Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


-cı il hərbi çevrilişi və faşist diktaturasının qurulması



Yüklə 0,59 Mb.
səhifə108/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   156
avropa amerka tarıxı

1926-cı il hərbi çevrilişi və faşist diktaturasının qurulması

1924-1925-ci illərdə Portuqaliyada iqtisadi, xüsusilə maliyyə böhranı kəskin şəkil aldı, bu həmçinin siyasi sabitliyi də pozdu. 1910-cu ildən 1925-ci ilədək ölkədə 40 hökumət dəyişikliyi, 18 qiyam olmuşdu. Kapitalizmin nisbi sabitləşməsi illərində də qeyri-sabit şərait qalmaqda idi. Bundan istifadə edən hərbi dairələr 1926-cı ilin may ayının 28-də dövlət çevrilişi edərək öz diktaturalarını qurdular. Respublika partiyası, o cümlədən sosialistlər əvvəl dəyişikliyin mahiyyətini başa düşməyərək yeni rejimi alqışladılar. Ümumi əmək konfederasiyası bitərəf qaldı. Kommunist partiyası çevrilişin əleyhinə olduğunu bildirdi. Tez bir zamanda hakimiyyət general Koştun əlində mərkəzləşdi. 1928-ci ilin martın 25-də ölkənin prezidenti İngiltərənin himayəsi ilə general Karmon oldu. Ölkənin faşistləşməsi başladı. 1911-ci il konstitusiyası təxirə salındı. Onunla birlikdə burjua-demokratik azadlıqlar da ləğv edildi. 1928-ci ilin aprelin 28-də maliyyə naziri O.Salazar oldu. O, iqtisadiyyat sahəsində fövqəladə səlahiyyətlər aldı.

Portuqaliyanın demokratik dairələri ardıcıl olaraq faşistləşmə və diktaturaya qarşı mübarizə aparırdılar. 1927-ci ilin fevralında respublika əhval-ruhiyyəli zabitlər, həmçinin fəhlələrin bir hissəsi Lissabon və Portuda üsyan qaldırdılar. 1928-ci ildə baş verən üsyanlar diktator tərəfindən yatırıldı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin