beynəlxalq münasibətlər
1929-1933-cü illərin dünya iqtisadi böhranı kapitalist dövlətləri arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bunun əsas mənbəyi isə kapitalist dövlətlərinin iqtisadi və siyasi inkişafının qeyri-bərabərliyinin güclənməsi idi.
İqtisadi böhranın və silahlanmanın qarşısını bütün dövlətlərin səyi ilə almaq məqsədilə Fransanın xarici işlər naziri A.Brian 1930-cu ilin mayında SSRİ də daxil olmaqla Avropanın 27 dövlətinə “Avropa Federal İttifaqı”nı yaratmaq təşəbbüsü ilə müraciət etdi. Bu plan “ Pan avropa planı” kimi tarixə daxil oldu. Lakin Avropada Fransanın hegemon olacağında ehtiyat edən Avropa dövlətləri bu planın reallaşmasına imkan vermədilər.
Dünya iqitsadi böhranı illərində hərbi dəniz gəmilərinin tikintisinə dair həll olunmamış məsələləri qaydaya salmaq üçün 1930-cu ilin yanvarın 21-dən aprelin 22-dək Londonda keçirilən dəniz konfransında ABŞ, İngiltərə və Yaponiya arasında donanma sahəsində münaisbətlər qismən tənzimləndi.
30-cu illərin başlanğıcında bir tərəfdən Almaniya, İtaliya, Yaponiya, digər tərəfdən isə Böyük Britaniya, Fransa, ABŞ arasında ziddiyyətlər nəzərə çarpacaq dərəcədə kəskinləşdi. Faşist dövlətləri SSRİ-ni məhv etməyə, həmçinin öz imperialist rəqiblərini darmadağın etmək yolu ilə dünyanı yenidən bö- lüşdürməyə çalışırdılar. Böyük Britaniya, Fransa və ABŞ-ın hakim dairələri faşist təcavüzkarlarını SSRİ üzərinə hücuma təhrik edərək belə hesab edirdilər ki, müharibədə hər iki tərəf qüvvədən düşəcək və müharibədən sonrakı dünyada öz möv- qelərini gücləndirəcəklər.
İmperilistlərarası ziddiyyətlərin kəskinləşməsi antisovet sövdələşmə imkanını qətiyyən istisna etmirdi. Antikommunizm zəncirində eyni vaxtda faşist dövlətləri təcavüzkar xarici siyasət xətti yeridirdilər ki, 30-cu illərdə Böyük Britaniya, Fransa, ABŞ bunu müdafiə edirdilər.
Dünyanı yenidən bölüşdürmək uğrunda silahlı mübari- zəyə birinci olaraq Çində və Sakit Okean hövzəsində şəriksiz hökmran olmaq istəyən Yaponiya başladı. 1931-ci ilin sentyab- rında yapon ordusu Çinə soxuldu və üç ay ərzində Mancuriyanı işğal etdi. ABŞ, Böyük Britaniya və Fransa Yaponiyanın tezliklə SSRİ üzərinə hücum edəcəklərini gözlədikləri üçün təcavüzkara qarşı çıxmadılar.
Bundan başqa onlar yapon ordusunun gücü ilə Çin xal- qının milli-azadlıq hərəkatını yatırmaq ümidində idilər.
Yaponiya bütün Mancuriyanı işğal edərək tutulmuş əra- zidə oyuncaq Mançyou Qo dövlətini yaratdı. Yalnız 1933-cü ilin fevralında Millətlər Cəmiyyəti Mancuriyanın işğalını ifşa edən qətnamə qəbul etdi və onun Çinə qaytarılmasını tələb etdi. Buna cavab olaraq 1933-cü ilin martında Yaponiya Millətlər Cəmiyyətindən çıxdı və yeni işğallara hazırlaşmağa başladı. 1937-ci ildə o, Çinə qarşı yenidən müharibəyə başladı. 1939-cu ilin payızında Yaponiya ölkənin cənubundakı Tayvan adasına qədər ərazi daxil olmaqla Çinin sahilboyu torpaqlarının çox
hissəsini zəbt etdi. 1938-1939-cu illərdə Xasan gölü və Xalxin- Qol çayı sahilində olan döyüşlərdə yapon qoşunları sovet ordu- su tərəfindən ciddi məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra Yaponiya SSRİ-yə hücum etmək planını təxirə salmalı oldu.
İkinci müharibə ocağı Avropada yarandı ki, bunun da əsas günahkarları Almaniya və İtaliya idi. Almaniyada faşist- lərin hakimiyyətə gəlməsi Avropada müharibə ocağının yaran- ması üçün başlanğıc oldu. Faşistlər dünya ağalığına can ataraq Avropanı özlərinə tabe etməyi birinci dərəcəli vəzifələri hesab edirdilər. Hitlerçilərin planında Şərqdə «çox zəruri ərazilər» tutmaq, yəni SSRİ-yə qarşı hərbi yürüşə başlamaq nəzərdə tutulurdu.
ABŞ və İngiltərə maliyyə-sənaye maqnatlarının alman inhisarları ilə çoxillik əlaqəsi Almaniyanı «sakitləşdirmə» siya- sətinin iqtisadi əsasını təşkil edirdi. 1933-cü ilin oktyabrında Almaniya nümayişkaranə surətdə Millətlər Cəmiyyətindən çıxdı və bu addımla sürətlə silahlanma və təcavüz üçün öz əl- qolunu tamam açdı. 1934-cü ildə alman kəşfiyyatı vasitəsilə Avstriya kansleri Dolfusun, Yuqoslaviya kralı Aleksandrın, Fransanın xarici işlər naziri Lui Bartunun öldürülməsi Avropa- da gərginliyi daha da artırdı. 15 il ərzində Millətlər Cəmiyyə- tinin idarəsi altında olan Saar vilayəti ümumxalq səsverməsi nəticəsində 1935-ci il martın 1-də Almaniyaya keçdi.Bu Alma- niyanın sənaye bazasını nəzərə çarpacaq dərəcədə gücləndirdi.
Hitler Versal müqaviləsinin hərbi maddələrini birtərəfli surətdə pozaraq 1935-ci ilin martında ümumi hərbi mükəlləfiy- yət keçirdi. 1935-ci il ingilis-alman dəniz müqaviləsi almanlara hərbi dəniz donanmasını artırmağa, sualtı qayıqlar hazırlamağa yol açdı ki, bu da faktiki olaraq Versal sazişlərinə ikitərəfli yenidən baxılması demək idi. 1936-cı ilin martında alman ordusu hərbisizləşdirilmiş Reyn zonasını tutdu. Hitler əslində bu addımı ilə riskə getdi. O bilirdi ki, Fransanın təhlükəsizliyini zərbə altında qoyan bu addım Fransa tərəfindən silahlı
müqavimətə səbəb ola bilər və həm də bu dövrdə qüvvələr nisbəti Almaniyanın xeyrinə deyildi. Çünki onun 36, Fransa və Çexoslovakiyanın isə 55 dviziyası var idi. Lakin Fransa hö- kuməti heç bir fəaliyyət göstərmədi, bu isə Hitlerin yeni müha- ribəyə hazırlığını gücləndirdi. Versal sistemi iflasa uğramış oldu.
Dünyanın yenidən bölüşdürülməsi «kiçik müharibələr- dən» başlandı. Almaniya və Yaponiya ilə birlikdə Afrika və Aralıq dənizi hövzəsində geniş müstəmləkə imperiyası yarat- maq xətti götürmüş faşist İtaliyasının böyük xammal sərvətləri və mühüm strateji mövqeyi olan Efiopiyanı işğal etmək ən yaxın məqsədi idi. 1935-ci ilin oktyabrında yaxşı silahlanmış İtaliya ordusu Efiopiyaya soxuldu. 1936-cı ilin mayında Efiopi- ya xalqının inadlı müqavimətinə baxmayaraq paytaxt Əddis- əbəbə tutuldu. Efiopiya İtaliyanın müstəmləkəsi elan edildi. Qərb dövlətlərinin köməyi nəticəsində İtaliya buna nail oldu.
Beynəlxalq ictimaiyyətin təzyiqi altında Millətlər Cəmiy- yəti İtaliyanı təcavüzkar dövlət elan etməyə məcbur oldu və onunla ticarətdə bəzi məhdudiyyətlər qoydu. Lakin bu tədbirlər vəziyyəti dəyişdirmədi. Belə ki, İtaliya sanksiyalarda iştirak etməyən ölkələrlə, məsələn, ABŞ-la ticarəti genişləndirdi.
İkinci dünya müharibəsinin törədilməsi yolunda yeni addım İspaniyaya İtaliya-Almaniya müdaxiləsi oldu. Almaniya və İtaliyanın bu müdaxilədə əsas məqsədi İspaniyada faşist idarə üsulunun qurulmasına nail olmaq idi. İngiltərənin təşəb- büsü ilə 27 dövlətin daxil olduğu. “İspaniya işlərinə qarışmamaq komitəsinin yaradılması imkan verdi ki, İspaniyada faşist diktaturası qurulsun. İspaniya təcavüzkar dövlətləri müxtəlif xammal və ərzaqla təchiz edən əsas ölkə oldu. Bundan başqa vermaxt İspaniya ərazisindən öz aviasiya və tankları ilə hərbi manevrlər etmək, hərbi təcrübə qazanmaq və hərbi strategiyanı təkmilləşdirmək üçün meydan kimi də istifadə edirdi.
İtaliya-Almaniya müdaxləsi və İspaniyanın faşist dövlət- lərinin müttəfiqinə çevrilməsi İngiltərə və Fransanın müstəmləkəri ilə dəniz rabitəsi üçün birbaşa təhlükə yaradırdı. Hər iki dövlətin hərbi-dəniz bazaları üçün də müəyyən təhlükə yaranırdı. Bu Fransa üçün daha ağır nəticələr verə bilərdi. Çünki o, faşist dövlətlərinin mühasirəsində qalmış olurdu. Lakin ingilis və fransız imperialistlərinin siyasətində antisovetizm daha çox üstünlük təşkil etdiyindən onlar İspani- yada faşist diaktaturası qurulmasına mane olmadılar.
Ciddi surətdə dünya müharibəsinə hazırlaşan Almaniya, İtaliya və Yaponiya tədricən hərbi blok yaratmağa başladılar. 1936-cı ilin oktyabrında beynəlxalq siyasətin əsas məsələlə- rində birgə fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz dairələrinin hüdudlarını müəyyən etmək haqqında Almaniya- İtaliya müqaviləsi imzalandı. Eyni vaxtda təcavüzkar planları həyata keçirməkdə əməkdaşlığa marağı olan Almaniya Yaponiya ilə yaxınlaşdı. 1936-cı ilin noyabrında Almaniya ilə Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra İtaliya da bu pakta qoşuldu. Əslində faşist-militarist koalisiyası dünyanı Almaniya, İtaliya və Yaponiya inhisarlarının mənafeyinə uyğun bölmək uğrunda müharibənin hazırlanması və törədilməsi məqsədi ilə meydana çıxmışdı. Blokun əsas zərbəsi təkcə SSRİ-yə qarşı deyil, həmçinin ABŞ, İngiltərə və Fransaya qarşı da çevrilmişdi. "Antikomintern paktı" bağlandıqdan sonra faşist dövlətlərinin təcavüzkarlığı daha da artdı. Faşist dövlətləri təcavüzün yeni aktını Avropada da törətdilər. Bunlardan birincisi, almanların məskunlaşdığı bütün ərazilərin birləşdirilməsi şüarı altında Avstriyanın Almaniyaya "birləşdirilməsi" (anşlüs) oldu. Bu addımı atmazdan əvvəl Hitler Britaniya hökumətinin razılığını aldı. Almaniyanı "Qərbin bolşevizmə qarşı qalası" hesab edən İngiltərənin hakim dairələri, ona Mərkəzi və Şərqi Avropada fəaliyyət sərbəstliyi verdilər.
Avropanın İngilətərə və Fransaya arxalanan kiçik dövlət- ləri faşist blokunun təcavüzkarlığına qarşı birləşmək cəhdi göstərirdilər. 1934-cü ildə Yunanıstan, Rumıniya, Türkiyə və Yuqoslaviya "Balkan Antantası" adlanan ittifaq yaratdılar. La- kin sonrakı hadisələr göstərdi ki, belə cəhdlər kiçik ölkələrə Almaniya və İtaliya təcavüzündən xilas olmağa təminat vermir. İkinci dünya müharibəsi başlanmazdan əvvəl "Balkan An- tantası" dağıldı. Ərizsinin təhlükəsizliyini təmin etmək üçün Türkiyə boğazlara dair Lozanna konvensiyasına yenidən baxılmasına nail oldu 1936-cı ilin iyunun 22-dən iyulun 20-dək İsveçrənin Möhtre şəhərində çağırılan konfransda boğazlar məsələsində Türkiyəyə böyük üstünlüklər verildi. Boğazlar faktiki olaraq Türkiyənin daxili sularına çevrildi. Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmilərinə istər müharibə, istərsə də dinc dövrdə boğazlardan keçmək qadağan edilirdi. İqtisadi və siyasi cəhətdən Balkanlarda hakim olmaq siyasəti yeridən İtaliya 1939-cu ilin aprelində Albaniyanı işğal etdi.
Təcavüzkar bloka qarşı digər blokun yaradılmaması onla- rın işğallarını daha da genişləndirməsinin səbəblərindən biri idi. 30-cu illərin sonunda dünyada burjua-demokratik, sovet və totalitar-militarist qüvvələri mövcud idi. Dövr tələb edirdi ki, totalitar-inzibati bloka qarşı burjua-demokratik və sovet qüvvə- ləri birləşsin.Lakin bu alınmadı. Çünki burjua-demokratik qüv- vələr sovet qüvvəsinə faşist militarizminə nisbətən daha qatı düşmən kimi baxırdılar və onları bir-birinə qarşı qoymaq siyasəti yeridirdilər.
ABŞ XX əsrin 20-30-cu illərində yenə də təcridçilik si- yasətini davam etdirir, narahat Avropanın işlərinə qarışmamağı lazım bilirdi. 1935-ci ilin avqustunda ABŞ konqresinin qəbul etdiyi "Bitərəflik haqqında" qanun da buna xidmət edirdi. Hə- min qanun müharibə edən ölkələrdən hər birinə onların ədalətli və ya ədalətsiz müharibə aparmalarına baxmayaraq silah satma- ğı qadağan edirdi. Lakin 30-cu illərin ikinci yarısında prezident
F.Ruzvelt başda olmaqla "beynəlmiləlçilər" qrupu yarandı ki, da qeyri-qanuni müqavilənin imzalanması ilə möhkəmlən-
onlar faşizmə qarşı mübarizədə Avropanın qabaqcıl dövlətləri ilə əməkdaşlıq etməyi lazım bilirdilər. Bunun nəticəsi idi ki, ABŞ konqresi Almaniya ilə müharibə aparan ölkələrə 1939-cu ilin sentyabrın sonunda silah satmağa icazə vermişdi.
SSRİ XX əsrin 20-ci illərində öz xarici siyasətini kapi- talist dövlətlərinin hər hansı gözlənilməz hücumunu dəf etməyə istiqamətləndirmişdi. Lakin yeni müharibə ocaqlarının yaranması, xüsusilə Almaniyada faşizmin hakimiyyət başına gəlməsi onun xarici siyasətində əsaslı dəyişikliyə səbəb oldu. 1933-cü ildə SSRİ kollektiv təhlükəsizlik sistemi yaratmaq təklifi ilə Avropa dövlətlərinə müraciət etdi. 1933-cü ilin noyabrında SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yaradıldı. SSRİ 1934-cü ilin sentyabrında 30 dövlətin dəvəti ilə Millətlər Cəmiyyətinə daxil edildi.
1935-ci ilin mayında SSRİ-nin təşəbbüsü ilə təcavüzkara qarşı qarşılıqlı yardım haqqında Sovet-Fransa, Sovet-Çexoslo- vakiya paktları imzalandı. Çexoslovakiya hökumətinin təkidi ilə Sovet-Çexoslovakiya paktına belə bir şərt də əlavə edildi ki, təcavüzün qurbanına Fransa da köməyə gələrsə, qarşılıqlı yardım haqqında öhdəlik qüvvəyə minir. Bu isə əslində müqa- vilənin təsirini zəiflədirdi.
Təcavüzkarın cəzalandırılmaması Almaniyanı yeni işğal- lara sövq etdi.Hitlerçilər indi diqqətlərini əlverişli strateji möv- qeyi və inkişaf etmiş sənayesi olan Çexoslovakiyaya yönəldə- rək alman milli azlığının yaşadığı Sudet vilayətinin ona veril- məsi tələbi ilə çıxış etdilər. ABŞ, İngiltərə və Fransa guya "sülhü xilas etmək" naminə Almaniyaya güzəştə getməyi lazım bildlər. 1938-ci ilin sentyabrın 29-30-da İngiltərənin baş naziri N.Çemberlen, Fransanın baş naziri E.Daladye, İtaliyanın "du- çe"si B.Mussolini və Almaniyanın "fürerı" A.Hitlerin iştirakı ilə Münhendə konfrans oldu. İngiltərə və Fransanın faşist döv- lətləri ilə sövdələşməsi Çexoslovakiyanın parçalanması haqqın-
dirildi. Çexoslovakiya ərazisinin və əhalisinin 1 -ni təşkil edən
3
Sudet vilayəti və başqa rayonlar Hitler Almaniyası, burjua- mülkədar Polşası və Xorti Macarıstanına verildi. Çexoslovakiyanı parçalayarkən Böyük Britaniya və Fransa ha- kim dairələri ümid edirdilər ki, Hitler daha istiqamətini SSRİ- yə qarşı yönəldəcəkdir. Lakin onlar tezliklə yanıldıqlarını mü- şahidə etməli oldular. Çünki Münhen sövdələşməsi Almaniya- nın iştahasını daha da artırdı. 1939-cu ilin martında Almaniya Çexoslovakiyanın qalan hissəsini də işğal etdi. Çexiya və Mo- raviya Almaniya "protektoratı" oldular, "Müstəqil" Slovakiyada isə oyuncaq faşist hökuməti yaradıldı. Münhen sövdələşməsi Almaniyanın strateji mövqeyini möhkəmləndirdiyinə, Fransa və İngiltərənin isə beynəlxalq aləmdə öz mövqelərini əldən vermələrinə şərait yaratdığına görə İkinci dünya müharibəsinin başlanması yolunda mühüm addım oldu.
Münhen sazişi ilə SSRİ beynəlxalq aləmdən təcrid olun- muş oldu. Hitler və Çemberlen bir-birinə hücum etməmək haq- qında alman-ingilis deklarasiyasını imzaladılar ki, bununla da Almaniyaya Şərqi Avropada azad hərəkət etmək imkanı verildi. Belə bir deklarasiya 1938-ci ilin dekabrında Almaniyaya Fransa tərəfindən də verildi. Bu, SSRİ ilə qarşılıqlı yardım haqqındakı müqavilənin əhəmiyyətini heçə endirdi. Münhen sazişinin ABŞ tərəfindən müdafiə olunması və Yaponiya tərə- findən bəyənilməsi SSRİ-ni ona qarşı vahid antisovet koalisi- yanın yarana biləcəyi qorxusuna saldı. Lakin hitlerçilər və onların müttəfiqləri zərbəni ilk növbədə daha zəif rəqiblərə endirməyi qərara almışdılar.
SSRİ 1939-cu ilin noyabrında Finlandiya ilə müharibəyə başladığına görə elə həmin ilin dekabrın 14-də təcavüzkar dövlət kimi Millətlər Cəmiyyətindən çıxarıldı.
Qərb dövlətlərinin təcavüzkara yardım siyasətinə keçməsi yeni işğallara yol açdı. 1939-cu ilin martında nasistlər Litvanın liman şəhəri Klaypedanı tutdular. Hələ 1938-ci ilin payızında Almaniya Polşadan Qdanskın Almaniyaya birləşdiriliməsini və bu ölkənin "Antikominetrn paktı"nda iştirakını tələb etdi. Lakin rədd cavabı aldı. 1939-cu ilin yazında Berlin ikinci dəfə bu tələblə Varşavaya müraciət edib rədd cavabı aldıqda, 1939-cu ilin aprelində Polşanın tamamilə ləğv edilməsi haqqında "Vays" ("Ağ") planını təsdiq etdi. «Polşa» böhranı meydana çıxdı. Polşaya hücum 1939-cu il avqustun 26-na təyin edilmişdi. Belə olduqda qərb dövlətləri Münhen kursunun həyata keçirilməsi taktikasını dəyişdirməyə məcbur oldular. İngiltərə və Fransa hökumətləri öz ölkələrinin müdafiəsini möhkəmləndirmək üçün bəzi tədbirlər gördülər. Parlamentlər iri həcmli hərbi təxsisatları təsdiq etdilər. İngiltərədə ümumi hərbi mükəlləfiyyət keçirildi. Kiçik dövlətlər, o cümlədən Polşa və Rumıniya onlara qarşı təcavüz olduqda ingilis-fransız yardımına zəmanət aldılar.
Qərb dövlətlərinin uzaqgörən siyasi xadimləri təcavüzə qarşı mübarizədə SSRİ ilə əməkdaşlığa mühüm əhəmiyyət verirdilər.
1939-cu ilin aprelin 17-də SSRİ Qərb dövlətlərinə bə- rabər öhdəliklərə əsaslanan üçtərəfli saziş və hərbi müqavilə bağlamağı təklif etdi. Bu müqavilədə Baltik və Qara dəniz ara- sında yerləşən dövlətlərə qarşı təcavüz olduqda onlara yardım göstərilməsi nəzərdə tutulurdu. İngiltərə isə ancaq SSRİ-nin Polşaya və Rumıniyaya qarşı öhdəliklər götürməsini istəyirdi. Əslində İngiltərə hökuməti Almaniyanın-Şərqdə təcavüzünə imkan yaratmağa, üçtərəfli danışıqlarla Almaniyaya təzyiq gös- tərməyə, həmçinin sovet-alman yaxınlaşmasına mane olmağa üstünlük verirdi.
1939-cu ilin mayından etibarən İngiltərə eyni zamanda dünyanı nüfuz dairələrinə bölmək və bazarlarda birgə əməkdaş- lıq etmək üçün əvvəlcədən zəmin yaratmaq məqsədilə Alma-
niya ilə də məxfi danışıqlar aparırdı. Berlin də şərqdə ona sər- bəstlik verilməsi şərti ilə geniş ingilis-alman sazişi bağlamaq üçün qapını açıq qoymuşdu.
İngiltərə və Fransa ilə əməkdaşlığa səy göstərən sovet tərəfi Qızıl Ordunun Baş qərargahı tərəfindən hazırlanmış təklifləri irəli sürdü. Almaniyanın təcavüzü zamanı sovet qo- şunlarının onun ərazisindən keçməsinə icazə verilməsi təklifini Polşa hökuməti rədd etdi. İngiltərə və Fransa Varşavaya lazımi təsir göstərə bilmədilər, nəticədə Moskva danışıqlarını nüfuz- dan saldılar. Danışıqların baş tutmamasının əsas səbəblərindən biri İngiltərə və Fransanın mühafizəkar dairələrinin SSRİ-yə başqa ölkələrdə inqilabi hərəkatların katalizatoru funksiyasını yerinə yetirən bir dövlət kimi baxması, onun xarici siyasətinə şübhə ilə yanaşmaları idi. Digər səbəb isə ordunun ali komanda heyətinə tutulan divan nəticəsində SSRİ-də ordunun döyüş qabiliyyəti səviyyəsinin aşağı düşməsi idi. Nəticədə Rusiyaya Avropa və dünyanın ikinci dərəcəli dövləti kimi baxmaq meyli formalaşdı.
Hərbi təhlükənin artdığı bir şəraitdə SSRİ Almaniyanın hücum etməmək haqqında müqavilə bağlamaq təklifini qəbul etmək məcburiyyətində qaldı. SSRİ buna təklənməkdən xilas olmağın yeganə yolu kimi baxırdı. Sovet tərəfi Almaniyanın xarici işlər naziri Ribbentropun Moskvaya gəlməsinə razılıq verdi. Onunla danışıqları Stalin və Molotov aparırdı.
1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ-nin bir-bi- rinə qarşı hər cür zorkaılıqdan, hər cür təcavüz hərəkətindən (istər tək, istərsə də başqa dövlətlərlə birlikdə) imtina etməyi öhdələrinə götürməsini nəzərdə tutan 10 il müddətinə bir-birinə hücum etməmək haqqında sovet-alman müqaviləsi imzalandı. Müqavilənin məzmunu 1926-cı il müqaviləsinin başlıca müd- dəasına əsaslanırdı. Lakin Moskvada Molotov və Ribbentrop Baltik dənizindən Qara dənizədək hər iki tərəfin "maraq dairə- sini" müəyyənləşdirən "gizli əlavə protokol" da imzaladılar.
Protokolda alman müdaxiləsinin şərqə doğru hüdudları müəy- yən olundu Almaniya Pribaltika respublikalarına və Finlandiyaya soxulmamaq barədə öhdəlik götürürdü. Alman qoşunlarının irəliləməsi Tissa, Narev, Visla və San çayları xətti ilə məhdudlaşdırılırdı. Polşa dövlətinin tərkibinə daxil olan və əhalisi ukraynalı və beloruslardan ibarət olan rayonların gə- ləcək taleyi SSRİ-nin razılığı olmadan həll edilə bilməzdi. Almaniya 1918-ci ildə Rumıniyaya birləşdirilmiş Bessarabi- yaya SSRİ-nin marağı faktı ilə də razılaşırdı. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bu müqavilə ilə Almaniyanın SSRİ üzərinə hücumunun ancaq vaxtı uzadılmış, qarşısı isə alınma- mışdır. Bu sənədlərin imzalanması Hitlerə Polşaya qarşı tərtib etdiyi planı həyata keçirmək üçün şərait yaratdı. Bu da İkinci dünya müharibəsinə gətirib çıxartdı.
Sovet-alman müqaviləsi Yaponiyanın siyasətinə də təsir göstərərək onu təcavüzkarlıq istiqamətini dəyişməyə məcbur etdi.
Almaniyanın SSRİ üzərinə hücumu ilə 1939-cu il SSRİ- Almaniya müqaviləsi və onun gizli protokolu qüvvədən düşmüş oldu.
Dostları ilə paylaş: |