Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Berlin əməliyyatı. Avropada müharibənin qurtarması Potsdam konfransı



Yüklə 0,59 Mb.
səhifə153/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   156
avropa amerka tarıxı

Berlin əməliyyatı. Avropada müharibənin qurtarması Potsdam konfransı

1945-ci ilin aprelin ortalarında Berlini müdafiə etmək üçün Almaniya Sovet qoşunlarına qarşı burada 214 diviziya, o cümlədən 34 tank diviziyası, 4 ordu, 1 mln. adam, 10.4 min silah, 1.5 min tank, 3.3 min döyüş təyyarəsi toplamışdı.

SSRİ-dən isə 2.5 mln adam, 41.6 min silah, 6 min tank,

7.5 min döyüş təyyarəsi Berlin ətrafına toplanmışdı. 1945-ci il aprelin 16-da Berlin əməliyyatı başlandı. Sübh çağı saat 3-də tanklar və piyadalar 140 güclü projektorun işığında hücuma keçdilər. Dörd gündən sonra Jukov və Konevin orduları şəhər ətrafında dairəni qapadılar. Aprelin 25-də Elba çayı sahilindəki Torqau rayonunda Sovet və ingilis-amerikan qoşunları görüşüb birləşdilər. Hitler cənuba qaçmamaq, Berlin uğrunda mü- barizəyə şəxsən rəhbərlik etmək haqqında qərar qəbul etdi. Aprelin 30-da Hitler məğlub olduğunu gördükdə özünə qəsd etdi. Alman paytaxtına hücumda sovet qoşunlarından 300 min nəfər ölən və yaralanan (ABŞ-ın bütün müharibə ərzində itirdiyindən çox) oldu. Aprelin 30-da reyxstaq alındı. Mayın 2- də Berlin qarnizonu təslim oldu. Almaniyada hakimiyyət qross- admiral Dyonitsə keçdi. Dyonits hökuməti istəyirdi ki, qüvvələri qərbə toplasın və ingilis-amerikanlara təslim olsun. Çörçill deyirdi ki, silahları yığmaq, sonra lazım gəlsə, sovetlərə qarşı mübarizə üçün almanlara paylamaq lazımdır. 1945-ci il mayın 7-də Reymsdə təslim olmaq haqqında ingilislərlə hazırlıq protoklu imzalandı.

Mayın 8-dən 9-na keçən gecə Berlində Karl-Sxorstdə darmadağın edilmiş alman silahlı qüvvələrinin başçıları (Keytel, Ştumpf, Friderberq) Almaniyanın danışıqsız təslim edilməsi haqda akta qol çəkdi. Bütün hakimiyyət müttəfiqlərin əlinə keçdi. 1945-ci il iyunun 5-də Almaniyanın məğlub edil-

məsi haqqında bəyannamə imzalandı. Nəzarət Şurası yaradıldı. 9 May qələbə günü elan edildi.

Çexoslovakiyada hələ 1945-ci ilin martında sosial- demokrat Firlinqer başda olmaqla Milli cəbhə hökuməti təşkil edilmişdi. Mayın 5-də Praqa zəhmətkeşləri üsyan etdilər. May ayının 9-da Çexoslovakiyanın paytaxtı Praqa azad edidi.

1945-ci ilin iyulun 17-dən avqustun 2-dək Potsdam konfransı keçirildi. Onun işində İ.V.Stalin, 1945-ci ilin apre- lində Ruzveltin ölümündən sonra prezident vəzifəsinə keçən H.Trumen və U.Çörçill iştirak edirdilər. Konfransın gedişində Çörçilli seçkilərdə leyboristlərin qələbəsindən sonra Böyük Britaniyanın baş naziri olmuş K.Ettli əvəz etdi. Potsdam konfransı dünyanın müharibədən sonrakı quruluşu məsələsinə həsr edilmişdi. Konfrans Almaniyanı işğal etmiş dövlətlərin bu ölkə barəsində siyasətinin əsas prinsiplərini işləyib hazırladı.

Bağlanan sazişdə Almaniyanın tam tərksilah və ya demilitarizasiya edilməsi, nasional-sosialist partiyasının buraxılması, hərbi cinayətkarların cəzalandırılması, siyasi həyatın demokratikləşdirilməsi, alman iqtisadiyyatının dinc əsasda inkişaf etdirilməsinin zəruriliyi nəzərdə tutulurdu. Almaniya ərazisi İngiltərə, SSRİ, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri Beynəlxalq tribunala verildi. Konfrans qərara aldı ki, Almaniya vahid dövlət kimi yaşamalıdır. Ölkənin paytaxtı Berlin də dörd zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri qəti müəyyən edildi.

Almaniya ərazisinin dörddə birini itirdi. Oder və Neysi çaylarının qərb sahilləri Polşaya, Kalininqrad (köhnə Köniqsberq) əyaləti SSRİ-yə verildi. 1938-ci ildən sonra Almaniyanın ələ keçirdiyi bütün ərazilər ondan alındı. Konfransın qərarına görə bu ərazilərdən 9 milyon alman çıxarılmalı idi. Konfransda müxtəlif işğal zonalarında olan hərbi əsirlərin dəyişdirilməsi qərara alındı. SSRİ Qərbə qaçmış

bütün vətəndaşlarının zorla geriyə qaytarılması üçün ABŞ və İngiltərənin razılıq verməsinə nail oldu. Almaniyadan alınacaq təzminatın miqdarı 20 milyard dollar müəyyən edildi. Onun 50%-i SSRİ-yə çatmalı idi. Real maliyyə çətinliyi ilə bağlı təzminatın sənaye avadanlığı hesabına ödənilməsi qərara alındı. Konfrans yeni yaradılan orqana – Xarici işlər nazirləri şurasına Almaniyanın müttəfiqləri və Almaniyanın özü ilə sülh müqaviləsinin şərtlərini işləyib hazırlamağı tapşırdı. Xarici işlər nazirləri şurasının tərkibi SSRİ, ABŞ, Böyük Britaniya, Fransa və Çin nümayəndələrindən təsis edildi. Bu və ya digər sülh sazişinin şərtlərini işləyib hazırlamaq məğlub tərəflərin təslim

olması şərtlərini imzalamış qalib dövlətlərin üzərinə qoyuldu.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin