Çili dünya iqtisadi böhranı illərində və İkinci dünya müharibəsi ərəfəsində
Dünya iqtisadi böhranı Çili iqtisadiyyatına çox ağır təsir etdi. Mis əridilməsi 1932-ci ildə 320 min tondan 103 min tona qədər azaldı. 1932-ci ildə Çilinin ixracı 8 dəfə, idxalı isə 7,5 dəfə aşağı düşdü. Başlanan maliyyə böhranını zəiflətmək üçün Çili hökuməti xarici borcların ödənilməsini dayandırdı. 4 milyon əhalisi olan ölkədə 1932-ci ildə işsizlərin ümumi sayı 350 min nəfərdən çox idi. Nominal əmək haqqı 30-40%, real əmək haqqı isə daha çox azalmışdı. Ölkəni tətillər bürümüşdü.
Kütləvi inqilabi hərəkatın nəticəsində diktator 1931-ci ilin iyulunda hakimiyyətdən əl çəkməyə və Argentinaya qaçmağa məcbur oldu. Dekabrda İbanyes hökumətinin nazirlərindən biri
– Xuan Esteban Montero prezident oldu. Lakin tətillər davam etməkdə idi. Bəzi yerlərdə bu üsyana çevrilsə də, hökumət onu yatırmağa müvəffəq oldu. Kəndli hərəkatı da ölkəni bürüdü.
İnqilabi hərəkatın və kütlələrin narazılığının artdığı bir şəraitdə orduya arxalanan burjua müxalifəti Montero hökumə- tini devirmək üçün hazırlığa başladı. 1932-ci il iyulun 4-də pay- taxt qarnizonunun üsyanı başladı və ona bütün xalq qoşuldu. Nəticədə Montero hökuməti yıxıldı və milli burjuaziyanın nümayəndələri olan Davila və Qrove tərəfdarlarının müvəqqəti koalisiyalı hökuməti təşkil edildi. Lakin tezliklə bu ittifaq parçalandı. 1932-ci il iyulun 12-də amerikapərəst siyasət yeridən Davila hökumətin tərkibindən çıxmağa məcbur oldu. Lakin Qrove hökuməti də verdiyi vədləri yerinə yetirə bilmədi. Belə şəraitdə Çilidə Kommunist partiyasının fəallaşması və bir sıra şəhərlərdə sovetlərin yaranması imperialist dairələri təşvişə saldı. Təşkil edildikdən iki həftə sonra Qrove hökuməti xarici imperialistlərin fəal köməyi nəticəsində devrildi, sovetlər isə qovuldu.
1932-ci ilin oktyabrında terror şəraitində aparılmış prezi- dent seçkilərində burjua-mülkədar partiyalarının köməyi nəticə- sində Arturo Alessandri qalib gəldi və altı il hakimiyyətdə oldu. Alessandri ABŞ imperialistləri ilə sazişə girdi. O, həmçinin Almaniya, İtaliya və Yaponiya kapitalının ölkəyə soxulmasına kömək edirdi. İspaniyada Frankonu müdfaiə edirdi. Lakin xalq bütün bunları laqeyd qarşılamağı bacarmadı. Belə ki, 1936-cı ildə kommunist, sosialist, radikal və demokratik partiyalar ara- sında bağlanmış saziş nəticəsində xalq cəbhəsi hərəkatı təşkilat cəhətdən təşəkkül tapdı, buraya Çili zəhmətkeşlər Konfedera- siyası da daxil oldu.
1938-ci ilin oktyabrın 25-də keçirilmiş prezident seçkilə- rində Xalq cəbhəsinin namizədi professor Pedro Adippe Serda bütün səslərin mütləq əksəriyyətini toplayaraq qalib gəldi. Xalq cəbhəsinin qələbəsi nəticəsində yaradılmış hökumət (bu hökumətin tərkibinə ragikallar, sosialistlər və demokratlar daxil idilər). Xalq cəbhəsi proqramını həyata keçirməyi, zəhmət- keşlərin maddi vəziyyətini yaxşılaşdırmağı, demokratik azad- lıqların verilməsini təmin etməyi, mürtəce təşkilatlara qarşı mübarizə aparmağı, xarici inhisarların ağalığı əleyhinə qanunlar verməyi bacarmadı. Proqramda göstərilən kəndlilərə maliyyə və aqronomluq köməyini təşkil etmək. milli sənayeni hərtərəfli inkişaf etdirmək məsələsi də həll edilmədi. Hakimiyyətə gəldiyi gündən Xalq cəbhəsi hökuməti irticanın ciddi müqavimətinə rast gəldi. Xalq cəbhəsinin qələbəsinə qədər seçilmiş deputatlar palatası ölkədəki əsil qüvvələr nisbətini əks etdirmirdi. Bununla belə, inadlı mübarizə nə- ticəsində Çili fəhlə sinfi öz vəziyyətini bir qədər yaxşılaşdıra bildi. Bəzi mülki və demokratik azadlıqlar (yığıncaqlar, təşkilatlar, tətillər və s. hüququ) bərpa edildi. Lakin Xalq cəbhəsinin seçkiqabağı şüarı– «çörək, yaşayış və geyim» şüarı həyata keçirilmədi.
İkinci dünya müharibəsində Çili Antihitler koalisiyasının tərəfində iştirak etdi.
Dostları ilə paylaş: |