İtaliyanın ikinci dünya müharibəsindən çıxması
Şimali Afrikanın faşistlərdən azad edilməsi müttəfiqlərə imkan verdi ki, İtaliyaya qoşun çıxartsınlar. 1942-ci ilin II yarısında İtaliyada xalqın tətil və nümayişləri başlandı. 1943-cü ilin martında bu hərəkat bütün Şimali İtaliyanı bürüdü. Yuxarı dairələr Mussolinini kənarlaşdırmaq, yeni hökumət təşkil etmək və müttəfiqlərlə sazişə gəlmək istəyirdilər. Onlar inqilabdan yeganə xilası ABŞ və İngiltərə qoşunlarının İtaliyaya girməsində görürdülər. 1943-cü ilin iyulun 19-da müttəfiqlərin qoşunları Siciliyaya çıxdılar. Böyük Şura qərar çıxardı ki, Mussolini Ali baş komandan vəzifəsini krala versin. Sonrakı gün o baş nazir vəzifəsindən də azad edildi və həbs edildi. Hökumətə marşal Bodolyo rəhbərlik etməyə başladı. İnqilaba yol verməmək üçün o, 1943-cü ilin sentyabrın 3-də müttəfiqlərlə barışıq haqqında saziş bağladı. İtaliya danışıqsız təslim oldu. İngiltərə-Amerika qoşunları Apenin yarımadasının cənub hissəsinə çıxdılar. Bu Berlində həyəcana səbəb oldu. Ona görə də alman faşistləri hücuma keçib İtaliyanın şimal və orta hissəsini işğal etdilər. Hitler tərəfindən göndərilmiş Otto Skortseni Mussolinini azad etdi və onu Berlinə gətirdi. Faşistlər tutduqları yerdə oyuncaq İtaliya sosial respublikası yaratdılar.
Mussolini onun başçısı oldu. Nazirlik Salo şəhərində
yerləşdiyinə görə bu "Salo respublikası" da adlanırdı.
1943-cü ilin oktyabrında İtaliya Almaniyaya müharibə elan etdi.
1943-cü ilin noyabrında müttəfiqlərin qoşunları alman qoşunlarının olduğu Neapola yaxınlaşdılar. Lakin heç bir təsirli iş görə bilmədilər.
Dostları ilə paylaş: |