilməlidir. 

Uşaqlara onların gələcək həyatı üçün zəruri və lazım olan  biliklər  öyrədilməlidir. Onun fikrincə ancaq belə 

halda uşağın əqli inkişafı baş  verə bilər. Elmləri tədris etməzdən əvvəl onu uşaqlara  sevdirmək, ona qarşı 

maraq    yaratmaq  lazımdır.  Didaktika  haqqında  Y.Pestalotsi,  A.Disterven,  A.Rodişşev,  V.Belinski, 

K.Uşinski,  L.Tolstoy  və  başqaları.  mütərəqqi  və  qiymətli  fikirlər  söyləmiş  və  bu    fikirlərin  didaktikanın 

inkişafında əhəmiyyətli rolu olmuşdur. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin