Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Meksika dünya iqtisadi böhranı dövründə və İkinci dünya müharibəsi əpəfəsində



Yüklə 0,59 Mb.
səhifə123/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   156
avropa amerka tarıxı

Meksika dünya iqtisadi böhranı dövründə və İkinci dünya müharibəsi əpəfəsində

Meksikaya dünya iqtisadi böhranı ağır təsir etdi, gümüş, qızıl, mis, sink istehsalı azaldı. Ölkədə 1 milyon işsiz var idi. 1930-cu ildə aqrar islahat dayandırıldı. Şəkər qamışı, banan plantasiyaları, əsasən, xarici kompaniyaların əlində idi. Onlar da iflas etdi.

Siyasi həyatda bütün rəhbərlik Kalyesin əlində toplan- mışdı. O, «İnqilabın ali rəhbəri» hesab edilirdi. 1930-cu ildə ABŞ-ın təzyiqi ilə Meksika SSRİ ilə diplomatik münasibətləri kəsdi.

1932-ci ildə Ortısın istefasından sonra Abelyardo Rodriges prezident seçildi.

MİP-nin sol qanadı hökuməti məcbur etdi ki, 1933-cü il- də aqrar islahatlar keçirsin. Həmçinin altı illik proqram qəbul edildi. Bu proqramda milli sənaye yaradılması, kənd təsərrüfatının inkişafının təşkil edilməsi nəzərdə tutulurdu.

1933-cü il oktyabrda Meksikada kəndli və fəhlə ümumi konfederasiyası yaradıldı.

1934-cü ildə MİP-nın sol qanadına məxsus olan Lasaro Kardenas prezident seçildi. O, hələ Miçoakan ştatında qubernator olanda korrupsiyaya qarşı mübarizədə şöhrət qazanmışdı. Kardenas Kalyesin dediklərin etmədi.

Kommunist partiyası leqallaşdırıldı, demokratik azadlıqlar bərpa edildi. Kalyesin qəsd yolu ilə Kardenası devirmək cəhdi baş tutmadı. Kalyes ABŞ-a sürgün edildi. Kalyesə məxsus əmlak dövlət tərəfindən müsadirə edildi.

1936-cı ilin fevralında Meksika zəhmətkeşlər konfederasiyasının təşkilindən sonra Meksikanın ictimai-siyasi həyatında fəhlə sinfinin rolu artdı. 40 saatlıq iş həftəsi müəyyən edildi, kollektiv müqavilələr bağlanılmasına icazə verildi, xaricilərə məxsus müəssisələr, dəmiryollar milliləşdirildi. Ən iri addım 1938-ci ilin martında neft sənayesinin milliləşdirilməsi idi. Bu sənayenin əksəriyyəti İngiltərə və ABŞ-a məxsus idi. Bu zaman ölkədə 17 amerikan və ingilis neft kompaniyası var idi. ABŞ Meksikaya iqtisadi sanksiya tətbiq etdi, ondan gümüş almadı. Böyük Britaniya və onun dominionları isə Meksikadan neft məhsulları almadı. Avropa ölkələrinin çoxu da onlara qoşuldu.

Bu dövrdə 18 milyon ha torpaq 1 milyon kəndliyə pay- lanıldı. Lakin yenə də mülkədarların əlində 80 milyon ha torpaq qalırdı.

1934-1940-cı illər islahatlarının mütərəqqi xarakter daşı- ması Meksikanın müstəqilliyini artırdı. Latın Amerikası ölkələ- rindən ancaq Meksika İspaniya respublikasına kömək etdi. Kardenas hökumətini geniş xalq kütlələri müdafiə etdi. 1938-ci il martında Milli İnqilab Partiyası Meksika inqilab partiyası ad- landı. Onun – fəhlə, kəndli, hərbçilər, xalqın digər təbəqələrini əhatə edən bölmələri yaradıldı.

Hərbi qiyam yolu ilə 1938-ci ilin yazında Kardenası de- virmək cəhdi baş tutmadı. Bu cəhd üçün bəhanə guya Meksikada kommunizm təhlükəsi idi.

Kardenasın dövründə toxuculuq, tikinti, yeyinti sənayesi, xarici ticarət inkişaf etdi.

1940-cı ilin iyulunda mühafizəkar qüvvələr Avilla Kamo- çonun prezident seçilməsinə nail oldular. Kardenasın işini davam etdirəcəyinə söz versə də, onun dövründə ölkədə ABŞ- ın təsiri gücləndi.

1941-ci ilin dekabrınadək Meksika faşist-millitarist bloku ilə diplomatik münasibətləri kəsmədi. Ancaq ABŞ-ın təsiri altında 1942-ci il mayında onlara müharibə elan etdi. 1942-ci ilin noyabrında Meksika SSRİ ilə diplomatik münasibətləri bərpa etdi.

Hərbi əməliyyatların Meksika ərazisində aparılmaması ölkə iqtisadiyyatının inkişafına əlverişli şərait yaratdı .

1945-ci ilin fevral-mart aylarında müharibə və sülh məsələlərini müzakirə etmək üçün Meksikada Amerika ölkələrinin xarici işlər nazirlərinin keçirilən konfransında “Çapıltəpək bəyannaməsi” (Çapıltəpək Mexikoda qəsr adıdır) qəbul edildi. Amerika ölkələrinin təcavüzdən birgə müdafiə prinsipinə sadiq qalmaları onun əsas məzmununu təşkil edirdi. Konfransda ABŞ-ın təklifi ilə qəbul edilən “İqtisadi

xartiya”adlı sənəddə iqtisadi və gömrük məsələlərində maneələrin tədricən aradan qaldırılmasından bəhs edilirdi.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin