Müharibənin əsas yekunları
İkinci dünya müharibəsi hərbi əməliyyatların səciyyəsinə görə Birinci dünya müharibəsindən çox fərqlənirdi. Birinci dünya müharibəsi əsasən mövqe, müdafiə, İkinci dünya müharibəsi isə texnikadan, tank, təyyarələrdən geniş istifadə, atəş gücünün artmasına görə daha çox hücum müharibəsi idi. İkinci dünya müharibəsi daha manevrli, dinamik, hərbi əməliyyatların coğrafi miqyasına görə daha geniş olmuşdu. Müharibənin gedişində silahların dağıdıcı gücü durmadan artmış, axıra yaxın raket və nüvə silahları tətbiq edilmişdi. Əgər
Birinci dünya müharibəsi 4 il 3, 5 ay davam etmiş, onda 1 milyarddan çox əhalini, 4 milyon kv.km-dən çox ərazini əhatə edən 30-dan çox dövlət iştirak etmişdirsə, İkinci dünya müharibəsi 6 il davam etmiş, bu müharibədə 61 dövlət iştirak etmişdir ki, onların ərazisi 22 milyon kv.km-dən çox, əhalisi isə
1.7 milyard nəfər idi. Əgər Birinci dünya müharibəsində 70 milyon adam səfərbərliyə alınmış, onlardan 13,6 milyon nəfəri ölmüş, 20 milyonu isə şikəst olmuş və yaralanmışdırsa, İkinci dünya müharibəsində 110 milyon nəfər səfərbərliyə alınmış, 60 milyondan çox adam həlak olmuş və yaralanmışdır. Əgər Birinci dünya müharibəsində maddi itki 360 milyard, o cüm- lədən müstəqil hərbi xərclər 208 milyard dollar olmuşdursa, İkinci dünya müharibəsi bəşəriyyətə 1 trilyon 117 milyard dollara başa gəlmişdi.
İkinci dünya müharibəsində 61 dövlət iştirak edirdi: on- lardan 50-si Antihitler koalisiyasının, II-i isə "öx" dövlətlərinin üzvü idi. Əsas cəbhə alman-sovet cəbhəsi idi. 1944-cü ilin yayına qədər o biri cəbhələrdən 20 dəfə çox, İkinci cəbhə açıl- dıqdan sonra isə 1,8 – 2, 8 dəfə çox sovet-alman cəbhəsində or- du toplanmışdı. Sovetlər almanların 506,5 diviziyasını, əlal- tılarının isə 100 diviziyasını, müttəfiqlər isə cəmi 176 divi- ziyanı məhv etdilər. Sovet İttifaqı Yaponiyanın 49 diviziyasını və 27 briqadasını məhv etdi. 7 milyon Sovet əsgəri Avropada, 1,5 milyon isə Asiyada həlak oldu.
Müharibədə 60 milyon adam ölmüş, 20 milyona yaxın isə yaralanmışdı. SSRİ-dən 27 milyon ölən, 10 milyon itkin düşən oldu. Almaniyadan 13,6 milyon ölən və itkin düşən ol- muşdur. Bu müharibədə Polşa – 6 milyon, Çin – 5 milyon, Yaponiya – 2,5 milyon, İndoneziya – 2 milyon, Yuqoslaviya – 1,7 milyon, Filippin – 1 milyon, Fransa – 600 min, İtaliya 500 min, İngiltərə – 375 min, ABŞ – 300 min adam itirdi.
İkinci dünya müharibəsində faşizm üzərində qələbənin səbəbləri içərisində Antihitler koalisiyasına daxil olan
dövlətlərin siyasi, iqtisadi, hərbi və ideoloji sahədə bütün fəaliyyətlərini cəbhədə qələbəyə istiqamətləndirmələri, arxa ilə ön cəbhənin birliyi, sahmanlanmış hərbi təsərrüfatın yaradılması, müqavimət və partizan hərəkatı, bütün dünya xalqlarının faşizmə qarşı mübarizəsi, Sakit okean, Afrika və Aralıq dənizində aparılan hərbi əməliyyatların uğurluluğu, ikinci cəbhənin açılması, ABŞ-ın maddi və hərbi köməyi mühüm əhəmiyyət kəsb edir.
Faşizm üzərində qələbədə SSRİ silahlı qüvvələri, həmçinin Stalinin böyük siyasi iradəyə və təşkilatçılıq bacarığına malik olması da müstəsna rol oynamışdır.SSRİ-nin geniş əraziyə malik olması, şaxtalı rus qışı, spirtli içki vermək nəticəsində rus xalqının döyüşkənliyinin artırılması, bütün xalqın Stalinə inamı, Qərb silahlarından istifadə, hitlerçilərin müdafiə taktikasından istifadə etməsi nəticəsində partizan müharibəsinin genişlənməsi, rusların “top əti” kimi özünü qurban verməsi də Sovet silahlı Qüvvələrinin alman faşizmi üzərində qələbəsinə təsir edən amillərdən idi.
Bəzi burjua tarixçiləri faşizmin məğlubiyyətinin səbəblərini Hitlerin xəyalpərvər olması, almanların kifayət qədər vətənpərvər olmaması, Feldmarşal Paulyusun xəyanəti, SSRİ-nin döyüşə daha çox sayda canlı qüvvə çıxarması, yəni “ət hesabına qələbə çalması” və s. amillərlə izah etməyə cəhd göstərirlər.
Ən başlıca səbəb isə alman faşistləri və yapon millitaristlərinin hücumuna məruz qalan ölkələrin xalqlarının Vətən və azadlıq uğrunda ədalətli müharibə aparması idi.
Faşizm üzərində qələbədə Azərbaycan xalqının da öz payı vardır. Cəbhəyə gedən 640 min nəfərdən təqribən 60%-i geri qayıtmamışdı. Sovet cəbhəsində istifadə edilən yanacağın 70%-ni Bakı ödəyirdi. Bakı 75 milyon ton neft verirdi. Azərbaycanda təşkil edilmiş 77, 223, 271, 402, 416-cı milli
deviziyalar bütün müharibə ərzində düşmənə qarşı fədakarlıqla vuruşmuşlar.
Bakı döyüşən ordunun cəbhəxanalarından biri idi. Burada «Katyuşa» raketi, «Şnakin» pulemyotu istehsal edilir,
«YAK-3» qırıcı təyyarəsi yığılırdı. Ümumiyyətlə, Bakıda 130 növ silah və hərbi sursat hazırlanırdı. Azərbaycanın mərd oğullarından 121 nəfəri cəbhədəki rəşadətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsi ilə, 176 min nəfər isə müxtəlif ordu və medallarla təltif edildi.
İkinci dünya müharibəsinin ən mühüm siyasi yekunlarından biri bəşəriyyətin faşizm taunundan xilas edilməsi idi.
Müharibənin gedişində dinc yanaşı yaşamaq prinsipinə əsaslanan yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasının başlanğıcı qoyuldu.
Müharibə müstəmləkə sisteminə sarsıdıcı zərbə vurdu, dünyada yeni geosiyasi dəyişikliklərə səbəb oldu.
SSRİ-nin nüfuzu artdı, o dünyanın iki qüdrətli dövlətindən birinə çevrildi. Sovet ititfaqı müharibə nəticəsində yaranmış dünya sosializm düşərgəsinə rəhbərlik etməyə başladı.
Kapitalizm dünyasında ABŞ-ın qeyd-şərtsiz liderilyi qəti möhkəmləndi və dünyanın birinci hərbi-siyasi və iqtisadi cəhətdən güclü dövlətinə çevrildi.
Müharibədə məğlub olmuş Almaniya, İtaliya, Yaponiya kimi ölkələrdə isə xarici siyasətdə hegemonluqdan əl çəkildi və
«iqtisadi möcüzə» baş verdi. Çünki bu ölkələr demokratik quruluş şəraitində modernləşdirməni gücləndirdilər, sənayenin inkişafının üçüncü «yolu»nun axtarışına, ictimai münasibətlərin sənaye məkanı tipinin formalaşmasına nail oldular.
Dünya mədəniyyətinin xilas edilməsi, bəşəriyyətin həyatı və tərəqqi yolu ilə inkişafı üçün şərait yaradılması müha-
ribənin başlıca yekunu oldu. Müharibə ümumbəşəri dəyərlərin üstünlüyünü, onların indiki və gələcək nəsillər üçün əhəmiyyətini aydın göstərdi. Müharibə göstərdi ki, tərksilah, xalqlar arasında dostluq və əməkdaşlıq, millətlərarası mü- naqişələrin dayandırılması, sosial-siyasi sabitliyin möhkəmlən- dirilməsi yolu ilə ancaq böyük və ya kiçik müharibələrə son qoymaq olar.
Dostları ilə paylaş: |