Müqavimət hərəkatı
1942-1943-cü illərdə hərbi şəraiti müttəfiqlərin xeyrinə dəyişdirən amillərdən biri də Almaniya, İtaliya, Yaponiyanın ələ keçirdiyi ölkələrdə yaratdıqları rejimlərə qarşı genişlənən müqavimət hərəkatı olmuşdur. Buna səbəb həmin ölkələrdə yaradılmış "yeni qayda", müstəqillik və suverenliyin, demok- ratik və sosial nailiyyətlərin ləğv edilməsi, iqtisadi istismar, işğalçıların özbaşınalığı, habelə onların həyata keçirdiyi irqçi siyasət, "qeyri-yetkin xalqlar"ın məhv edilməsi idi. Bütün Avropada yəhudilər, qaraçılar, slavyanlar faşist irqçi siyasətinin qurbanı oldular. Hərbi əsirlər, müqavimət hərəkatının iştirakçıları, "qeyri-yetkin xalqlar"ın nümayəndələri saxlanılan Osventsim, Maydanek, Treblinka, Dahau, Buhenvald, Zaksenhauzen, Ravensbruk, Mauthauzen və b. düşərgələr həqiqi mənada ölüm zavodları idi. Bu düşərgələrdən 18 milyon nəfər keçmiş, onlardan 12 milyonu məhv edilmişdi. Milyonlarla Avropa əhalisi işlədilmək üçün zorla Almaniyaya aparılmışdı. Əhalini müti vəziyyətdə saxlamaq üçün satqınçılıq sisteminə, kütləvi qırğınların təşkilinə geniş meydan verilmişdi. Fransada Oradur, Çexoslovakiyada Liditse, Belorusiyada Xatın kəndlərinin əhalisi tamamilə məhv edilmişdi.
Slavyanlar yaşayan məntəqələrin boşaldılması və almanlar tərəfindən məskunlaşdırılması üçün genosid siyasəti həyata keçirilirdi. 1942-ci il yanvarın 20-də Avropada bütün yəhudilərin məhv edilməsi planı təsdiq edilmişdi. Bunun üçün iri ölüm düşərgələri təşkil olunmuşdu. Burada, onlar qaz kame-
ralarına salınıb boğulur və yandırılırdı. İkinci dünya müharibəsi dövründə 6 milyona qədər yəhudi bu siyasətin qurbanı olmuşdu.
Yaponiya tərəfindən işğal edilmiş ölkələrdə də vəziyyət ağır idi. Vyetnam, Laos, Malaziya, Kamboca, Filippin və İndoneziya əvvəllər də müstəmləkə idi. Bir müddət Yapo- niyanın "Asiya asiyalılar üçündür!" şüarı onlarda bu dövlətin köməyi ilə müstəqillik əldə edəcəklərinə ümid yaratmışdı. Lakin yaponların burada yaratdığı rejim müstəmləkə rejimin- dən də ağır oldu. Filippin, İndoneziya, Malaziya və Birmada antiyapon hərəkatı meydana gəldi və genişləndi.
Müqavimət hərəkatı inkişafının mühüm amillərindən biri də bütün antifaşist qüvvələrin birləşdirilməsi oldu. 1941-ci ilin y ayına qədər kommunist və antifaşistlərin birgə fəaliyyəti mümkün deyildi. Almaniyanın SSRİ-yə basqınından sonra Kominternin çağırışı ilə kommunist partiyaları faşizmə qarşı mübarizəyə başladılar. Müttəfiqlərin təzyiqi ilə 1943-cü ildə Kominternin buraxılması kommunist partiyalarına müstəqil qüvvələr kimi çıxış etməyə, Müqavimət hərəkatına fəal qoşulmağa imkan yaratdı.
Müqavimət hərəkatının diversiya, sabotaj, hərbi sifariş- lərin vaxtında yerinə yetirilməməsi, məxfi informasiyalar toplanılması və müttəfiqlərə ötürülməsi, partizan dəstələrinin fəaliyyəti kimi müxtəlif formaları vardı. Bu hərəkatın ilk nümunələrindən biri 1943-cü ildə Varşava yəhudi gettosundakı (məhəlləsində) üsyan oldu. Pis silahlanmış getto sakinləri bir aya qədər alman işğalçılarına qarşı mübarizə apardılar.
Müqavimət hərəkatının ümumi rəhbər orqanları forma- laşmağa başlamışdı. Məsələn, Fransada bu hərəkata general Şarl de Qollun rəhbərliyi altında "Azad Fransa" təşkilatı başçılıq edirdi.
Müqavimət hərəkatı sıralarında Fransada 300 min, Yu- qoslaviyada 350 min, Yunanıstanda 70 min, Norveçdə 50 min,
Polşada 60 min, Çexoslovakiyada 25 min, Çində 2,2 milyon adam vuruşmuşdu.
SSRİ-nin almanlar tərəfindən zəbt edilmiş ərazilərində də antifaşist partizan hərəkatı geniş miqyas almışdı. 1941-ci ildə düşmən arxasında 2000-dən çox, 1942-ci ildə 6200-dən çox partizan dəstəsi və qrupu fəaliyyət göstərmişdi. SSRİ-də partizan hərəkatında bir milyondan çox adam iştirak etmişdi. Onlar düşmənin bir milyondan artıq əsgər və zabitini məhv etmiş və əsir almışdılar.
Dostları ilə paylaş: |