Krım konfransı
Krım konfransı 1945-ci ilin fevralın 4-11-ində «Böyük üçlüyün» iştirakı ilə keçirildi. Konfransda düşmənin qəti məğ- lubiyyəti və dünyanın müharibədən sonrakı taleyi əsas məsələ
idi. Konfransda Almaniyanın üç işğal zonasına – sovet, ingilis, amerikan işğal zonalarına bölünməsi qərara alındı. Berlində isə bu üç böyük dövlətin qoşunları saxlanılmalı idi. Konfransda qərara alındı ki, Fransa üçün də gələcəkdə Almaniya ərazisində işğal zonası ayrılsın. Konfrans Avropanın azad edilməsi haqqında bəyannamə qəbul etdi. Oder və Neysi çaylarının Qərb sahillərinin Polşaya verilməsi qərara alındı. Təzminatın miqdarı
20 mlrd dollar müəyyən edildi. Yarısı SSRİ-yə çatmalı idi. Moskvada bu məsələ ilə əlaqədar İttifaqlararası komissiya yaradıldı. 1945-ci ilin fevralın 11-də üç dövlət arasında gizli saziş bağlandı. Bu sazişə əsasən Avropada müharibə qurtardıqdan 2-3 ay sonra SSRİ Yaponiyaya qarşı müharibəyə girməli idi. SSRİ Avropada müharibə qurtardıqdan 2-3 ay sonra Yaponiyaya aşağıdakı şərtlərlə müharibə elan etməyi öhdəsinə götürdü: Monqolustan Xalq Respublikasında mövcud vəziyyət saxlanılmalı, Saxalinin cənub hissəsi və ona bitişik adalar, Kuril adaları SSRİ-yə verilməli, Dalney ticarət limanı bey- nəlmiləlləşdirilməli, Port-Artur hərbi-dəniz bazası kimi SSRİ- yə icarəyə verilməli, Şərqi Çin və Cənubi Mançuriya dəmir- yollarından Çin və SSRİ tərəfindən birgə istifadə olunmalı idi. Müttəfiqlər SSRİ-nin bu şərtlərinə etiraz etmədilər.
Krım konfransından bir qədər sonra, yəni 1945-ci ilin aprelində SSRİ Yaponiya ilə 1941-ci ilin aprelində bağladığı bitərəflik haqqında sazişdən imtina etdiyini bildirdi.
Krım konfransında həmçinin müharibədən sonra dün- yada sülhü və təhlükəsizliyi təmin etmək məqsədi ilə BMT-nin yaradılması qərara alındı. Qərara alındı ki. Təşlükəsizlik Şurasına yekdillik prinsipi üzrə ABŞ, SSRİ, Çin, Fransa, Böyük Britaniya üzv olsunlar.
1945-ci il aprel ayının 25-də sülhü və beynəlxalq təh- lükəsizliyi təmin etmək məqsədilə ABŞ-ın San-Fransisko şəhə- rində 46 ölkədən 282 nümayəndənin iştirak etdiyi konfrans açıldı. Sonradan daha dörd ölkə də dəvət edildi. Konfransın
işində Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar tarixli bəyanna- məsini imzalayan və sonradan ona qoşularaq Almaniyaya müharibə elan edən dövlətlər iştirak edirdilər. Konfransın gündəliyində bir məsələ – BMT nizamnaməsini işləyib hazırlamaq dururdu. Konfransda ümumi məsələlər üzrə - Baş məclis, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası; Təhlükə- sizlik Şurası, Beynəlxalq məhkəmə və digər hüquqi məsələlər üzrə orqanlar yaradıldı.
Təhlükəsizlik Şurasında səsvermə məsələsində hələ Krım konfransında irəli sürülən daimi üzvlər arasında yekdillik prinsipi qəbul edildi. Daimi üzvlərdən biri "veto" qoyardısa, qərar qəbul olunmurdu. Lakin biri bitərəf olardısa, qərar qəbul edilirdi. Təhlükəsizlik Şurasına beş ölkə – ABŞ, SSRİ, Böyük Britaniya, Fransa və Çin daimi üzv, 6 dövlət isə qeyri-daimi üzv olaraq iki il müddətinə seçilməli idi. Qəyyumluq məsələsində dövlətlərin ümumi fikir birliyi əsasında himayədə olan ərazilərin əhalisinin inkişafı üçün qəyyumluq sistemi yaratmaq zəruri sayıldı. Konfrans Beynəlxalq məhkəməni təsis etdi. BMT iqamətgahının yerləşdiyi yer Nyu-York şəhəri müəyyənləşdirildi.
1945-ci il iyun ayının 26-da BMT nizamnaməsinin 50 dövlət tərəfindən imzalanıb qəbul edilməsi ilə San-Fransisko konfransı öz işini başa çatdırdı.
BMT-nin yaradılmasının böyük tarixi əhəmiyyəti var idi. O, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyan, əməkdaşlığı həyata keçirən universal tipli beynəlxalq təşkilat funksiyasını yerinə yetirməyə başladı. BMT beynəlxalq münasibətlərin mühüm prinsipləri olaraq dövlətlərin suverenliyi, sərhədlərin pozulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, mübahisəli məsələləri dinc yolla həll etmək və başqa prinsipləri elan etdi.
Dostları ilə paylaş: |