1941-ci il iyunun 22-də Almaniya SSRİ üzərinə xəbər- darlıq etmədən hücuma başladı. Almanlar üç istiqamətdə – Moskva, Leninqrad, Kiyev istiqamətində 190 diviziya, o cümlədən 153 alman diviziyası, 5,5 milyon əsgər və zabit, 4500 tank, 5000 təyyarə, 47 min top və minomyot, 100 gəmi ilə hücuma keçdi. İtaliya, Macarıstan, Rumıniya, Slovakiya, Finlandiya da Almaniyanın tərəfində çıxış edirdilər. Sovet- alman cəbhəsinə "mavi diviziya" göndərmiş İspaniya da hitlerçilərə yardım göstərirdi. Bolqarıstanın monarxist faşist hökuməti xalq həyəcanından qorxaraq SSRİ-yə müharibə elan etməsə də, faşist Almaniyasına kömək göstərirdi. Hitlerin
1940-cı il dekabrın 18-də təsdiq etdiyi "Barborossa" planına əsasən SSRİ-ni tutmaq üçün 8-9 həftə vaxt ayrılmışdı. Qış girənədək SSRİ ilə müharibə qurtarmalı, "Arxangelsk-Volqa- Həştərxan" xəttinə çıxılmalı idi. Hitler belə güman edirdi ki, həm güclü hərb maşını, həm də SSRİ xalqları arasında nifaq salmaq yolu ilə öz planını həyata keçirə biləcəkdir. Lakin tezliklə yanıldığını hiss etdi. Hitler özü də deyirdi ki, Rusiya böyük tikədir, onu birdən-birə udmaq olmaz, boğazda qala bilər.
Almanlar müharibənin birinci həftəsində Leninqrad (Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ ke- çirdilər. Sentyabrda Kiyevi tutdular, Leninqradı tuta bilməyib onu mühasirəyə aldılar. Müharibənin ilk aylarında Sovet ordusunun geri çəkilməsi və məğlub olmasının səbəbləri ilk növbədə Almaniya ilə bağlanan müqavilələrə ümiddən, silahlı qüvvələrin yenidən qurulmasında və qoşunların hazırlığında böyük səhvlər buraxılmasından, ordunun döyüş hazırlığı səviyyəsinə gətirilməməsindən, Almaniyanın Avropadakı hücum əməliyyatlarının aparılmasındakı təcrübəsinin qiymətləndirilməməsindən irəli gəlirdi.
Yaponiya çalışırdı ki, Uzaq Şərqdəki Sovet limanlarını mühasirəyə alsın və SSRİ-ni məcbur etsin ki, Sakit Okeandakı dəniz yollarından istifadədən imtina etsin. Türkiyə bitərəfliyini saxlayırdı. 1941-ci ilin yayında İranda vəziyyət gərginləşdi. 1941-ci ilin avqustunda 1921-ci ilin fevralında İranla Sovet Rusiyası arasında bağlanmış müqavilənin 6-cı maddəsini nəzərə alaraq İrana SSRİ qoşun yeritdi. Həmin vaxt İngiltərə də İrana qoşun çıxartdı. 1941-ci ilin sentyabrında İranda hökumət devrildi, yeni hökumət təşkil edildi. 1942-ci ilin yanvarında İrandakı yeni hökumət SSRİ və İngiltərə ilə müqavilə bağladı və antifaşist koalisiyaya qoşuldu. 1942-ci ilin dekabrında ABŞ- da İrana qoşun çıxartdı.
1941-ci ilin sentyabrın 30-da Moskvaya hücumun I mərhələsi, noyabrın 15-də isə II mərhələsi başlandı. Faşistlərin Moskvaya hücum planı "Tayfun" adlanırdı. 1941-ci ilin dekabrın 5-6-da Sovet qoşunlarının əks-hücuma keçməsi nəticəsində düşmən Moskvadan 100-250 km geri qovuldu. Moskva altındakı qələbə Almaniyanın "İldırım sürətli müharibə" planını puça çıxartdı, alman ordusunun "məğlubedilməzliyi" haqqında əfsanəni yox etdi, müqavimət hərəkatını gücləndirdi, faşist blokunu zəiflətdi.
Dostları ilə paylaş: |