Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


RUSİYA (1922-ci ildən sonra SSRİ) xalq



Yüklə 0,59 Mb.
səhifə29/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   156
avropa amerka tarıxı

RUSİYA (1922-ci ildən sonra SSRİ) xalq təsərrüfatının bərpası dövründə (1921-1925-ci illər) 1921-ci ilin əvvəllərində Sovet Rusiyasının həm beynəl-

xalq, həm də daxili vəziyyəti son dərəcə gərgin idi. Kapitalist dövlətlərinin bir qismi belə hesab edirdilər ki, Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirmək və bu yolla bolşeviklərin sonuna çıxmaq lazımdır. Kapitalist dövlətlərinin digər bir qrupu isə Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyin əleyhinə idi. Onlar deyirdilər ki, fürsət düşən kimi sovet Rusiyasına qarşı yenidən hücuma keçmək lazımdır, bolşeviklərlə heç bir sazişə yol vermək olmaz. Bu meyllərdən gah biri, gah da digəri şəraitdən asılı olaraq üstünlük təşkil edirdi. 1921-ci ilin əvvəllərində Sovet dövləti Pribaltika ölkələri, Finlandiya, Polşa ilə diplomatik münasibətlər yaratdı. 1921-1922-ci illərdə İngiltərə, Almaniya, Norveç, Avstriya, Danimarka, Çexoslo- vakiya, İtaliya ilə ticarət sazişləri bağlandı. Sovet Rusiyası 1921-ci il fevralın 26-da İran, fevralın 28-də Əfqanıstan, martın 16-da Türkiyə, noyabrın 5-də Monqolustanla bərabərhüquqlu müqavilələr bağladı.

Vətəndaş müharibəsində qələbə Rusiyaya çoxlu itkilər hesabına başa gəldi. Əgər 1917-ci ildə Rusiyanın əhalisi 136 mln-dan çox idisə, vətəndaş müharibəsindən sonra 20 mln-a qədər azaldı, təqribən 5 milyon adam əlil oldu. 2 mln-a qədər varlı adamlar xaricə getdilər. Rusiyada 1913-cü illə müqayisədə sənaye məhsulu istehsalı 7 dəfə, neft istehsalı 2,5 dəfə, pambıq parça istehsalı 20 dəfə, daş kömür istehsalı 3 dəfə azaldı. Müharibədən əvvəlkinin 3%-i miqdarında çuqun əridilirdi. Çuqun istehsalına görə Rusiya XVII əsr səviyyəsinə endi. Rusiyaya vətəndaş müharibəsi nəticəsində dəyən maddi zərər isə 39 mlrd rubl oldu. Milli gəlir 1917-ci ildəki 11 milyard rubldan 1920-ci ildə 4 milyard rubla endi. Müharibədən sonra ölkədə həm fəhlə sinfi, həm də kəndlilər acınacaqlı vəziyyətə düşdü. Əhali hərbi kommunizm siyasətindən son dərəcə narazı idi. 1920-ci ilin dekabrında VIII Ümumrusiya sovetlər qurultayı

Qızıl Ordunun tərkibinin 5,3 milyondan 1921-ci ilin yayın ortalarınadək iki dəfə azaldılmasını nəzərdə tutan qərar qəbul etdi. Həmin qurultayda həmçinin Rusiyanın elektrikləşdirilməsi haqqında QOELRO planı tərtib edildi ki, bu plana əsasən Rusiyada 10 il ərzində 30 iri elektrik stansiyasının tikilməsi planlaşdırılırdı.



1921-ci ilin martında RK(b)P-nin X qurultayında yeni iqtisadi siyasətə keçid xətti elan edildi. Həmin siyasətin mahiyyəti fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmləndirmək, kəndlə şəhər arasındakı əlaqələri bəpa etmək, bazar iqtisadiyyatı və sahibkarlığa imkanlar yaratmaq, ölkədəki maliyyə böhranını aradan qaldırmaq, iqtisadiyyatı canlandırmaq idi. Yeni iqtisadi siyasət kapitalizmə qayıtmaq demək idi. Lakin dövlət və istehsalın hakim mövqeləri bolşeviklərin əlində olduğuna görə onlar bu riskə getməkdən qorxmurdular. 1921-ci ildən başlayaraq ölkədə kooperativlərin, xırda, orta sahibkarlığın inkişafına yol açıldı. Kənd təsərrüfatında ərzaq saplağını ərzaq vergisi əvəz etdi. Sapalaqdan fərqli olaraq, ərzaq vergisi kəndliyə yaz tarla işləri başlamazdan əvvəl bildirilirdi. Bu da kəndlidə öz əməyinə maraq yaradır, vergini verdikdən sonra qalan məhsulla istədiyi kimi rəftar edə bilirdi. Ticarət azadlığına yol verildi. Həmçinin icazə verildi ki, dövlətin gücü çatmadığı və ya pis işləyən müəssisələr xaricilərə icarəyə verilsin. Millətlərin faktiki bərabərliyini təmin etmək məsələsi də yeni iqtisadi siyasətin (YİS) ən mühüm vəzifələrindən biri idi. YİS ölkədə 3 mərhə- lədə həyata keçirildi. I mərhələ 1921-1925-ci illəri əhatə etmişdi ki, bu mərhələdə bazar iqtisadiyyatının inkişafına geniş imkan yaradılımışdı. II mərhələ 1926-1929-cu illəri əhatə etmişdiki, bu mərhələdə şəhər burjuaziyası üzərinə hücum başlamış, geniş sənayeləşdirmə həyata keçirilmişdi ki, bundan da məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq idi. III mərhələ 1929-1936-cı illəri əhatə etmişdi ki, bu mərhələdə

kənd burjuaziyası üzərinə hücuma keçilmiş, kənd təsərrüfatının kollektivləşdirilməsi xətti həyata keçirilmiş, sosialist ukladının və idelogiyasının hökmranlığına nail olunmuşdu. Bu mərhələdə yeni iqtisadi siyasət Rusiyası sosialist Rusiyasına, sosializm ukladı isə yeganə uklada çevrildi. Lakin bu sosializm zor gücünə qurulduğu üçün çox vaxt ədəbiyyatda ‘’kazarma sosializmi’’ kimi səciyyələndirilir.

1921-ci ildə Volqaboyu, Ukrayna, Krım, Şimali Qafqazı bürüyən quraqlıq baş verdi ki, bu da dəhşətli aclığa səbəb oldu.

1922-ci ildə Ümumrusiya fövqəladə komissiyası dövlət siyasi idarəsinə çevrildi. 1922-ci ildə həmçinin torpaq cə- miyyətləri təşkil edildi.

1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqı – SSRİ təşkil edildi. 1922-ci ilin dekabrın 30-da SSRİ— nin I Sovetlər qurultayı ittifaq dövləti yaratmaq haqqında Müqavilə və Bəyannaməni təsdiq etdi. Həmin sənədlərə əsasən respublikaların beynəlxalq nümayəndəlik, müdafiə, sərhədlərə yenidən baxma, dövlət təhlükəsizliyi, xarici ticarət, nəqliyyat, büdcə, rabitə, pul dövriyyəsi kimi səlahiyyətləri mərkəzi orqanlara verildi. Bu əslində müttəfiq respublikaların suveren hüquqlarının əlindən alınması demək idi. Onun tərkibinə Rusiya, Ukrayna, Belorusiya, Zaqafqaziya respublikaları daxil oldu. SSRİ mərkəzi icraiyyə komitəsinin sədrləri - Rusiyadan Kalinin, Ukraynadan Petrovski, Belorusiyadan Çervyakov, Zaqafqaziyadan Nərimanov seçildi.

1924-cü ilin yanvarın 31-də SSRİ-nin I konstitusiyası qəbul olundu. Həmin konstitusiyaya görə onun tərkibinə dörd respublika severen dövlət kimi daxil oldu.

1922-1924-cü illərdə SSRİ-də pul islahatı keçirildi. Çervonun qızıl dəyəri sabitləşdi. 1922-ci ildə mülki məcəllə haqqında qanun da verildi. Həmin ildə bütün kilsələrin qızıl əmlakı müsadirə edildi. 1918-ci ilin sonundan Rusiyada mövcud olan bütün partiyaların (bolşeviklərdən başqa)

buraxılması prosesi 1923-cü ildə başa çatdı. Artıq 1923-cü ildə sovetlərin tərkibində bir nəfər də olsun eser və menşevik yox idi. 1923-cü ildə artıq eserlər partiyası da buraxıldı.

1925-ci ildə ölkə iqtisadiyyatında canlanma yarandı. Maliyyə böhranı qismən həll edilmiş oldu. 1923-1924-cü illərdə sənaye məhsulunun artımı 30%-ə bərabər idisə, 1924- 1925-ci illərdə 64% təşkil edirdi. Kənd təsərrüfat malları istehsalı əvvəlki illə müqayisədə 32% çoxaldı. Sənayedə fəhlələrin sayı 1914-cü il səviyyəsinə, yəni 2429 min nəfərə çatdı. 1924-1925-ci illərdə həyata keçirilmiş hərbi islahat Sovet silahlı qüvvələrinin möhkəmləndirilməsində mühüm rol oynadı. 1925-ci ildə bərpa dövrü əsasən başa çatmış oldu.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin