SSRİ-də sənayeləşdirmə və kollektivləşdirmə
1925-ci ilin dekabrında PK(b)P-nin XIV qurultayı oldu. Həmin qurultayda partiyanın adı dəyişilərək ÜİK(b)P adlandı. Həmin qurultay tarixə sənayeləşdirmə qurultayı kimi daxil ol- du. 1926-cı ildə ölkədə sənayeləşdirmə başlandı.
Sənayeləşdirmənin başlıca məqsədi ölkənin texniki-iqti- sadi geriliyini aradan qaldırmaq, iqtisadi cəhətdən xaricdən asılılığa son qoymaq, güclü hərbi sənaye yaratmaq, ilk növbədə baza sənaye sahələrini (yanacaq, metallurgiya, kimya, maşınqayırma) inkişaf etdirməkdən ibarət idi. Bu vəzifələrin yerinə yetirilməsində ilk sovet beşilliklərinin mühüm rolu oldu. Ağır sənayenin inkişafına daha çox fikir verilirdi.
1928/29 – 1932/33-cü illəri əhatə edən birinci beşillik planın başlıca məqsədi sosializmin maddi təməlini yaratmaq idi. Birinci beşillikdə xalq təsərrüfatına 64,6 milyard rubl kapital qoyulmuşdu. Beşillik dövründə SSRİ-də 1500 sənaye müəssisəsi tikildi və 1913-cü illə müqayisədə sənaye məhsulu istehsalı 7 dəfədən çox artdı. 1930-cu ildə ölkədə işsizlik ləğv edildi. 1930-cu ildə ilk dəfə xalq təsərrüfatında sənayenin
xüsusi çəkisi kənd təsərrüfatından üstün oldu. Lakin sə- nayeləşdirmə şəhər burjuaziyasının əmlakının müsadirə edil- məsi və kəndlilərdən alınan yüksək vergilər hesabına həyata keçirilirdi.
1933-1937-ci illəri əhatə edən ikinci beşilliyin əsas vəzifəsi sosialistcəsinə yenidən qurmanı başa çatdırmaq idi. Bu beşillikdə xalq təsərrüfatına təqribən 133 milyard rubl kapital ayrılmışdı. Ölkədə 1923-cü ildən tətbiq edilən kartoçka sistemi 1934-cü ildə ləğv edildi. İkinci beşillikdə 4500 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. 1937-ci ildə kənd təsərrüfatında 456 min traktor, 129 min kombayn, 146 min yük avtomobili işləyirdi.
Üçüncü beşillik 1938-1942-ci illəri əhatə etməli idi. Bu beşillikdə xalq təsərrüfatına təqribən 192 milyard rubl vəsait ayrılmışdı. Bu beşillik kimya və xüsusi poladlar beşilliyi olmalı idi. Bu beşillik tam həyata keçirilməsə də, ölkədə 6 min yeni sənaye müəssisəsi tikildi.
1929-cu ildə SSRİ dünyada polad istehsalına görə beşinci, çuqun əridilməsi və kömür hasilatında 6-cı, elektrik enerjisi istehsalında 9-cu yeri tuturdu. 1940-cı ildə isə SSRİ-də 48 milyard kilovat-saat elektrik enerjisi, 18 mln. ton polad, 152 milyon ton daş kömür istehsal edilirdi. Bu dövrdə Almaniyada isə 37 milyard kv.saat elektrik enerjisi, 18 milyon ton polad, İngiltərədə 40 milyard kv.saat eleketrik enerjisi, 13 milyon ton polad, Fransada 20 milyard kilovat-saat elektrik enerjisi, 8 milyon ton polad istehsal edilirdi. SSRİ bu dövrdə dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci sənaye dövlətinə çevrildi.
Ölkədə sosializm qurmaq planının mühüm tərkib hissə- lərindən biri də kənd təsərrüfatının sosialistcəsinə yenidən qurulması idi. 1927-ci ilin dekabrında olmuş XV qurultay SSRİ tarixinə kollektivləşdirmə qurultayı kimi daxil oldu. 1929-cu ilin yayından ölkədə kollektivləşdirmə, yəni kənd ərazisində
olan bütün torpaqların kolxozların ixtiyarına keçməsi prosesi başlandı. Sovet siyasətində bu, «yuxarıdan inqilab» kimi qiymətləndirildi.
1929-cu ildə SSRİ-də 24,5 milyona yaxın fərdi kəndli təsərrüfatı mövcud idi. Onların 8,5 milyona yaxını yoxsul, 15 milyonu ortabab, 1 milyonu qolçomaq təsərrüfatı idi. Kəndli təsərrüfatlarının 5%-ə qədərini təşkil edən qolçomaqların 1927- ci ildə 10 milyon ha-ya qədər (94,7 milyon ha ümumi sahədən) taxıl əkin sahəsi var idi və onlar bütün satlıq taxılın 1/5 hissəsini verirdilər. Partiya və dövlət 1918-ci ildən qolçomaqları bir sinif kimi məhdudlaşdırmaq, 1929-cu ildən isə bir sinif kimi ləğv etmək siyasətinə keçdi. 1929-cu il SSRİ tarixinə "böyük dönüş" ili kimi daxil oldu.
1930-cu ilin yanvarın 5-də ÜİK(b)P-nin MK-nın kollek- tivləşdirmə ilə əlaqədar verdiyi qərara əsasən kollektivləşmənin gedişinin sürəti cəhətdən rayonlar üç qrupa bölünürdü. I qrupa Şimali Qafqaz, Orta və Aşağı Volqa, II qrupa Mərkəzi Qaratorpaq vilayəti, Ukrayna, Sibir, Ural, Qazaxıstan, II qrupa isə digər bölgələr daxil idi.
Bu dövrdə 20000-dən artıq qolçomaq ailəsi Sibirə, Urala, Şimali Qazaxıstana sürgün edildi. Bu dövrdə 10-12 mln-a qədər kəndli kollektivləşdirmə nəticəsində təqibə məruz qaldı. Heyvandarlığa böyük zərbə dəydi. 1930-cu il martın 14-də Mərkəzi komitə kolxoz qurucularındakı əyintilərlə əlaqədar qərar qəbul etdi ki, bu qərarda kolxozlara daxil olarkən könül- lülük prinsipinin pozulması yolverilməz hesab edilirdi. Kollek- tivləşdirmə SSRİ-də 1936-cı ilə qədər davam etdi. Nəticədə
243 min kolxoz təşkil edildi ki, bu da bütün kəndli təsərrüfatının 93%-ni əhatə edirdi.
Kollektivləşdirmə ölkənin kənd təsərrüfatını pis vəziyyətə saldı. 1929-1934-cü illərdə ölkədə taxil istehsalının həcmi 10% aşağı düşdü. 1929-1932-ci illərdə iribuynuzlu heyvanların və atların sayı 1/3 dəfə, donuzların sayı 2 dəfə, qoyunların sayı 2,5
dəfə azaldı. 1932-1933-cü illərdə bir sıra iri rayonları bürüyən aclıq nəticəsində yüz minlərlə adam tələf oldu.
Kollektivləşdirmə nəticəsində kəndlilər cəmiyyətin ən hüquqsuz hissəsinə çevrildilər. 1932-ci ildən pasportlaşma sis- teminə keçirilməsinə baxmayaraq, bəzi bölgələr istisna olmaqla, bu kəndlilərə tətbiq edilmədi. Pasportu olmayan kəndli doğulduğu və yaşadığı yerdən kənara çıxa bilməzdi. Bunu əslində «ikinci təhkimçilik hüququ» da adlandırmaq olardı.
SSRİ-də həyata keçirilən sosialistcəsinə yenidənqurma nəticəsində sənaye və kənd təsərrüfatı üzərində ictimai mülkiyyət bərqərar oldu, hamıya və heç kimə mənsub olmayan mülkiyyət forması təşəkkül tapdı. Bu forma insanlarda sahiblik və işgüzarlıq hissini itirir, insanların sərbəst yaradıcılıq əzmini buxovlayırdı. Bir sözlə, bu sistem insan psixologiyasına uyğun gələn mülkiyyətçilik hissinə yad idi.
SSRİ-də sosializmi qurmaq planının mühüm tərkib hissə- lərindən biri də insanların şüurunda sosialist ideologiyasının möhkəmləndirilməsindən ibarət olan «mədəni inqilab» idi. Rusiyada əhalinin 1920-ci ildə 97%-i savadsız olduğuna görə mədəni inqilaba başlamaq üçün ilk növbədə savadsızlığı ləğv etmək lazım idi. 1921-ci ildən ölkədə savadsızlığı ləğvetmə prosesi başlandı.
1930-cu illərdə partiyanın XVI qurultayında sosializmin bütün cəbhə boyu hücuma keçməsi qərara alındı və icbari, ibtidai təhsilə keçmək zəruri sayıldı. Həmçinin ölkədə ali, orta, texniki peşə, orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1934-cü ildə SSR-də Akademiyanın müxbir və həqiqi üzvü, professor, dosent, assistent, elmlər namizədi, elmlər doktoru adları təsis edildi. Artıq ikinci beşilliyin sonunda ali məktəblərdə 500 minə qədər tələbə oxuyurdu. Ölkədə 191 ali məktəb vardı. Ziyalıların sayı 19 mln-u ötüb keçmişdi. Nəticədə SSRİ başdan-başa savadlılar ölkəsinə çevrildi.
Əgər 1926-cı ildə SSRİ-də 147 mln nəfər əhali yaşayırdı- sa, ikinci beşilliyin sonunda bu rəqəm 170,6 mln-a qalxmışdı. 12 il ərzində əhalinin orta illik artımı SSRİ-də 1,23% idisə, Fransada 0,08 %, İngiltərədə 0,36%, Almaniyada 0,62%, ABŞ- da 0,67% idi. Əgər SSRİ-də 1926-cı ildə şəhərlərdə 26,3 mil- yon nəfər, yəni bütün əhalinin 17,9%-i yaşayırdısa, 1939-cu il- də isə 56,1 milyon nəfər, yəni bütün əhalinin 32,9%-i yaşayırdı. Fəhlə sinfinin sayı isə bu dövrdə 8-9 mln nəfərdən 23-24 mln nəfərə çatmışdı.
1936-cı ilin dekabr ayının 5-də qəbul edilmiş konstitusiya SSRİ-də sosializmin tam qələbəsini nümayiş etdirmiş oldu. SSRİ-də ancaq iki sinif: fəhlə və kəndli sinfi, bir də onların içərisindən çıxan ziyalılar qaldı. Un sənayesindən başqa yerdə qalan bütün sənaye sahələrində xüsusi mülkiyyət ləğv edildi. Ölkədə ictimai mülkiyyətin iki forması – dövlət və kolxoz- kooperativ forması hökm sürməyə başladı.
Dostları ilə paylaş: |