İtaliya müharibəyə qoşulduqdan sonra hərbi əməliy- yatlar Şimali Afrika və Aralıq dənizi hövzəsini də əhatə etdi. Almaniya və İtaliya komandanlığı qərara aldı ki, İngiltərənin Aralıq dənizindəki bazalarını darmadağın edərək onu öz müs- təmləkələrindən təcrid etsinlər. İtaliya Süveyş kanalına nəzarəti ələ keçirmək istəyirdi. Bu məqsədlə 1940-cı ilin ikinci yarısında İtaliya Britaniya Somalisini işğal etdi. İtaliya qoşunları Sudan, Keniyanı da işğal edib, Liviyadan Misirə qarşı
hücuma başladılar. 1940-cı ilin dekabr ayında İngiltərə qoşunları da hücuma keçərək 1941-ci ilin yazında Eritoriya, İtaliya və Britaniya Somalisi, Sudan və Keniyanı İtaliya qoşunlarından azad etdilər. 1941-ci il aprelin 4-də ingilislər Həbəşistanın paytaxtı Əddis-əbəbəyə daxil oldular. İtaliya Şimali Afrikadakı malikanələrindən məhrum oldu. Bunu görən Hitler hökuməti 1941-ci ilin əvvəllərində Liviyaya bir neçə diviziyadan ibarət qoşun göndərdi. Bu ərazidə olan İtaliya- Almaniya qoşunlarının baş komandanı Rommel idi. Martın 31- də Misiri və Süveyş kanalını ələ keçirmək məqsədi ilə Almaniya və İtaliya qoşunları hücuma keçdilər. Tez bir zaman içərisində onlar Tobruq qalasını mühasirə etdilər. Lakin ingilislər 1941-ci ilin aprelində Es-Sallumda İtaliya-alman qo- şunlarının qarşısını aldılar. SSRİ-yə qarşı hücuma hazırlaşdığı üçün Almaniyanın burada əlavə ehtiyat qüvvələri yox idi ki, Misirə hücuma keçsin. Ona görə də onlar "Şərq kompaniyası" qurtardıqdan sonra bu məsələ ilə məşğul olmağı qərara aldılar.
Dostları ilə paylaş: |