Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Faşist ordusunun böhranının dərinləşməsi



Yüklə 0,59 Mb.
səhifə151/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   156
avropa amerka tarıxı

Faşist ordusunun böhranının dərinləşməsi

Müttəfiqlərin qələbəsi alman imperializminin taleyi üçün həyəcan yaratdı. 1943-cü ildə alman generalları gizli danışığa başladılar. Onlar Hitleri devirmək, yeni hökumət yaratmaq, İngiltərə və ABŞ-la seperat sülh bağlamaq istədilər. Bu işdə Avropada Amerika kəşfiyyatçısı olmuş Allen Dalles də böyük rol oynayırdı. Gizli danışığın üzvləri general Bek,

feldmarşal Vitsleben, keçmiş oberburqomistr Leyspiq Qerdeler, Lazer zavodunun direktoru, aristokratlardan Moltke və Şulenberq idi. Polkovnik Ştauffenberq və onun tərəfdarları isə belə hesab edirdilər ki, Almaniya demokratik respublikaya çevrilməlidir. SSRİ ilə sülh bağlamaq lazımdır. Onlar Belorusiyada 1944-cü ilin iyununda "Baqration əməliyyatı" nəticəsində məğlubiyyətə uğradıqdan və müttəfiqlər Fransada qoşun yerləşdirdikdən sonra bu işi etmək istədilər. 1944-cü ilin iyunun 20-də Şərqi Prussiyada Rastenburq yaxınlığında Hit- lerin dayanacağında "Qurd yuvası" planına uyğun olaraq Hitleri qəzaya salmaq istədilər. Ştauffenberq bombanı katroqrafiya zalına qoydu. Partlayış olsa da, Hitlerə toxunmadı. Qəsdi təşkil edənlərə amansız divan tutuldu. Bütün Almaniyada kütləvi təqiblər başladı. Almaniyada antifaşist mübarizə zəiflədi.

1944-cü ilin sentyabrında Kvebekdə Ruzvelt və Çörçillin iştirakı ilə müşavirə oldu. Qızıl Ordunun Mərkəzi Avropaya onlardan qabaq girməsinin qarşısını almaq müşavirədə əsas məsələ idi. Onun üçün İtaliyada əməliyyatları sürətləndirmək, Almaniyaya girmək və onun əsas hissəsini tutmağın vacibliyi qərara alındı.

1944-cü ilin oktyabrında Çörçill və İden Moskvaya gəldilər. İngilislər belə hesab edirdilər ki, Polşa, Çexoslovakiya və Yuqoslaviya azad edildikdən sonra mühacir hökumətləri gəlib yenidən hakimiyyətdə olmalıdırlar. Onlar Polşada Kerzon xəttini müdafiə edirdilər. Almaniyanı üç hissəyə bölməyi tələb edirdilər: Prussiya, Avstriya və bir də Bavariya, Rur, Vestfaliya, Saar vilayət daxil olmaqla beynəlxalq nəzarət zonası yaratmaq planını irəli sürürdülər. İngiltərə bununla Almaniya kimi rəqibi sıradan çıxarmaq istəyirdi. Sovet hökuməti bu təklifi rədd etdi. İngiltərənin Mərkəzi və Şərqi Avropada federasiya və ya konfederasiya tipli dövlət yaratmaq fikri də rədd edildi.

Hitlerin ətrafı ABŞ və İngiltərəni məcbur etmək is- təyirdi ki, onlar seperat sülh bağlasınlar. Ardendə almanlar 121 diviziya, 900-ə yaxın tank, 800 təyyarə topladılar. Dekabrın 16- da onlar 3 ordu ilə hücum etdilər və 100 km irəliləyə bildilər. 1945-ci ilin yanvarında almanlar Elzasda ingilis-amerikan qoşunlarına daha güclü zərbə vurdular. Vəziyyəti belə görən Çörçill 1945-ci il yanvarın 6-da Stalinə müraciət etdi. 1945-ci il yanvarın 12-də Sovet qoşunları Baltik dənizindən Karpat dağlarına qədər olan 1200 km-lik ərazidə hücuma keçdilər. Almaniyanın cənubuna Sovet qoşunları daxil oldu. Fevralın 8- də müttəfiq qoşunları da hücuma keçdilər. Reyn sahilində bütün strateji nöqtələri ələ keçirdilər. Rur sənaye rayonunu tutdular. Almanlar ingilis və amerikanlara qarşı o qədər də kəskin müqavimət göstərmirdilər. Düşmənin Visla və Oder çayları arasında oan 60 diviziyası məğlub edildi. Polşa torpağı tam azad edildi və Sovet qoşunları Almaniyaya girdi. Şərqi Prussiyada da Sovet qoşunları qələbə qazandı. Yunanıstana qoşun çıxarmaq üstündə SSRİ ilə İngiltərə arasında münaqişə yarandı. Hitler ümid edirdi ki, bu onları parçalayacaq. 1945-ci il martın əvvəllərində Macarıstandakı Balatı gölü rayonunda döyüş başlandı. Sovet qoşunları qalib gəldilər. Aprelin 4-də Macarıstan tam azad edildi. Aprelin 25-də Şimali İtaliyada üsyan oldu. Aprelin 26-da Şimali İtaliyadakı alman ordusu təslim oldu.

Vyana yaxınlığında ciddi döyüşlər getdi, aprelin 13-də şəhər tutuldu. Avstriyanın suverenliyi aprelin 27-də bərpa edildi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin