Alessandrinin hökuməti siyasi cəhətdən möhkəm deyildi. Amerikapərəst polkovnik Karlos İbanyes başda olmaqla ölkədə diktatura qurulmasına ciddi hazırlıq gedirdi. 1925-ci ilin av-
qustun 30-da hökumət icraedici hakimiyyəti gücləndirən kons- titusiya islahatları keçirdi. Prezident altı il müddətinə seçilir və qeyri-məhdud səlahiyyətlərə malik idi. Bu islahat diktaturaya keçməyi asanlaşdırdı. 1927-ci ilin fevralında amerikan imperia- lizminin və torpaq sahibləri oliqarxiyasının köməyi ilə Karlos İbanyes hakimiyyəti zəbt etdi. Çilidə diktatura dövrü başlandı. Kommunist partiyası qanundankənar elan edildi və gizli fəa- liyyətə keçdi. Müsəssisələrdə sənaye ittifaqları adlanan təş- kilatlar yaradıldı. Hökumətin sərəncamı ilə sahibkarlar öz gə- lirlərinin 2%-ni bu təşkilatların ixtiyarına verir, həm də ayrılmış bu məbləğin dörddə üçü ittifaq üzvləri, yəni fəhlələr arasında bölüşdürülməli idi.
İbanyes Çilidə faşist xarakterli korporativ təşkilatlar ya- ratmaq istəyi ilə 1929-cu ildə fəhlə və qulluqçuların respubli- kaçı Mülki fəaliyyət konfederasiyasını təşkil etdi. Diktator ölkəyə amerikan kapitalının soxulması üçün geniş şərait yaratdı. İngilis kapitalistləri arxa plana sıxışdırıldılar. İngilis imperialistlərinin nəzarəti altında olan «Selitra istehsalçıları Assosiasiyası» əvəzinə İbanyes «Çili selitra kampaniyası» («Kosaç») adlanan və əslində amerikan kapitalının nəzarəti altında olan təşkilat yaratmaq haqqında dekret verdi. Eyni zamanda amerikan kampaniyalarına ən mühüm konsessiyalar verildi.
Dostları ilə paylaş: |