Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Argentina İkinci dünya müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə120/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   156
avropa amerka tarıxı

Argentina İkinci dünya müharibəsi ərəfəsində

1933-cü ildə keçirilən VII Panameraikan konfransında ABŞ Latın Amerikası dövlətlərinin daxili işlərinə

«qarışmayacağını» bildirdi. Tədricən ABŞ-la «mehriban qonşuluq» əmələ gəlməyə başladı. Yeni hökumətin siyasəti xarici kapitaldan asılılığı artırdı. Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra Argentinada İtaliya və Almaniya mühacirləri faşist partiyası yaratdılar. Lakin demokratik qüvvələr faşizmlə mübarizəyə qalxdılar. 1933-cü ilin mayında Buenos-Ayresdə faşizmə qarşı mübarizə komitəsi təşkil edildi. 1935-ci ilin birinci yarısında Argentinada tətil hərəkatı gücləndi. Xalq cəbhəsi yaradılmasa da, müxalifətdə dayananlar 1936-cı ilin martında mühüm müvəffəqiyyət qazandılar. İrticaçı qüvvələr konstitusiyanın bərpasından qorxaraq yeni dövlət çevrilişinə hazırlaşmağa başladılar. Buenos-Ayres əyalətinin qubernatoru öz əyalətində Kommunist Partiyasının fəaliyyətini qadağan etdi. Xusto hökuməti həmkarlar ittifaqı üzərində dövlət nəzarəti təşkil etdi.

Demokratik ideyaların təbliğinə görə həbs cəzası veril- məsi haqqında qanun verildi. Deputatlar palatasındakı mü- xalifətçi deputatlar – radikallar, sosialistlər, mütərəqqi demok- ratlar Xalq Cəbhəsi adı altında blok düzəltdilər. Lakin sonra sosialistlər və radikallar bu blokdan ayrıldılar.

Sol partiyalar 1937-ci ilin noyabrındakı prezident seç- kilərində müstəqil çıxış etdilər, irticadan qorxaraq vahid blok təşkil etmədilər. Ortis prezident seçildi. Sağlar yenə də qalib gəldilər.

Xarici siyasətdə onlar ABŞ-ın təzyiqinə qarşı durmaq üçün faşist millitarist blokuna meyl edirdilər.

İkinci dünya müharibəsi zamanı Argentina əvvəl bitərəfliyini elan etdi. Bu vəziyyət iqtisadi inkişafın srüətlənməsinə kömək etdi. Sənayenin yeni sahələri yaradıldı. İşsizlik, demək olar ki, ləğv edildi. İqtisadi yüksəliş baş verdi. 1940-cı ildən prezident vəzifəsini Ortisin yerinə Ramon Kastilyo yerinə yetirməyə başladı 1943-cü ilə qədər o, bu vəzifədə qaldı. Ölkədə mövcud rejim sərtləşdirildi. Almaniya və onun müttəfiqləri ilə əlaqələr genişləndirildi. Müharibə illərində hökumətin daxili və xarici siyasətindən narazılıq onun xalq kütlələri tərəfindən devrilməsinə gətirib çıxartdı. Yeni hökumətə əvvəl Artero Ramson, sonra isə Ramiris başçılıq etdi. Ramiris Argentina hökumətinin müvəqqəti prezidenti seçildi. 1944-cü ilin fevral ayında Ramirisin istefasından sonra onu general Ferral əvəz etdi. Argentina hökuməti 1945-ci il martın 27-də Almaniya bloku ölklələrinə müharibə elan etdi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin