Yunanıstan İkinci dünya müharibəsi ərəfəsində
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Yuna- nıstanda faşizmin dirçəlməsinə səbəb oldu. 1935-ci il martın 1- də xalq partiyasının başçısı Kondilis hərbi-monarxist çevriliş etdi. Monarxistlərin 1935-ci ilin noyabrın 25-də fırıldaqla
keçirdikləri xalq rəy sorğusundan sonra kral II Georq
İngiltərədən Yunanıstana qayıtdı.
Ölkədəki inqilabi hərəkatın qarşısını almaq üçün 1936-cı il avqustun 4-də monarxist Metaksas hərbi dairələr tərəfindən çoxdan bəri hazırlanmış çevrilişi etdi və yalnız orduya və jandarmaya arxalanaraq faşist diktaturası qurdu. O, mühasirə vəziyyəti tətbiq etdi, parlamenti buraxdı, kütləvi həbslər keçir- məyə başladı. Yunanıstan faşist Almaniyası ilə yaxınlaşmağa başladı. Lakin buna baxmayaraq İkinci dünya müharibəsi ərəfəsində Yunanıstanda yenə də İngiltərənin nüfuzu üstünlük təşkil edirdi.
Dostları ilə paylaş: |