Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Portuqaliya dünya iqtisadi böhranı və İkinci cahan müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə109/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   156
avropa amerka tarıxı

Portuqaliya dünya iqtisadi böhranı və İkinci cahan müharibəsi ərəfəsində

Ölkədə diktatura rejiminin möhkəmlənməsi Portuqali- yada İngiltərənin nüfuzunun daha da artmasına, zəhmətkeşlərin istismarına, feodalizm qalıqlarının qalmasına və kilsənin ro- lunun yüksəlməsinə şərait yaratdı.

1929-1933-cü illərin dünya iqtisadi böhranı ənənəvi Portuqaliya mallarının (balıq konservləri, şərab və s.) ixtisarına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu. 1935-ci ildə fəhlələrin 35%-i (150 min adam) işsiz idi. Sənaye fəhlələrinin əmək haqqının səviyyəsi 40-45% düşdü. 1926-cı illə müqayisədə isə kənd təsərrüfatı fəhlələrinin əmək haqqı 75% aşağı idi.

Böhrandan çıxmaq üçün hakimiyyət iri sahibkarlara və torpaq sahiblərinə güzəştə getməklə zəhmətkeşlərdən alınan vergiləri artırdı. Bu dövrdə istehsal inhisarçıların kiçik dai- rəsinin əlində cəmləşdi. Həmçinin faşist rejiminin köməyi nəticəsində ölkə iqtisadiyyatında iri inhisar birliklərinin, məsə- lən, Fabrik ittifaqı kampaniyasının, SAKOR-un ağalıq mövqeyi gücləndi. Onlar ölkənin kimya və neft sənayesində ağalıq edirdilər.

İqtisadi böhran illərində ölkənin faşistləşməsi prosesi gücləndi. Müxalifətçi partiyalar qanundan kənar elan edildi. 1930-cu ildə Salazar "Milli ittifaq" adlı faşist partiyası təşkil etdi. O, ölkədə yeganə leqal partiya idi. 1932-ci ilin iyulun 5-də o, baş nazir təyin edildi və uzun illər faşist diktatoru kimi qaldı. Faşist rejimi 1933-cü il konstitusiyası ilə möhkəmləndirildi. Bu konstitusiyaya əsasən Portuqaliya "unitar korporativ respublika" adlandırıldı. Baş nazirə qeyri-məhdud səlahiyyətlər verildi. Yaşlı əhalinin ¾-ü seçki hüququndan məhrum edildi. Azad həmkarlar ittifaqlarının yerinə Salazar 1933-cü ilin

sentyabrın 23-də faşist "Milli həmkarlar ittifaqları"nı təşkil etdi. Fəhlələr tətil hüququndan məhrum edildi. Salazarın parti- yasından başqa bütün digər partiyalar gizli iş şəraitinə keçdilər. Kilsə faşist diktaturasının ən mühüm dayağı oldu. Ölkədə xüsusi təqib aparatı təşkil edildi. "PİDE" adlanan gizli siyasi polis yaradıldı. Hərbi düşərgələr təşkil edildi ki, onlardan biri Yaşıl Burun adasında yerləşən "Trafal" idi. Faşist rejimi ordu, donanma və polisə çəkilən xərcləri xeyli artırdı. Bu xərclər büdcənin 1/3-ni təşkil edirdi. 1934-cü ildə Portuqaliya höku- məti özünün yeni hərbi proqramını qəbul etdi ki, bu proqrama əsasən İngiltərəyə 20 hərbi gəmi inşa etmək sifarişi verildi.

1935-ci ildə isə daha 14 hərbi gəmi inşa etmək üçün hökumət

65 milyon funt-sterlinq həcmində pul ayırdı. Bundan başqa ölkədə strateji əhəmiyyətə malik olan yollar çəkildi, hərbi aviasiya möhkəmləndirildi. Portuqaliya silahın xeyli hissəsini Almaniya və İtaliyadan alırdı.

Bu dövrdə müstəmləkə xalqlarının istismarı gücləndi. 1930-cu il iyulun 8-də qəbul edilmiş “müstəmləkələr üzrə akt”a əsasən Portuqaliya müstəmləkələrinin əhalisi bütün iqtisadi, siyasi və mədəni hüquqlardan məhrum edilirdi. Müstəmləkələrdə məcburi əmək sistemi geniş tətbiq edildi, işçi qüvvəsinin satışı həyata keçirildi.

Antifaşist hərəkatını ləğv etmək Salazar diktaturasına tam nəsib olmadı. Bu özünü aydın formada İspaniyada vətəndaş müharibəsi dövründə xüsusilə göstərdi. Portuqaliya hökuməti dərhal Franko diktaturasını tanıdığını bildirdi və onun ordusunu silahla təchiz etməyə, oraya əsgər göndərməyə başladı. 1939-cu ilin mart ayının 17-də Salazar ilə Franko arasında "Dostluq və hücum etməmək haqqqında" pakt bağlandı. Bununla bərabər, həmin dövrdə Portuqaliya demokratları da İspaniya respublikaçılarına rəğbətlərini gizlətmirdilər. 1936-cı ilin sentyabrında Lissabon limanında üç gəmidə hərbi dənizçilər İspaniya respublikası ilə həmrəylik əlaməti altında silahlı üsyan

qaldırdılar. Portuqaliya antifaşistləri İspaniyaya gələrək beynəlmiləl briqadaların tərkibində vuruşurdular.

İkinci dünya müharibəsi ərəfəsində İngiltərə Portuqaliya iqtisadiyyatında ağalıq mövqeyini saxlayır, onun əsas kreditoru olaraq qalırdı. 1935-ci ildə Portuqaliyanın 30,9 milyon funt- sterlinq xarici borcundan 22 milyon funt-sterlinqi İngiltərəyə məxsus idi. 1937-ci ildə Portuqaliya müstəmləkələrinə İn- giltərənin kapital qoyuluşu 25 milyon funt-sterlinq idi. Portu- qaliya ordusu və donanmasını silahla, demək olar ki, İngiltərə təchiz edirdi. Eyni zamanda, İkinci dünya müharibəsi ərəfə- sində Salazar hökuməti faşist İtaliyası və Hitler Almaniyası ilə də sıx iqtisadi və siyasi əməkdaşlıq yaratmışdı. Almaniya müharibə ərəfəsində Portuqaliyaya idxal etdiyi məhsul və kapitala görə, demək olar ki, İngiltərəyə çatmışdı.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin