ÇİLİ
Birinci dünya müharibəsində Çili xeyli gəlir əldə etdi. Lakin Birinci dünya müharibəsi qurtaran kimi Çili misinə olan təlabat da azaldı. Xüsusilə selitra sənayesinə böyük ziyan dəydi. 1919-cu ildə selitra istehsalı 1917-ci illə müqayisədə iki dəfə azaldı. Həmçinin xeyli mis yataqları və kömür qazmaları bağlandı. İqtisadi vəziyyətin pisləşməsi sinfi mübarizəni kəs- kinləşdirdi. Çilinin fəhlə sinfi Latın Amerikası fəhlə sinfinin ən qabaqcıl dəstəsi idi. Luis Emilio Rekabarren Çili Sosialist partiyasının yaradıcılarından və rəhbərlərindən biri idi.
1920-ci ilin prezident seçkiləri çox çətin bir şəraitdə keçi- rildi. Hakimiyyətdə olan mühafizəkarlar partiyası əsasən torpaq aristokratiyasının mənafeyini müdafiə edirdi, kifayət qədər populyar idi, lakin qələbə əldə edə bilmədi. Mühafizəkarlar par- tiyasının təşkil etdiyi Milli Alyansa qarşı liberal-burjua par- tiyalarını birləşdirən Liberal Alyans çıxış etdi və seçkilərdə onun nümayəndəsi Arturo Alessandri daha çox səs aldı və pre- zident seçildi. Onun qələbəsində sosialist partiyasının da mü- hüm rolu oldu. Hökumət seçkiqabağı "Liberal alyans və ya inqilab" şüarı altında çıxış edərək hakimiyyətə gəldiyi üçün seçkiqabağı verdiyi bir çox vədləri həyata keçirdi. 8 saatlıq iş günü, məzuniyyət və istirahət günü qanuniləşdirildi, ictimai sı- ğorta həyata keçirildi, fəhlələrin həmkarlar ittifaqlarında birləş- mək hüququ tanındı. Bununla belə daha əsaslı dəyişikliklər yenə də həyata keçirilmədi.
1922-ci ilin yanvarında Çili Kommunist Partiyası ya- radıldı.
Dostları ilə paylaş: |