Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Rusiya vətəndaş müharibəsi dövründə (1918-ci ilin mayı – 1920-ci ilin noyabrı)



Yüklə 0,59 Mb.
səhifə28/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   156
avropa amerka tarıxı

Rusiya vətəndaş müharibəsi dövründə (1918-ci ilin mayı – 1920-ci ilin noyabrı)

1918-ci ilin yazına yaxın Rusiya vətəndaş müharibəsi və xarici hərbi müdaxilə təhlükəsi ilə qarşılaşdı. Rusiyada vətən- daş müharibəsinin və xarici hərbi müdaxilənin baş verməsinin səbəblərindən biri ilk növbədə varlı siniflərin öz hakimiyyət və mülkiyyətlərindən imtina etmək istəməmələri ilə əlaqədar idi. Həmçinin xarici dövlətlərin burada çoxlu müəssisələri vardı ki, onlar bu müəssisələrdən, gələn gəlirlərdən əl çəkmək niyyətində deyildilər. Oktyabr çevrilişindən sonra Rusiyanın 50 milyard rubla qədər daxili və xarici borcları vardı. Bunun 16 milyard rublu xarici borclar idi. Rusiya 1918-ci ilin yanvarında bu borcları verməkdən imtina etdiyini bildirmişdi. Xarici dövlətlər həm də Rusiyada baş verən hadisələrin öz ölkələrinə təsir edəcəyindən də qorxurdular. Odur ki, 1918-ci il mayın 25- də Vladivostokda Birinci dünya müharibəsi dövründə ruslara əsir düşmüş 50 min nəfərlik çexoslavak korpusunun qiyamı ilə Rusiyada vətəndaş müharibəsi başlanmış oldu. 1920-ci ilin no- yabrına qədər Rusiyada davam edən vətəndaş müharibəsi 3 dövrə bölünür:

I dövr – 1918-ci ilin yazından – 1919-cu ilin martına qədər olan dövrü əhatə edir.


  1. dövr – 1919-cu ilin martından 1920-ci ilin martına qədər olan dövrü əhatə edir.

  2. dövr – 1920-ci ilin martından 1920-ci ilin noyabrına qədər olan dövrü əhatə edir.

Tezliklə, Samaradan Çelyabinskiyə qədər olan ərazi Çe- xoslavak korpusunun nəzarəti altına keçdi. Paralel olaraq ölkədə kəndlilərin də antisovet qiyamları genişlənirdi.

1918-ci il noyabrın 18-də Omskda birləşmiş antibolşevik hökumətin hərbi naziri admiral A.B.Kolçak bütün hakimiyyətin onun əlinə keçdiyini bildirdi və özünü "Rusiyanın bütün quru və dəniz silahlı qüvvələrinin ali komandanı" elan etdi. O, həm də Ali hakim elan olundu. Beləliklə, Kolçak ağ hərəkatın əsas siması oldu. Ağların əsas ideyası bolşevimzi dəf etmək, döyüş qabiliyyətli ordunun gücü ilə böyük, vahid və bölünməz Rusiyanı bərpa etməkdən ibarət idi.

Bu zaman ciddi intizam yaratmaq üçün çox sərt tədbir- lərlə köhnə zabitləri Qırmızı Orduya cəlb edən L.Trotski nizami, döyüş qabiliyyətli ordu yaratmağa nail oldu. 1918-ci ilin iyulunda çar ailəsinə mənsub olanların hamısı Yekaterinburqda güllələndi. 1918-ci ilin sentyabrında ölkədə qırmızı terror tətbiq edilməyə başlandı. Mübarizə gah bir tərəfin, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. 1918-ci ilin yazında Kolçakın ordusu Ufadan Volqaya hərəkət etdiyi, payızın əvvəlində isə general Denikinin orduları Oryol və Voroneji tutaraq Moskvanı hədələdiyi zaman sovet hökuməti və Qırmızı Ordu böhranlı vəziyyətə düşdü. Həmçinin ingilis, fransız, alman və yaponların Vladivostok, Krım, Arxangelsk və Murmanskdan sovet Rusiyasına qarşı hərbi müdaxiləsi başlandı. Kolçakı İngiltərə hər vasitə ilə təchiz etməyi öz öhdəsinə götürdü. Donda Denikinin cənub qrupu öz fəaliyyətini genişləndirdi. Petroqradda Yudeniçin dəstələri hücuma

keçdilər. Orta Asiyada basmaçılar hakimiyyəti ələ aldılar. 1918-ci ilin sentyabrın 15-də Bakının türklər tərəfindən tu- tulması ilə Sovet Rusiyası ağlar tərəfindən halqaya alınmış oldu. Ağların ilk dövrdə qələbəsi Qırmızı ordunun hələ zəif olması, müasir ordunun yaradılmaması, ortabab kəndlilərin tərəddüdü, ağ qvardiyaçıların əsasən sənaye cəhətdən zəif inkişaf etmiş yerləri tutmasından irəli gəlirdi.

Sovet hökuməti üçün belə çətin bir vaxtda 1918-ci ilin yayından 1919-cu ilin yazına qədər ölkədə mərhələ-mərhələ ərzaq sapalağına keçildi və bu siyasət 1921-ci ilin martına qədər davam etdi. Ərzaq sapalağında kəndlidən ailəsinə lazım olandan artıq qalan bütün məhsul dövlət tərəfindən alınırdı. Bu isə kəndlidə əslində maddi maraq hissini zəiflədirdi. Vətəndaş müharibəsi dövründə ilk dəfə elmi ədəbiyyata Baqdanov tərə- findən gətirilmiş "hərbi kommunizm" adlanan siyasət həyata keçirildi. Bu siyasətin əsas cəhətləri ərzaq sapalağının tətbiqi, ticarətin ləğv edilməsi, hər şeyin məhsullarla mübadilə edilməsi, bütün xırda, orta və iri müəssisələrin milliləşdirilməsi, məcburi əmək mükəlləfiyyəti qoyulması və "işləməyən dişləməz" prinsipinin həyata keçirilməsindən ibarət idi. Bu siyasət ona görə hərbi kommunizm adlanırdı ki, o, məcburiyyət üzündən görülən tədbir idi.

1918-ci ilin iyulun 19-da RSFSR-in ilk konstitusiyası qəbul edildi. Həmin konstitusiyaya görə Rusiya sovet federativ sosialist respublikası (RSFSR) elan edildi. Həmin konstitusiyaya əsasən seçkiyə görə vətəndaşlar 4 dərəcəyə bölünürdü. I dərəcə üçün seçkilər asanlaşdırılmış, IV dərəcə üçün son dəəcə çətinləşdirilmişdi.

Şərq cəbhəsindəki müvəffəqiyyət 1919-cu ilin martın əvvəllərində Kolçak üzərində qələbəni asanlaşdırdı və vətəndaş müharibəsinin birinci mərhələsi qırmızı ordunun və ya qırmızı- ların qələbəsi ilə başa çatdı. 1918-ci il noyabrın 30-da Leninin sədrliyi ilə təşkil edilən Dövlət Müdafiə Komitəsinin fəaliyyəti

nəticəsində qırmızı ordunun sayı 5 mln-a çatdırıldı. Artıq 1919- cu ilin martında müharibənin ikinci mərhələsi başlandı və bu mərəhələdə əsas zərbə Denikinin Donda toplanmış cənub qrupuna vurulmalı idi. 1919-cu ilin iyul ayında Denikin qoşunu da ciddi məğlubiyyətə uğradıldı. Denikin özü xaricə qaçdı. Kolçak isə 1920-ci ilin yanvarında İrkutsk şəhərində güllələndi. 1920-ci ilin martından vətəndaş müharibəsinin III mərhələsi başladı. Bu mərhələ Polşa qoşunlarının Ukrayna və Belarusiyaya, general Vrangelin isə Krımda hücuma keçməsi ilə başlanmış oldu. Əvvəl qırmızılar Polşa qoşunları üzərində qələbə çalaraq Varşavaya qədər gəlib çatdılar. Qoşun arxasından hədsiz aralı düşdüyünə, həm də Polşada təcili olaraq aqrar islahat keçirildiyinə görə Polşa kəndliləri qırmızılara ciddi müqavimət göstərdilər və qırmızı ordu geri çəkilməyə məcbur oldu. Polşa ilə 1921-ci ilin martında bağlanan Riqa sülhünə əsasən Qərbi Ukrayna və Qərbi Belarusiya Polşada qaldı. 1920-ci il noyabrın 16-da Perekop bərzəxinin tutulması ilə Krımdakı Vrangel qoşunları da məğlub oldular. Beləliklə, 1918-ci ildə başlanmış vətəndaş müharibəsi əsasən başa çatdı. Ancaq Uzaq Şərqdə yaponlarla müharibə 1922-ci ilin oktyabrın 25-nə qədər, yəni Vladivostok azad edilənə qədər davam etdi.

Vətəndaş müharibəsində ağların məğlubiyyətinin bir sıra səbəbləri vardır. Onların sıralarında sağ sosialistlərdən qatı monarxistlərə kimi müxtəlif siyasi qüvvələr var idi. Bu şəraitdə vahid ideya-siyasi platforma hazırlamaq mümkün deyildi. Ağlar cəbhə arxasında normal mülki idarə yarada bilmədilər. Bu işlə kifayət qədər təcrübəsi olmayan hərbiçilər məşğul olmalı olurdular. Maliyyə təminatları olmadan zorakı müsadirələr əvvəlcə bolşevikləri qovduğu üçün ağlara rəğbətlə yanaşan kəndlilərin tezliklə onlardan üz çevirməsinə səbəb oldu. Real aqrar proqramın olmaması və antibolşevik istiqamətli milli hərəkatlarla əlaqə yaratmağın mümkünsüzlüyü ağ hərəkatın müqəddəratına çox mənfi təsir göstərdi. Xarici

dövlətlər də kifayət qədər yardım göstərməyi bacarmadılar. Müttəfiqlərin maliyyə, silah və paltarla təchizatı məhdud xarakterdə idi və bu döyüş əməliyyatlarına öz təsirini göstərdi.

Vətəndaş müharibəsi və xarici hərbi müdaxilədə sovet hakimiyyətinin qələbəsi, əsasən, güclü qırmızı ordunun yaradılması, ortabab kəndlilərin sovet hakimiyyətinə dönüş etməsi, xarici ölkələrdəki fəhlə sinfinin və digər demokratik qüvvələrin Rusiyadakı sovet hakimiyyətini müdafiə etməsi, rus burjuaziyasının siyasi cəhətdən təcrübəsizliyi və iqtisadi cəhətdən zəifliyi ilə bağlı idi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin