Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Uzaq Şərq və Sakit okeanda müharibə



Yüklə 0,59 Mb.
səhifə154/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   156
avropa amerka tarıxı

Uzaq Şərq və Sakit okeanda müharibə.


İkinci dünya müharibəsinin qurtarması

SSRİ-nin Uzaq Şərqdə 59 diviziyası var idi. 1944-cü ildə ABŞ Sakit Okeanda fəal hərbi əməliyyata keçdi. 1944-cü ilin əvvəllərində ABŞ qoşunları Marşal, Mariya adalarını tutub, Yaponiyanın əsas dəniz yollarını nəzarət altına aldılar. Həmin ilin martında yapon ordusu Birma ərazisindən keçib Hindistana soxuldu. Lakin "Dehliyə yürüş" təchizat çətinliyi üzündən baş tutmadı. Yapon qoşunları Pekin-Xanko istiqamətində hücum edib Homindan ordusuna qalib gələrək Zyaoyanı, habelə heç bir müqavimətə rast gəlmədən Mərkəzi Çin ərazisini ələ keçirdilər.

1944-cü ilin oktyabrında ABŞ-ın Sakit okean donan- masının baş komandanı admiral Makarturun başçılığı altında ABŞ qoşunları Filippin adalarına çıxdı. Sonra Bismark arxi- pelaqı, Yeni Qvineya və Karolin adaları alındı. Amerikanlar Sakit Okeanda və Cənub-Şərqi Asiyada öz qüvvələrini topladılar. Lakin yaponlar quru qoşunlarında üstün idilər.

Yaponiyaya ən güclü zərbə Filippin adasındakı Lusonda dəydi. 1945-ci ilin martına qədər Yaponiyanın İndoneziya ilə

dəniz əlaqəsi kəsildi, bu isə onun əsas neft mənbəyindən məh- rum olması demək idi. Yaponiyanın hərbi-dəniz və ticarət donanması pis vəziyyətə düşdü.

1945-ci ilin yazında Birma, yayında İndoneziya azad edildi. Okinava adası uğrunda kəskin döyüşlər getdi. Bu ada Yaponiyanın əsas adalarından 600 km aralıda yerləşirdi. Bu- rada döyüşlər üç ay davam etdi. Adanın alınması və coğrafi və- ziyyəti Amerikanın Şərqi-Çin dənizində ağalığını təmin edir və Yaponiyanın özü üçün təhlükə törədirdi. Almaniyanın məğ- lubiyyəti Yaponiyanı da müdafiə döyüşlərinə keçməyə məcbur etdi.

1945-ci ilin yayında Mancuriya, Koreya, Cənubi Saxalin, Kuril adalarında yapon qoşunlarının sayı 1,2 mln nəfər idi. SSRİ-nin bu dövrdə Uzaq Şərqə 1,7 milyon əsgəri, 29,8 milyondan çox top və minomyotu, 5,2 min tankı, 5,1 min döyüş təyyarəsi var idi.

1945-ci il iyulun 26-da ABŞ, Çin və Böyük Britaniya Yaponiyaya Potsdam bəyannaməsini təqdim etdilər ki, orada təslim olmanın şərtləri göstərilirdi. Yaponiya bu sənədi qəbul etmədi və müharibəni davam etdirdi. Yaponlar ingilis və amerikanlarla gizli danışıqlar aparsa da, praktik nəticəsi ol- madı. Antifaşist koalisiyasını parçalamaq mümkün olmadı.

Tarixdə ilk dəfə 1945-ci il avqustun 6-da Xirosima, avqustun 9-da isə Naqasakiyə ABŞ atom bombası atdı. 270 min adam, sonrakı illərdə radiasiyadan şüalanmadan 180 min adam öldü. ABŞ-da buna onunla bəraət qazandırırdılar ki, amerika- lılar bu yolla yapon adalarına qoşun çıxarılanda və sonrakı döyüşlərdə düçar ola biləcəkləri ağır itkilərdən qaçmaq istəmişdilər. Böyük maddi itkiyə və mülki əhali arasında çoxlu tələfata səbəb olan atom bombardmanı hərbi zərurətdən irəli gəlməmişdi. Nüvə silahları ilə sürətlə silahlanmanın başlanğıcını qoymuş bu qeyri-insani hərəkət əslində ABŞ-ın strateji üstünlüyünün nümayişi demək idi. Atom silahı üzərində

müvəqqəti inhisara yiyələnmiş Birləşmiş Ştatlar müharibədən sonrakı dünyada öz hegemonluğunu möhkəmləndirməyə ça- lışırdı.

Avqustun 8-də SSRİ rəsmi olaraq Postdam bəyan- naməsinə qoşuldu və Yaponiyaya müharibə elan etdi. 1945-ci il avqustun 14-də Yaponiya bildirdi ki, o, Potsdam bəyanna- məsini qəbul edir. Lakin Kvantın ordusu müqaviməti davam etdirirdi. Ona görə də SSRİ hərbi əməliyyatı dayandırmadı. Avqustun 19-da yaponlar əsir düşməyə başladılar. Kvantın ordusu darmadağın edildi.

Avqustun sonunda Şimali-Şərqi Çin, Koreya, Cənubi Saxalin, Kuril adaları azad edildi.

Çan-Kayşi hökuməti 1945-ci ilin yayında SSRİ ilə danışığa girdi. 1945-ci il avqustun 14-də SSRİ ilə Çin arasında Moskvada müqavilə imzalandı. Müqaviləyə görə Port-Artur SSRİ və Çinin istifadə etdiyi hərbi-dəniz bazası olmalı idi. Dalney limanı isə bütün ölkələr üçün açıq liman hesab edildi.

1945-ci il avqustun 28-dən amerikanlar öz qoşunlarını Yaponiya ərazisində yerləşdirməyə başladılar. 1945-ci il sentyabrın 2-də Tokio boğazında ABŞ-ın «Mussiri» linkorunda Yaponiya danışıqsız təslim olmaq aktını imzaladı.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin