İkinci dünya müharibəsinin III mərhələsi. Cənub-Şərqi Avropa dövlətlərinin azad olması.
Hitler blokunun iflası.
1944-cü ildə müharibə həlledici mərhələyə qədəm qoy- du. Bu zaman SSRİ-də 6,3 milyon əsgər və zabit, 95,6 min si- lah və minomyot, 5,2 min top, 10,2 min təyyarə var idi. Sovet- alman cəbhəsində faşistlərin 4,9 milyon adamı, 54,5 min silahı, 5,4 min topu, 3,1 min təyyarəsi var idi. 1944-cü ilin oktyabrına qədər bütün Sovet ərazisi azad edildi. 1944-cü ilin yanvarın 1- də Polşada yeni fəhlə hökuməti olan Krayova Rada təşkil edildi. 1944-cü ilin iyulunda Sovet ordusu Polşa ərazisinə girdi. Polşa qoşunu təşkil edildi.
Mühacir hökuməti Varşavada hakimiyyətə gəlmək üçün 1944-cü il avqustunda üsyan qaldırmağa cəhd etdi. Faşistlər üsyanı amansızlıqla yatırdılar. 200 min polyak öldürüldü.
1944-cü ilin aprelində Sovet ordusu Rumıniya ərazisinə girdi. 1944-cü ildə Yassı-Kişinyev əməliyyatı zamanı 18 alman diviziyası mühasirəyə alınıb məhv edildi. 1944-cü il avqustun 23-də Buxarestdə antifaşist üsyan başlandı. Antonesku diktatu- rası devrildi. Yeni yaranan Rumıniya hökuməti avqustun 31-də Almaniyaya müharibə elan etdi. 1944-cü il sentryabrın 12-də Moskvada Rumıniya ilə Antihitler koalisiyasına aid olan döv- lətlər arasında müqavilə bağlandı. SSRİ ilə Rumıniya arasında sərhədlər 1940-cı ilə qədər olduğu kimi bərpa edildi.
1944-cü ilin sentyabrın 5-də SSRİ Bolqarıstana müharibə elan etdi. Sentyabrın 9-da Sofiyada silahlı üsyan qalib gəldi. Dimitri Georgiyevin başçılığı altında hökumət təşkil olundu. Yeni hökumət Almaniya və Macarıstana müharibə elan etdi. 1944-cü ilin oktyabrın 28-də Bolqarıstanla antihitler koalisiyası arasında müqavilə bağlandı.
1944-cü ilin yazında sovet qoşunları Çexoslavakiya ərazisinə çıxdı. Slovakiyada Pisso hökuməti hökm sürürdü. Avqustun 20-də orada üsyan başlandı. Onun paytaxtı Bansk-
Bistritsa oldu. Sentyabrın 8-də sovet ordusu I Çexoslovakiya korpusu ilə birgə hücuma keçdi. Onlar oktyabrın 6-da Duklinsk aşırımına çıxdılar.
1944-cü illin sentyabrında sovet qoşunları Bolqarıstan- Yuqoslaviya sərhəddinə çıxdılar. Oktyabrın 20-də Belqrad azad edildi. Hələ 1943-cü ilin noyabrın 29-da yeni Yuqoslaviya hökuməti yaradılmışdı. Ölkənin bütün ərazisi 1945-ci ilin mayına qədər azad edildi. 1945-ci ilin aprelində isə SSRİ ilə Yuqoslaviya arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə bağlandı.
1944-cü ilin noyabrın 29-da Albaniya azad edildi. Hələ 1943-cü ilin yazında yunan vətənpərvərləri ölkənin 1 hissəsini
3
azad etdilər. Yunanıstana ingilis qoşunları daxil oldular. Mühacir hökuməti Afinaya qayıtdı.
1944-cü ildə artıq Almaniya özünün müttəfiqlərindən məhrum olmuşdu. 1944-cü ilin sentyabrında Moskvada SSRİ Finlandiya ilə saziş bağladı.
1944-cü ilin martında hitlerçilər Macarıstan ərazisini tutdular. 1944-cü ilin oktyabrın 6-da sovet qoşunları Debretsen əməliyyatına başladılar. Xortinin müraciətinə müttəfiqlər mənfi cavab verdilər. Çünki o vaxt qazanmaq istəyirdi. Hitlerçilər Xortini hakimiyyətdən kənar edib, faşist Salaşini qoydular. Hitler onun müdafiəsi üçün əlavə qoşun göndərdi. 1945-ci il fevralın 13-də Sovet qoşunları Budapeşti azad etdilər. 1945-ci ilin fevralında Macarıstan Hitler Almaniyasına müharibə elan etdi. Bu hadisədən sonra salaşistlər Avstriyaya keçib hit- lerçilərlə birlikdə 1945-ci ilin mayına qədər SSRİ əleyhinə müharibə apardılar.
Dostları ilə paylaş: |