İkinci dünya müharibəsinin birinci mərhələsi
İkinci dünya müharibəsinin başlanması
İkinci dünya müharibəsi faşist Almaniyasının Polşaya qəflətən hücum etməsi ilə 1939-cu il sentyabrın 1-dən başladı. Sentyabrın 2-də İngiltərənin xarici işlər naziri parlamentdə çıxışında bəyan etdi ki, Almaniya hökuməti müharibəni dayandırmaq təklifini qəbul edəcək və 5 dövlətin (İngiltərə, Fransa, Polşa, İtaliya, Almaniya) iştirakı ilə Qdansk və Polşa koridoru məsələsi dinc yolla həll ediləcəkdir. Lakin artıq gec idi və İngiltərə hökuməti başa düşdü ki, Hitler Almaniyası
özünün Münxen müttəfiqlərinə qəti zərbə endirmək məqsədi ilə hücuma keçmişdir. Ona görə də sentyabrın 3-də baş nazir Çemberlen İngiltərənin Almaniya ilə müharibə vəziyyətində olduğunu rəsmən elan etdi. Həmin gün Fransa və onlarla əlaqədar olan digər ölkələr də Almaniyaya qarşı müharibə elan etdilər. Almaniya 1939-cu ilin aprelində təsdiq edilmiş "Vays" (Ağ) planına əsasən Rolşaya 62 diviziya, o cümlədən 7 tank və 4 motorlaşdırılmış diviziya, 1,6 milyon əsgər və zabit, 2800 tank, 6 min döyüş silahı və minomyot, 2 min təyyarə ilə hücum etdi. Polşanın isə bu dövrdə 1 milyon əsgəri, 4 min 300 silah və minomyotu, 870 tankı və 400 təyyarəsi var idi. Sentyabr ayının ortalarında hitlerçilər artıq Polşa ordusunun əsas qruplarını mühasirəyə ala və darmadağın edə bildilər. Sentyabrın 16- daPolşanın paytaxtı Varşava mühasirəyə alındı. Sentyabrın 17- də Sovet qoşunları da Polşaya soxuldu və heç bir müqavimətə rast gəlmədən Qərbi Ukrayna və Qərbi Belorusiyanı tutdular. Bu ərazilər SSRİ-nin tərkibinə daxil edildilər.
Sentyabrın 17-də Polşa hökuməti ölkəni tərk etdi və sentyabrın 30-da Fransanın Anjera şəhərində Vladislav Sikorskinin başçılığı altında mühacir Polşa hökuməti təşkil edildi. Fransa işğal edildikdən sonra isə o, Londonda yerləşdi. Qüvvələr bərabər olmadığı üçün polyaklar inadlı müqavimət göstərsələr də, Varşava sentyabrın 27-də alındı. Modlin qala- sının qarnizonu sentyabrın 29-na qədər, Xel yarımadasının müdafiəçiləri isə oktyabrın 2-nə qədər vuruşsalar da, məğlub oldular. Qısa müddətdə müharibə Polşanın məğlubiyyəti ilə qurtardı. Burada faşistlər "yeni qayda" yaratdılar. İqtisadi münasibətlərin daha çox inkişaf etdiyi Polşanın qərb və şimal- qərb əraziləri "üçüncü imperiya"nın tərkibinə daxil oldu. Qalan ərazi general-qubernatorluq elan edildi ki, ona da Hans Frank qubernator təyin edildi. Polşanın məğlub olunmasının səbəbləri içərisində Polşanın canlı və silahlı qüvvə cəhətdən zəifliyi,
İngiltərə və Fransanın ona kömək etməməsi, Polşa daxilində alman casuslarının fəaliyyəti mühümləri idi.
1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasın- da bağlanmış "Dostluq və sərhədlər haqqında" sazişə əsasən Narev, Qərbi Buq, San çayları üzrə Sovet-alman sərhədləri ayrılırdı.
Dostları ilə paylaş: |