İKİNCİ DÜNYA MÜHARİBƏSİ
XX əsrin ən mühüm hadisələrindən biri olan İkinci dünya müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişə idi. İkinci dünya müharibəsinin başlanması üçün şə- raitin yaranmasında 1929-1933-cü illərin dünya iqtisadi böhranı mühüm rol oynadı. Böhran beynəlxalq münasibətləri gər- ginləşdirdi. Bir sıra dövlətlər mövcud nüfuz dairələri, xammal və satış bazarlarını yenidən bölüşdürməyə can atdılar. Al- maniya və Yaponiya Versal sülhünün "alçaldıcı" şərtlərini ləğv etməyə çalışırdılar. Birinci dünya müharibəsində məğlub olmuş və çox ağır şərtləri qəbul etməyə məcbur edilmiş Almaniya, qalib gəlsə də, demək olar ki, heç nə qazanmayan Yaponiya və qaliblər içərisində məğlub vəziyyətində olan İtaliyada qisas hissi çox güclü idi. Onlar "ədaləti bərpa etmək" arzusu ilə yaşayırdılar.
İkinci dünya müharibəsi ərəfəsində imperialist dövlətlə- rinin iki qruplaşması meydana gəldi. Bunlardan biri Hitler Almaniyası, Yaponiya və İtaliya, digəri isə İngiltərə, Fransa və ABŞ-dan ibarət idi. Bu iki kapitalist qruplaşması dünyanı yenidən bölüşdürmək üzərində bir-biri ilə mübarizə aparırdılar. Hitler Almaniyası slavyan və digər sovet xalqlarını əsarət altına salmaq, Avropada qeyri-məhdud hökmranlıq yaratmaq, Afrikanı, Yaxın Şərqi ələ keçirmək yolu ilə özünün müstəm- ləkəçi imperiyasını qurmaq istəyirdi. Almaniyanın işğalçılıq planlarından zəngin təbii sərvətlərə, ilk növbədə neftə və strateji coğrafi mövqeyə malik olan Azərbaycan da kənarda qalmamışdı. Pozenberqin «Qafqazın idarə edilməsi» planına görə ilk vaxtlar Azərbaycanda yaradılan Komissarlıq idarə forması Tiflisdə yerləşən Qafqaz reyxkomissarlığına tabe edilməli, SSRİ işğal edildikdən sonra isə Azərbaycanın daxil
olduğu bütün türk xalqlarını birləşdirən «Böyük Türküstan» dövləti yaradılması idi.
Hitlerin Qafqaza hücum planı «Edelveys» adlanırdı. Bu plana görə Bakı 1941-ci il sentyabrın 25-də alınmalı və hərbi məntəqəyə çevrilməli idi.
İtaliya Əlcəzairi, Sudanı və İngiltərəyə məxsus olan əraziləri tutmaq fikrində idi. Yaponiya Çin, Hind-Çin, Hindistan, Seylon, Birma, İndoneziya, Filippin və Sakit okeanda olan bir sıra adaları zəbt etmək istəyirdi.
Yapon millitaristləri Sovet Uzaq Şərqinə də göz dikmişdilər. Almaniya və Yaponiyanın bu işğalçı planları İngiltərə, Fransa və ABŞ-ın mənafeyi əleyhinə idi. İngiltərə, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq istəyirdilər.
ABŞ və Böyük Britaniya Azərbaycana da xüsusi maraq göstərir və Qafqaza dair «Vilvet» planını tərtib etmişdilər. Planda Azərbaycanı SSRİ-dən ayırmaq, burada Sovet Ordusunun Qafqazdan çıxarılıb Stalinqrada aparılması, ABŞ və Böyük Britaniyanın hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzaq Şərqdə nüfuz dairələrini genişləndirməyə çalışırdı. Sovet rəhbərliyi Azərbaycan əhalisinin zorla Orta Asiya və Qazaxıstana köçürülməsi barədə də məhşur plan hazırlamışdı. Buna səbəb isə dövlətin azərbaycanlılara etibar etmədiyi göstərilirdi.
Burjua-demokratik dövlətlərin totalitar rejimləri bir- birinə qarşı qoyub zəiflətmək və məhv etmək istəyi də müharibənin başlanması səbəblərindən idi.
Müharibənin başlanmasının bir səbəbi də faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi idi. İngiltərə və Fransanın SSRİ-yə ciddi hərbi-siyasi qüvvə kimi baxmamaları da müharibənin başlanmasına imkan verən amillərdən idi.
Almaniya ilə SSRİ arasında bağlanmış bir-birinə hücum etməmək haqqında 1939-cu il 23 avqust müqaviləsi də Şərqdən təhlükə gözləməyən Hitlerə tezliklə müharibəyə başlamaq imkanı verdi.
Böyük Britaniya, Fransa və ABŞ-ın hakim dairələri Almaniya və Yaponiyanı SSRİ-yə qarşı çevirmək yolu ilə imperialist ziddiyyətləri həll etmək fikrində idilər. Bu zaman sosialist ölkəsi olan SSRİ ilə kapitalist dövlətləri arasında ziddiyyətlər kapitalist dövlətləri arasındakı ziddiyyətlərdən zəif idi. Buna görə də İkinci dünya dünya müharibəsi SSRi ilə kapitalist dövlətləri arasında deyil, 1939-cu il sentyabrın 1-də kapitalist dövlətlərinin öz arasında baş verdi. Almaniya impe- rializminə ABŞ inhisarlarının yardım etməsi təcavüzkarlığın iqtisadi hərbi bazasını yaratdı. Müharibənin başlanmasında İn- giltərə, Fransa, ABŞ və SSRİ-nin birgə təcavüzkara qarşı kol- lektiv təhlükəsizlik sistemi yaratmaması da mühüm rol oynadı. ABŞ, İngiltərə, Fransa hakim dairələri "sakitləşdirmə" siyasəti vasitəsi ilə Hitler Almaniyasının təcavüzkarlığı yaymasına və tədricən dünya müharibəsinin bağlanmasına yardım etmiş oldulalar.
Müharibə təhlükəsi artıq 30-cu illərin ortalarında qabaqcıl dövlətləri silahlanma məsələsində müəyyən addımlar atmağa məcbur etdi. Bununla bərabər, Böyük Britaniya, Fransa, ABŞ və SSRİ-nin Almaniya və onun müttəfiqləri ilə müqayisədə zəif strategiyaları, onların hərbi yolla deyil, diplomatik yolla hadisələri nizama salmaq istəyi onların müharibə ərəfəsində bütün hərbi resursları səfərbərliyə almalarına imkan vermirdi. 1939-cu ilin avqustunda Fransa ordusunda 2438 min. adam, o cümlədən, quru qoşunlarında 110 min adam Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələrində (HDQ) 126 min adam xidmət edirdi. Fransız donanmasının tərkibi 7 xətt, 1 təyyarədaşıyan gəmi, 19 kreyser, 77 sualtı qayıqdan ibarət idi. Böyük Britaniyanın ordusunda 897 min adam (1261 min adam dominanlarla birilkdə) quru
qoşunlarında, 193 min adam (206 min adam dominionlarla birilkdə) HHQ, 180 min adam (194 min adam dominionlarla birlikdə) HDQ-ndə xidmət edirdi. Böyük Britaniya kifayət qədər güclü donanmaya (15 xətt, 7 təyyarədaşıyan gəmi, 64 kreyser, 58 sualtı qayıq) və inkişaf etmiş hərbi hava qüvvələri sisteminə malik idi. Kralın müdafiəsində hərbi-hava qüvvələrinin 1456 təyyarəsi və 2000 maşın ehtiyatda dayanmışdı. ABŞ ordusunun zərbə qüvvəsində isə 1939-cu ildə 544 min adam var idi. Hərbi-dəniz donanmasının tərkibində 15 xətt, 5 təyyarədaşıyan gəmi, 36 kreyser, 99 sualtı qayıq var idi. ABŞ-ın hərbi strategiyası müdafiə xarakteri daşıyırdı ki, bu da onun xarici siyasətinin təcridçiliyə əsaslanmasından irəli gəlirdi.
Faşist bloku ölkələrində isə güclü hərbi potensial olmasa da, onlar müharibə ərəfəsində ehtiyatlarını səfərbərliyə almış, hərbi-sənaye bazalarını genişləndirə bilmişdilər. 1939-cu ildə Yaponiya ordusunun sayı 1240 min nəfərdən ibarət idi. Onun silahları 1 min təyyarədən, 2 mindən artıq tankdan ibarət idi. Yapon donanmasında 10 linkor, 6 təyyarədaşıyan gəmi, 35 kreyser, 56 sualtı qayıq var idi. İtaliyanın ordusunun tərkibində 1 753 min adam var idi. HHQ-nın tərkibində 2800 təyyarə, HDQ-ndə isə 4 xətt gəmisi, 22 kreyser, 105 sualtı qayıq var idi. 1939-cu ildə Alman silahlı qüvvələri 2750 min adamdan, 3200 tank, 4 min təyyarədən ibarət idi. Hitlerin dövründə ölkədə həm çoxsaylı, həm də yüksək döyüş qabiliyyətinə malik ordu yaradılmışdı. Doğrudur, Vermaxtın, yəni alman silahlı qüvvələrinin texniki bazası bir qədər köhnəlmiş vəziyyətdə idi. Müharibənin başlanmasına yaxın Almaniya donanmasında 2 linkör, 5 kreyser, 57 sualtı qayıq var idi. Alman ordusunun güclü cəhəti döyüş əməliyyatlarını aparmaq üçün yaradıcı, yenilikci taktikanın olması idi.
Birinci dünya müharibəsinə nisbətən İkinci dünya müharibəsi beynəlxalq aləmdə demokratik qüvvələrin inkişaf etdiyi şəraitdə başlanmışdı. Hitler Almaniyası və onun
müttəfiqləri tərəfindən aparılan müharibə əvvəldən axıra qədər işğalçılıq və təcavüzkarlıq xarakterində olmuşdur. İngiltərə, Fransa, ABŞ hakim dairələri də ikinci dünya müharibəsində imperialist məqsədlər güdürdülər. Lakin Hitler Almaniyası Fransanı işğal etdikdən sonra Qərb dövlətlərinin apardığı müharibə imperialist xarakterini itirməyə başladı, azadlıq və ədalətli xarakter daşıdı. Almaniya, İtaliya və Yaponiya imperialistləri dünyanın bir neçə yerində müharibə ocağı əmələ gətirdilər.
İkinci dünya müharibəsini xronoloji baxımdan üç böyük dövrə bölmək olar. Təcavüzkarın üstünlüyü şəraitində müha- ribə miqyaslarının genişlənməsi ilə səciyyələnən birinci dövr 1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək davam etmişdir. 1942-ci ilin iyunundan 1944-cü ilin yanvar ayınadək davam edən ikinci dövrdə təşəbbüs və üstünlük antihitler koalisiyasının əlinə keçir və əsaslı dönüş yaranır. Düşmən ordusunun darmadağın edilməsi, təcavüzkar dövlətlərdə hakim rejimlərin süqutu ilə səciyyələnən üçüncü dövr 1944-cü ilin yanvarından 1945-ci ilin sentyabrın 2-nədək davam etmişdir.
1939-cu ilin martında Almaniya Çexoslovakiyanı, aprelində isə İtaliya Albaniyanı işğal etdi. İngiltərə, Fransa hakim dairələri öz siyasətlərinin nəticəsini aydın gördükdən sonra bir daha faşist Almaniyasına güzəştə getməyəcəklərini bildirmək üçün 1939-cu ilin yazında Rumıniya, Polşa, Yunanıstanla bir sıra sazişlər imzalayaraq onlara yardım edəcəklərini bildirdilər.
Faşist Almaniyasında təcavüzkar müharibənin hazırlanması və aparılması məsələsini alman generalı və faşizmin hərbi ideoloqu Lyudendorf hazırlamışdır. Hələ 1935- ci ildə "Total müharibə" adlı Lyudendorfun kitabı çap edilmişdir. Bu kitabda irəli sürülən nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, Almaniya ancaq müharibə yolu ilə başqa xalqlar üzərində öz ağalığını qura və davam etdirə bilər. Orada
qeyd edilirdi ki, ölkədə həyatın bütün sahələri müharibə hazırlığına tabe etdirilməlidir. Dinc zamanlarda da müharibə mənafeyini müdafiə etmək ilk planda durmalıdır. Bu məqsədə mane ola biləcək heç bir azadlığa və təşkilatların fəaliyyətinə yol verilməməlidir. Müharibədə qələbə qazanmaq üçün bütün vasitələrdən: şantaj, aldatmaq, xəyanət, terror və s.-dən istifadə etmək lazımdır. Müharibə zamanı cəbhə ilə arxaya fərq qoymadan dinc əhalini də cəbhədəki əsgərlər kimi məhv etmək lazımdır. Total müharibə elan edilmədən başlanaraq beynəlxalq qaydalara əməl edilmədən rəhmsiz bir surətdə aparılmalıdır. "İldırım sürətli müharibə" nəzəriyyəsi də Lyudendorf tərəfindən hazırlanmışdı. Bu nəzəriyyə də əvvəlki nəzəriyyə ilə sıx əlaqəli idi. Almaniya Avropanın mərkəzində yerləşdiyi üçün o xammal mənbələrindən və s.-dən tez zamanda təcrid etdirilə bilərdi. Digər tərəfdən, faşist ideoloqları uzun sürən müharibəyə bel bağlamırdılar. Buna görə də onlar "ildırım sürəti ilə" ilk zərbələrdə müvəffəqiyyət əldə etmək və məqsədə nail olmaq fikrində idilər. Bu yol ilə hitlerçilər öz düşmənlərinin qruplaşmasına aman vermədən onları tezliklə məğlub etmək istəyirdilər.
Dostları ilə paylaş: |