İkinci cəbhənin açılması məsələsi
Şimali Fransadan İkinci cəbhənin açılmasının ən qəti əleyhdarı Çörçill idi. O, İkinci cəbhənin Balkanlardan açılması tərəfdarı idi. Çörçill öz planlarının Kasablankada 1943-cü ilin yanvarında, Vaşinqtonda isə 1943-cü ilin mayında qəbul edil- məsinə nail oldu.
1943-cü ilin avqustunda Kvebekdə konfransda ABŞ və İngiltərə elan etdilər ki, 1944-cü ilin mayın 1-dən gec olmayaraq II cəbhə açılacaq.
1943-cü ildə yenə də Almaniyanın qoşun hissələrinin 2
3
hissəsi Sovet-alman cəbhəsində idi. Məşhur ABŞ
diplomatlarından olan Dalles "antisovet sanitar kardonu" ideyasını irəli sürdü. 1943-cü il oktyabrın 29-30-da Moskvada olmuş üç dövlət xarici işlər nazirlərinin (Molotov, Xell, İden) konfransında İtaliya haqqında heç bir bəyanat qəbul edilmədi. Moskva konfransında qərar qəbul edildi ki, İngiltərə, ABŞ və SSRİ-dən ibarət Avropa məsləhət komissiyası təşkil edilsin. Konfrans üç dövlət başçısının Tehran konfransına hazırlıq görmüş oldu.
Tehrana gələrkən yolüstü Ruzvelt və Çörçill Qahirədə Çan-kayşi ilə görüşdülər. Qahirə bəyannaməsi qəbul edildi. Bəyannamədə göstərilirdi ki, Yaponiyanın cəzası verilməli, Mancuriya, Formoza (Tayvan) və Peskador adaları Çinə qaytarılmalıdır. «Evrika» Adı latında keçirilən Tehran konfransı 1943-cü ilin noyabr ayının 28-dən dekabr ayının 1- dək çağırıldı. Konfransda əsas məsələ İkinci cəbhənin açılması məsələsi idi. Çörçil kommunizmin Avropaya yayılmaması üçün onun Arvopanın «yumşaq qarınaltısı» hesab edilən balkanlardan, Stalin isə Şimali Fransadan açılmasını tələb edirdi. Avropada müharibənin tez qurtarmasında və bütün qüvvələrin Yaponiyaya qarşı yönəldilməsində maraqlı olan Ruzvelt Stalinin fikrini müdafiə etdi. Çox mübahisədən sonra Şimali Fransadan (əməliyyat "Overlord" adlanırdı) 1944-cü ilin mayında İkinci cəbhənin açılması haqqında birgə bəyannamə imzalandı. Almaniyanın taleyi məsələsi müzakirə edilərkən ABŞ təklif etdi ki, Almaniya 5 dövlətə parçalansın. İngiltərə isə təklif edirdi ki, Prussiya ayrılsın, yerdə qalan ərazidə isə "Dunay federasiyası" təşkil edilsin. SSRİ hər iki təklifin əleyhinə çıxdı. Bu məsələ Avropa məsləhət komissiyasının ixtiyarına verildi. Tehran konfransında Köniqsberqin, yəni indiki Kalininqradın SSRİ-yə verilməsi qərara alındı. Konfransda həmçinin İranın suverenliyi haqqında üç dövlət bəyənnaməsi imzalandı.
Dostları ilə paylaş: |