Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


İsveçrə 1924-1939-cu illərdə



Yüklə 0,59 Mb.
səhifə111/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   156
avropa amerka tarıxı

İsveçrə 1924-1939-cu illərdə


Kapitalizmin sabitləşməsi illərində İsveçrənin iqtisadi vəziyyəti bir qədər yaxşılaşdı. Həyat səviyyəsi bir qədər yüksəldi. Bir sıra, xüsusilə, ixracla əlaqədar olan sahələrdə fəhlələrin əmək haqqı artdı. 1925-ci ildə ölkədə qocaların, yetimlərin və şikəstlərin sığorta edilməsi, 1927-ci ildə dövlət qulluqçularının əmək haqlarının ödənilməsi vəziyyəti haqqında qanun qəbul edildi. 1929-cu ilin martından ölkənin çörəklə təmin edilməsi üzərində dövlət inhisarı həyata keçirilməyə başlandı.

Bu dövrdə Vahid İsveçrə həmkarlar ittifaqı və sosial- demokrat partiyası əməklə kapitalın əməkdaşlığı uğrunda mü- barizəni genişləndirdilər. 1926-cı ildə onlar parlamentə belə bir təklif verdilər ki, bütün sosial münaqişələrin arbitraj məhkəməsi vasitəsi ilə həll edilməsinə icazə versinlər ki, "sinfi sülh" yaradılsın.

İsveçrədə 20-ci illərin ortalarından başlanan iqtisadi yüksəlişi 1929-1933-cü illərin iqtisadi böhranı dayandırdı. Böhran illərində 2500 müəssisə və bank iflasa uğradı. Bir sıra bankların səhmlərinin qiyməti 40% aşağı düşdü. Hökumət böhrandan çıxmaq üçün lazım olan bir sıra, məsələn, əmək haqlarını dondurmaq, frankı devolvasiya etmək və s. tədbirləri görmədi. Böhranın bütün ağırlığı xalq kütlələrinin üzərinə düşdü. Bazel, Sürix, Cenevrədə fəhlə tətilləri artdı.

Sosial ziddiyyətlərin kəskinləşməsindən faşist ünsürlər istifadə edərək Hitler və Mussolininin ideyalarını təbliğ etməyə başladılar. İsveçrədə "Milli cəbhə" adlanan faşist təşkilatı öz fəaliyyətini genişləndirdi. Həmçinin Milli İttifaq, İsveçrə faşist partiyası da təbliğat işini gücləndirdi. Faşist təşkilatlarının fəaliyyətinə mane olmamaq üçün hökumət antifaşist çıxışları qadağan etdi. 1932-ci ilin noyabrın 9-da hökumət Cenevrədə antifaşist nümayişi gülləbaran etdi.

30-cu illərin ikinci yarısında antifaşist hərəkat gücləndi. 1940-cı ilin noyabrın 27-də İsveçrədə Kommunist partiyasının fəaliyyəti qadağan edildi.

İkinci dünya müharibəsi ərəfəsində İsveçrədə iqtisadi inkişaf yenidən yüksəldi. Ölkənin xüsusilə hərbi istehsalla bağlı olan müəssisələri bütün gücü ilə faşist dövlətlərinin sifarişini yerinə yetirmək üçün işləyirdi.

İsveçrə daha çox Almaniyanın təsir dairəsində idi. O, 1934-cü ildə SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olmasının əleyhinə səs verdi. Həmçinin İsveçrə faşist təcavüzünün Av- ropa, Asiya və Afrikada genişlənməsini sakitliklə qarşılayaraq təcavüzkara qarşı iqtisadi sanksiyaların tətbiq edilməsində işti- rak etmədi.


    1. Yüklə 0,59 Mb.

      Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin