Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə128/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   156
avropa amerka tarıxı

Maçadonun diktaturası.


1925-ci ildə Kubada prezident kürsüsünə iri sahibkar, Amerika imperializminin satilletlərindən olan Xerardo Maçado əyləşdi. Maçado hökuməti dərhal fəhlə və demokratik hərəkata qarşı təqiblərə başladı. Kommunist partiyası qanundankənar elan edildi. Universitetlərin muxtariyyəti ləğv edildi, mütərəqqi həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edildi. Maçado "minlərlə sui-qəsd prezidenti" adını aldı. Maçado özünü fəxrlə "Antil Mussolinisi" adlandırırdı və onun əsas dayağı xırda və orta burjuaziya idi. Onun dövründə işsizlik bir qədər azaldı. 1933-ci ilə qədər o, həmin vəzifədə qaldı. Maçadonun dikta- turası dövründə də Kuba iqtisadiyyatı ABŞ-ın təsiri altında idi. 1929-cu ildə Kuba iqtisadiyyatına qoyulan 1,8 milyard xarici kapitalın 1,5 milyard dolları ABŞ-a məxsus idi. Amerika inhi-

sarçılarının siyasəti ölkədə şəkər qamışının istehsalına xüsusi diqqətdən ibarət idi. Həmin dövrdə ən məhsuldar torpaqlar latufindistlərə məxsus idi, ona görə də ölkə ən zəruri ərzaq məhsullarını xaricdən alırdı.

1929-cu il dünya iqtisadi böhranı Kuba iqtisadiyyatını sarsıtdı. Böhran Kubada ixracın azalmasına və çoxlu şəkər zavodlarının bağlanmasına səbəb oldu. Kubanın dörd milyon əhalisinin yarım milyonu işləmirdi. Ölkədə sosial ziddiyyətlər kəskinləşdi. 1930-cu ilin martında keçirilən 24 saatlıq ümumi tətildə Havananın 200 min zəhmətkeşi iştirak edirdi. Bu Maçado diktaturasına qarşı ilk inqilabi çıxış idi. Bu tətillərdə tələbələr, ziyalılar, xırda burjuaziya da iştirak edirdi. Belə bir gərgin vəziyyətdə burjuaziya müxalifəti də fəallaşdı və onun liderləri hətta 1931-ci ilin avqustunda silahlı üsyan yolu ilə Maçado diktaturasını devirməyə cəhd etdilər, lakin alınmadı. Müxalifətdə olan burjua ziyalıları "ABŞ" adlı gizli təşkilat da yaratdılar. Bu təşkilat fərdi terror yolunu tutdu.

Kuba xalqının antiimperialist mübarizəsi ABŞ-ı Latın Amerikası ölkələrinə qarşı apardığı siyasətin forma və metodla- rına yenidən baxmağa məcbur etdi. ABŞ hökuməti diktaturanın inqilabi yolla devrilməsi təhlükəsindən qorxaraq Maçadonun dinc yolla istefaya göndərilməsini təşkil etməyi lazım bildi.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin