İSVEÇRƏ İsveçrə Birinci dünya müharibəsindən sonrakı ilk dövrdə
1815-ci ildən bitərəf ölkə olan İsveçrə birinci dünya müharibəsi dövründə öz bitərəfliyini saxlamaqla müharibə aparan bütün ölkələrlə ticarət edərək öz burjuaziyasına çoxlu gəlir gətirdi. Ölkədə maşınqayırma, hərbi sənaye, elektroener- getika sənayesi xeyli inkişaf etdi. Ölkənin qızıl ehtiyatı artdı. Bununla bərabər ərzaq mallarının qiymətlərinin bahalanması xalq kütlələrinin maddi vəziyyətini ağırlaşdırdı. Müharibə illərində ordunun səfərbərliyə alınması ilə əlaqədar İsveçrə bu işə 1,2 milyard frank sərf etməli oldu. 1913-cü ildəki 140 milyon franka qarşı 1918-ci ildə İsveçrənin dövlət borcu 1 milyard franka çatdı. Həmçinin bu dövrdə İsveçrə xəzinəsi xarici turizmdən gələn gəlirlərdən də məhrum oldu.
1917-1918-ci illərdə Rusiyada baş verən Fevral burjua- demokratik inqilabı və Oktyabr çevrilişinin nəticəsində İsveç- rədə də fəhlə hərəkatı gücləndi. Bu dövrdə fəhlə hərəkatında İsveçrə sosial-demokrat partiyasının nüfuzu güclü idi. Fəhlə hərəkatının təsiri altında hökumət güzəştə getməyə məcbur olaraq 1918-ci ildə proporsional seçki sistemi tətbiq etdi, 48 saatlıq iş həftəsi müəyyən edildi.
1919-cu ildə çağrılmış Parist sülh konfransı İsveçrənin "daimi bitərəflik" doktrinasını bir daha təsdiqlədi.
1921-ci ilin martında sosial-demokrat partiyasının sol qanadından İsveçrə Kommunist partiyası təşkil edildi və o, Kominternə daxil oldu.
Birinci dünya müharibəsindən sonra İsveçrə beynəlxalq münasibətlərdə mühüm rol oynamağa başladı. Onun ərazisində beynəlxalq təşkilatlardan Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ümumdünya poçt ittifaqı, Millətlər Cəmiyyəti fəaliyyət göstərirdi.
Sovet dövlətinə qarşı İsveçrə düşmənçilik mövqeyində dururdu. 1923-cü ilin iyunun 20-də İsveçrə hökuməti onun ərazisində keçirilən beynəlxalq konfranslarda sovet nümayəndə heyətinin iştirakını qadağan etdi.
1920-1921-ci illərin iqtisadi böhranı xalq kütlələrinin maddi vəziyyətinə ağır təsir etdi. 1922-ci ildə ölkədə 130 min işsiz var idi. Qiymətlər müharibədən əvvəlki dövrlə müqa- yisədə 4 dəfə artdı.
Dostları ilə paylaş: |