İkinci cəbhənin açılması
1944-cü ilin əvvəllərində müttəfiqlər Şimali Fransadan hücum hazırlığına başladılar. Buraya 4 ordu, 39 diviziya, 6 min tank, 11 min təyyarə toplandı. Almaniyanın isə qərbdə 58 diviziyası var idi. Şimalda Almaniya silahlanaraq Kaledə "Atlantika dairəsi" əmələ gətirdi.
1944-cü il iyun 6-da ikinci cəbhə Şimali Fransadan açıldı. Onun komandanı general Eyzenhauer oldu. Keçiriləcək əməliyyat "Overlord" adlanırdı. Avqustun 15-də müttəfiq qoşunlar Fransanın cənubuna çıxdılar. Avqustun 19-da Parisdə antifaşist üsyan başlandı. Avqustun 25-də üsyan qalib gəl- dikdən sonra general Lekmark Parisə daxil oldu. Düşmən qarnizonu təslim oldu. Paris azad oldu.
Hitler qərara gəldi ki, "Ziqfrid xəttilə" öz gücünü göstərsin. Sentyabrın 3-də ingilislər Brüsselə daxil oldular. Lakin müttəfiq qoşunları "Ziqfrid xətti"ni yarmağı bacarmadılar. 1944-cü ilin noyabrında hücum dayandırıldı. 1944-cü il iyunun 4-də müttəfiqlər Romanı döyüşsüz aldılar. 1944-cü ilin sonuna qədər düşmən Fransa sərhədlərindən və Belçikadan qovuldu. 1944-cü il oktyabrın 23-də SSRİ Fransa Respublikasının müvəqqəti hökumətini tanıdı.
1944-cü il dekabrın 10-da Fransa ilə SSRİ arasında 20 il müddətinə dostluq və qarşılıqlı yardım haqqında müqavilə bağlandı.
Dostları ilə paylaş: |