Sabitləşmə dövründə beynəlxalq münasibətlər (1924-1929-cu illər)
20-ci illərdə qalib dövlətlər Almaniya üçün sülh şərtlərinin yumşaldılmasına çalışırdılar. 1924-cü ilin aprelində ABŞ generalı Çarlz Dauesin hazırladığı plan əsasında (bu “Daues plan”ı adlanır) Almaniyadan alınan təzminatın ümumi şərtini azaltmamaq şərti ilə illik ödənişin həcmi xeyli aşağı
salınırdı. Həmin ilin iyul-avqustunda keçirilən London konfransında Fransanın təzminat məsələsini tezliklə həll etmək təklifi rədd edildi. İngiltərə və ABŞ tərəfindən Almaniyaya 800 milyon marka istiqraz verildi. «Daues planı» İngiltərə-ABŞ blokunun ön plana çıxdığını göstərdi.
1925-ci ilin əvvəllərində Almaniya hökumətinin Reyndə mövcud vəziyyəti saxlanmasını təmin edən pakt layihəsini irəli sürməsindən Qərb dövlətləri SSRİ əleyhinə Almaniyanın da daxil olduğu ittifaq yaratmaq üçün istifadə etmək qərarına gəldilər. Bu məqsədlə çağrılan Lokarno konfransı 1925-ci il oktyabrın 5-dən 16-na qədər davam etdi. Bu konfransda İngiltərə, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiyanın nümayəndələri iştirak edirdi. Konfransın qərarları içərisində İngiltərə, Fransa, Almaniya, Belçika və İtaliya arasında imzalanmış təminat paktı mərkəzi yer tuturdu. İngiltərə və İtaliya paktın təminatçıları elan edilirdilər. Fransa- alman və Belçika-alman sərhədlərinin toxunulmazlığını təmin edən, «Reyn təminat paktı» adlandırılan bu saziş alman – Polşa və alman-Çexoslovakiya sərhədlərinin təminatı haqqındakı məsələni açıq saxlayırdı. Bundan məqsəd isə Almaniya SSRİ əleyhinə təcavüz etmək istədikdə bu ərazilərdə Almaniya üçün azad hərəkat etmək imkanını təmin etmək idi.
Polşa və Çexoslovakiya xalqı qarşısında tam nüfuzdan düşməmək üçün Fransa Lokarnoda bu dövlətlərlə qarşılıqlı yar- dım haqqında xüsusi sazişlər imzaladı. Konfransda Almani- yanın Millətlər Cəmiyyətinə qəbul olunması haqqında razılıq da əldə edildi.
Lokarno konfransının qərarları alman imperializminin mövqelərini gücləndirdi. Fransanın isə mövqeləri zəiflədi. Belə ki, Fransa Almaniya əleyhinə sərbəst sanksiya tətbiq edə bilməzdi. Bu vaxtdan etibarən Fransanın öz təhlükəsizliyi İngil- tərədən asılı olurdu. Fransa-alman sərhədlərinin təminatçısı
kimi İngiltərə iki tərəfdən hansının hücum edən tərəf hesab etmək məsələsini öz istədiyi kimi həll edə bilərdi.
SSRİ 1925-ci il oktybarın 12-də, Lokarno sazişləri imza- lanmamışdan dörd gün əvvəl, Almaniya ilə ticarət müqaviləsi bağladı. Müqavilə Rapollo müqaviləsinin və sovet xarici ticarət inhisarının sarsılmazlığını təsdiq edirdi. Alman diplomatı Dirksen bu sazişi «kiçik əks – Lokarno» adlandırmışdı.
1926-cı il aprelin 24-də SSRİ ilə Almaniya arasında dostluq və bitərəflik haqqında müqavilə bağlandı. Müqavilədə göstərilirdi ki, tərəflərdən biri, hərəkətlərinin sülhsevərliyinə baxmayaraq, üçüncü bir dövlətin və yaxud üçüncü dövlətlər qrupunun hücumuna məruz qalarsa, digər tərəf bitərəfliyə riayət edəcəkdir. Müqavilə hər iki tərəfi, müqavilə bağlamış tərəflərdən birini iqtisadi və ya maliyyə cəhətdən baykota tut- maq məqsədi güdən üçüncü dövlətlərin ittifaqlarına qoşulma- mağa məcbur edirdi. SSRİ Lokarno konfransından sonra öz beynəlxalq mövqeyini daha da möhkəmləndirmək üçün 1925-ci ilin dekabrın 17-də Türkiyə, 1926-cı il avqustun 31-də Əfqa- nıstan, 1927-ci il sentyabrın 28-də Litva ilə dostluq və bitərəf- lik, 1927-ci ilin oktyabrın 1-də isə İran ilə təminat və bitərəflik haqqında müqavilə bağladı.
1927-ci ildə SSRİ-də sosializm quruculuğuna mane ol- maq məqsədi ilə İngiltərə başda olmaqla antisovet kompaniya başlandı. 1927-ci il fevralın 23-də İngiltərənin xarici işlər naziri U.Çemberlen Sovet hökumətinə göndərdiyi notada SSRİ-ni antibritaniya təbliğatı aparmaqda günahlandırdı. İngiltərə höku- məti 1927-ci il mayın 27-də SSRİ ilə ticarət və diplomatik münasibətləri kəsdi.
Kapitalizmin qismən sabitləşməsi dövrünün sonunda kapitalistlər dövlətləri daxilində başlıca ziddiyyətlər ABŞ ilə İngiltərə arasındakı ziddiyyətlər idi. İngiltərə bir sıra hallarda amerikan inhisarlarının təzyiqi altında geri çəkilirdisə də, lakin öz müstəmləkə imperiyasından möhkəm yapışırdı. O, dəniz-
lərdə itirdiyi hökmranlığı geri qaytarmağa cəhd edir və bu məq- sədlə ingilis və ABŞ donanmalarının bərabərliyi haqqındakı Vaşinqton konfransının qərarlarına yenidən baxılmasına çalışırdı.
İngilis-amerikan ziddiyyətləri ilə yanaşı ABŞ ilə Yaponiya, Fransa ilə Almaniya, Fransa ilə İtaliya arasındakı ziddiyyətlər də inkişaf edirdi.
Cənub-Şərqi Asiyada və Sakit Okeanda hökmranlıq uğrunda yapon-amerikan mübarizəsi bu dövrdə ən kəskin şəkil almışdı. Yaponiyanın «pozitiv», yəni açıq hücumçu siyasəti 1927-ci ildə yapon hərbçilərinin başçısı general Tanaka tərə- findən müəyyənləşdirilmişdi. Bu planda SSRİ-nin bütün Asiya hissəsinin və Çinin işğalı ən mühüm yer tuturdu. ABŞ əleyhinə amansız mübarizə bu təcavüzkar siyasətin bir hissəsini təşkil edirdi. ABŞ isə Çini «birləşdirmək» şüarından öz xeyri üçün istifadə edərək burada öz iqtisadi və siyasi mövqelərini xeyli genişləndirdiyi üçün Tanaka planı onu narahat edirdi.
20-ci illərin sonunda Avropada hərbi qarşıdurma təhlü- kəsi gücləndi. Bu sürətlə silahlanmaya təkan verdi. Dövlətlərin hərbi büdcələri artırıldı, orduların sayı çoxaldıldı. Nəticədə Millətlər Cəmiyyəti 1927-ci ilin payızında Cenevrədə tərksilaha dair xüsusi məsələ müzakirə etməyə məcbur oldu. Millətlər Cəmiyyəti yanında Beynəlxalq Təhlükəsizlik Komitəsi yaradıldı.
Beynəlxalq siyasi şəraitin yumşaldılmasında ABŞ, Fran- sa, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrin nüma- yəndələri tərəfindən 1928-ci ilin avqustunda Parisdə imza- lanmış Brian-Kelloq (Brian Fransanın xarici işlər naziri, Kelloq isə ABŞ-ın dövlət katibi idi) paktının da müəyyən rolu olmuşdu. Müxtəlif vaxtlarda bu pakta 48 dövlət, o cümlədən, SSRİ də qoşulmuşdu. Pakta imza atan tərəflər müharibədən imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri dinc yolla həll etməyi öhdələrinə götürmüşdülər.
Müharibədən sonra Mərkəzi və Cənub-Şərqi Avropa dövlətlərində də şərait dəyişmişdi. Bu bölgədə mövcud vəziyyəti qoruyub saxlamaq marağı Çexoslovakiya, Rumıniya və Yuqoslaviyanın bir-birinə yaxınlaşmasının zəruriliyini tələb edirdi. Buna görə də onlar Fransanın rəhbərliyi altında «Kiçik Antanta» adlandırılan ittifaq yaratmışdılar. Bu ittifaq 1938-ci ilə qədər mövcud olmuşdu.
1926-cı ildə Türkiyə ilə Böyük Britaniya arasında bağlanan müqaviləyə əsasən Mosul münaqişəsinə son qoyuldu. Mosul vilayəti İraqın tərkibində qaldı, əvəzində isə Türkiyə kompensasiya aldı
əsrin 20-ci illərində beynəlxalq münasibətlərdə müəyyən mənada nisbi sakitlik hökm sürürdü.
Dostları ilə paylaş: |