Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Almaniyada faşist diktaturası dövründə daxili siyasət



Yüklə 0,59 Mb.
səhifə25/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   156
avropa amerka tarıxı

Almaniyada faşist diktaturası dövründə daxili siyasət


Versal müqaviləsinin alçaldıcı şərtləri Almaniyada şovi- nizmin təbliğatının genişlənməsinə imkan verdi. Almaniyada faşistlər kutləvi sosial bazaya malik olmağı bacardılar. Bunun əsas səbəbi fəhlələr, kəndlilər və burjuaziyanın səbatsız ünsürlərinin onun dalınca getməsi idi. Faşistlər siyasi cərəyana çevrildilər. Almaniyanın iri maliyyə dairələri faşistləri maliyyə cəhətdən təmin etdilər. Əslində Almaniyada yaranan faşist diktaturası da iri maliyyə maqnatlarının diktaturasından başqa bir şey deyildi. Almaniyada fəhlə sinfinin parçalanması, xüsu- silə komunistlərin sosial-demokratları «nasistlərin mötədil qanadı» adlandırması da bu məsələdə mühüm rol oynadı. Nasional-sosialistlərin gəncləri müdafiə edərək özlərinə onların simasında güclü dayaq yaratmaları, hələ 20-ci illərdə partiya işini yenidən qurmaları, 1928-ci ildə partiyanın ərazi təşkilatlarını yaratmaları, nəinki regionlarda, hətta küçə və məhəllələrdə də partiya özəkləri qurmaları, "pivəxana qiya- mı"ndan sonra seçki yolu ilə hakimiyyətə gəlməyə üstünlük vermələri və bu sahədə təbliğatı genişləndirmələri də onların qələbəsinə imkan yaradan mühüm amillər idi. Dindarlar da nasional-sosialistləri müdafiə etdilər. Almaniyada nasional- sosialistlərin əleyhinə olan qüvvələr zəif idi. Beynəlxalq vəziyyət, ABŞ-ın bu məsələdə bitərəf mövqeyi və Avropada formalaşmış ictimai rəy də nasional-sosalistlərin xeyrinə oldu.

1933-cü yanvarın 30-da Almaniyada faşist partiyasının hakimiyyətə gəlməsi ilə Veymar konstitusiyasının demontajı başladı. Ümumiyyətlə, Almaniyada Veymar konstitusiyası və Respublikası 1933-cü ilin yanvarına qədər qüvvədə qaldı. Faşistlər hakimiyyət başına gəldikdən dərhal sonra demokratik



azadlıqlar üzərinə hücumə keçdilər. Onlar ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıqca terrora başladılar. Onlar öz hərəkətlərinə haqq qazandırmaq üçün 1933-cü il fevralın 27-də Reyxstaqı yandırıb onun təqsirini kommunistlərin üstünə yıxdılar. 1933-cü il fevralın 28-də Hitlerin tələbi ilə Hindenburq "xalqı və dövləti müdafiə etmək" adlı fövqaladə fərman imzaladı ki, bu fərmana əsasən Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqlar ləğv edildi. Əslində Veymar konstitusiyası qüvvədən düşmüş oldu. 1933- cü il martın 5-də yeni növbədənkənar parlament seçkiləri təşkil edildi. Martın 5-də keçirilən seçkilərdə kommunistlər – 5, burjua partiyaları 9, sosial demokratiklər 7 milyondan çox, faşistlər isə 17,5 milyon səs aldılar. Bu hadisə faşistlər tərəfindən "milli inqilab" adlandırıldı. Bu hadisədən sonra faşistlər unifikasiya, yəni vahid şəklə salma siyasəti yeritməyə başladılar. 1933-cü il martın 14-də kommunist partiyasının fəaliyəti qadağan edildi və onun 81 mandat yeri ləğv edildi. 1933-cü ilin mayında həmkarlar ittifaqının fəaliyyəti dayandırıldı. Fəhlələr məcburi surətdə faşist Leyin başçılıq etdiyi "Əmək cəbhəsi"ndə birləşməli idilər. 18 yaşdan 25 yaşa qədər olan gənclər üçün ikiillik əmək mükəlləfiyyəti tətbiq edil- di. Bu müddətdə onları hərbiləşdirilmiş düşərgələrdə saxlayır, istehkamlarda, yollarda və s. tikintilərdə işlədirdilər. Əmək düşərgələrinin yaradılması işsizliyin bir qədər azalmasına gətirib çıxardı və hitlerçilərə gənclərin bir hissəsinə siyasi təsir göstərmək imkanı asanlaşdı. 1933-cü il iyunun 23-də sosial- demokrat, iyulun 24-də isə faşist partiyasından başqa bütün siyasi partiyaların fəaliyyəti qadağan edildi. Ölkədə ancaq Almaniya nasional-sosialist fəhlə partiyasının fəaliyyəti saxlanıldı. Bu ölkədə totalitar rejimin yaranması demək idi.

1933-cü ilin yazı və yayında faşist idarə üsulunun for- malaşması əsasən başa çatdı. Hökumət, şəxsən Hitler qanun vermək hüququ aldı. 1933-cü ilin martında federal dövlətin

tərkibinə daxil olan alman torpaqlarının muxtariyyəti ləğv edildi. Torpaqlara faşist canişinləri başçılıq etməyə başladılar ki, onlar da qaulyayterlər adlanırdı.

1933-cü ildə faşistlər xüsusi mühafizə dəstələri yaratdılar ki, bu da eseslər adlanırdı. Bu mühafizə dəstələrinin rəhbəri Gimmel idi. Bundan başqa gizli polis dəstəsi yaradıldı ki, bu da gestapo adlandı. Gestaponun kadrları eseslərin tərkibindən seçilirdi. Gestaponun rəhbəri Göbbels təyin edildi. Bütün bu tədbirlər Hitlerin tərəfdarlarının bir hissəsində məyusluq hissi doğurdu. Lakin Hitler asanlıqla onların öhdəsindən gəlməyi bacardı. 1934-cü il iyunun 30-u Almaniya tarixinə "uzun bı- çaqlar gecəsi" kimi daxil oldu. Həmin gecə Almaniyanın bir sıra şəhərlərində – Berlin, Münhen, Breslau və digərlərində, həmçinin Lüxtenburq həbsxanasında müxalifət üzərinə aman- sızlıqla hücuma keçildi. Bir gecədə 1000-ə qədər adam həlak oldu. Hitler müxalifətə elə bir dərs verdi ki, bu hadisədən sonra heç kim ona qarşı çıxmağa cəsarət etmədi. Bu hadisədən sonra SA adlanan və hələ 1931-ci ildə yaradılmış hücumçu dəstələrin nüfuzu düşdü. Eseslərin nüfuzu artdı. 1934-cü ilin avqust ayının 2-də prezident Hindenburqun ölümündən sonra Hitler prezident və kansler vəzifələrini birləşdirərək özünü alman millətinin "fürer"i adlandırdı. Reyxstaq və landtaq torpağa gömüldü və heç bir təsirə malik olmadı.

Faşistlər hakimiyyətə gəldikdən sonra yəhudilər üzərinə hücuma keçdilər. 1933-cü ildə yəhudilərin müəssisələri baykot edilməyə başlandı. 1935-ci ildə onları alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar verildi. 1938-ci ilin noyabrın 9-dan 10-a keçən gecə yəhudi qırğını təşkil edildi (bu

«büllur gecə» əməliyyatı adlanır). Almanlar marksizm-leninizm klassiklərinin bütün əsərlərini küçələrə tökərək yandırmağa başladılar. "Hayl Hitler" salamlaşma formasına çevrildi. Onlar güclü təbliğat maşınından da istifadə edirdilər.

Alman faşizmi yüksək inkişaf etmiş kapitalist ölkəsində hakimiyyət başına gəlmişdi. Hitler diktaturası inhisarçı kapita- lizmin sosial-siyasi əsasları üzərində quruldu və tezliklə iqtisa- diyyatın dövlət tərəfindən tənzim edilməsi tədbirləri sistemini işləyib hazırladı. Bu məqsədlə Almaniyada 18-ə qədər inhisarı birləşdirən Alman təsərrüfat baş şurası təşkil edildi.

1934-cü ilin fevralın 27-də "Alman iqtisadiyyatının üzvü qurulmasına hazırlıq haqqında" qanun qəbul edildi. Yenidənqurma işləri beş əsas istiqamətdə getməyə başladı: 1) hərbi xammal bazalarının yaradılması, 2) hərbi sənayenin sürətlə inkişaf etdirilməsi, 3) Əmək ehtiyatlarının yaradılması,

4) ərzaq bazalarının yaradılması, 5) bütün ölkəni tənzimedən və hərbiləşdirən orqanların yaradılması.

1936-cı ilin sentyabrında Nürnberqdə Alman nasional- sosialist fəhlə partiyasının qurultayında dördillik plan qəbul edildi ki, bundan da məqsəd alman iqtisadiyyatını müharibəyə hazırlamaq idi. İ.Gerinqin başçılığı altında iqtisadiyyatın tən- zimlənməsinin yeni sistemi təşkil edildi.

Bütün ölkənin iqtisadiyyatında "fürerçilik" sistemi tətbiq olundu. Müəssisə və sənaye sahələrinin başında duran kapita- listlər "fürer" elan edildilər və müvafiq dərəcələrə bölünərək dövlət hakimiyyətinin nümayəndəsi səlahiyyətini aldılar. Nasist başçıları ən iri konsernlərin səhmlərinin sahibləri oldular. Belə- liklə, inhisarların gücü faşist dövlətinin gücü ilə birləşdirildi. Hitler Almaniyasında dövlət-inhisarçı kaptalizminin əsas xüsusiyyəti müharibəyə hazırlıq məqsədi ilə dövlət tərəfindən bütün iqtisadiyyatın ümumi nizamlanması oldu. 1934-cü ildə verilən «Milli əməyin nizama salınması haqqında» qanuna əsasən bütün müəssisələrdə Alman nasional-sosialist fəhlə par- tiyasının özəkləri yaradılmış oldu. 1932-ci ildə əgər hərbi xərc- lər büdcənin 7%-ni təşkil edirdisə,1938-ci ildə bu rəqəm 32% oldu. 1933-1939-cu illərdə hərbiyə 90 milyard marka pul xərc- ləndi.

Ümumiyyətlə, Almaniya 1939-cu ildə dünya sənaye məhsulunun 15%-ni verirdi və ABŞ-dan sonra kapitalist ölkələr içərisində ikinci yeri, Avropada isə birinci yeri tutdu.

Gənclərin böyük bir hissəsi "Hitlerçi gənclər", "Gənc millət", "Alman qızları ittifaqı" və başqa təşkilatlara daxil ola- raq əxlaqın və vicdanın mənasızlığı, "böyük reyxin" mənafeyi naminə hər cür zorakılığa yol verilməsi haqqında faşist nəzə- riyyəsini mənimsəyirdilər.

Hitlerçilər kollektiv müqavilələr sistemini ləğv etdilər, fabrik-zavod komitələrini dağıtdılar. Fəhlələrə iş yerini də- yişmək qadağan olunurdu, sahibkarlar iş gününü 14 saata qədər uzatmaq hüququ alırdılar. İnhisarların möhkəmlənməsi xırda və orta sahibkarların kütləvi surətdə yoxsullaşmasına gətirib çıxartdı. "İrqi" yoxlanışdan sonra onların bəzilərinə dövlət və ya partiya aparatında sərfəli yer verilirdi.

Görülən bütün tədbirlər nəticəsində Almaniyada həm fa- şist partiyası üzvlərinin sayı, həm də fəhlələrin sayı artdı. 1930- cu ildə faşist partiyası üzvlərinin sayı cəmi 130 min nəfər idisə, 1933-cü ildə 300 minə, 1939-cu ildə 1 mln, 1945-ci ildə 6 mln- a çatdı. Bu partiyanın üzvlərinin 2/3 hissəsi fəhlələr və xırda burjuaziya, cəmisi 10%-ni isə varlı sinfin nümayəndələri təşkil edirdi. Fəhlə sinfinin sayı 1939-cu ildə 20,8 mln nəfərə yaxın idi ki, onun da 30%-ni qadınlar təşkil edirdi.

Hitlerçilərin aqrar siyasəti iri mülkədar torpaq sahib- liyinin və kənd burjuaziyasının müdafiəsində ifadə olunurdu. 1933-cü ilin sentyabrın 29-da verilmiş "İrsi həyətlər" haqqında qanun irsən yalnız böyük oğula keçən orta və iri kəndli təsər- rüfatlarının satılmasını və ya parçalanmasını qadağan edirdi. Kənd varlılarının timsalında faşistlər möhkəm dayaq əldə etdilər. Onlar torpaqsız kəndlilərə Şərqdə "daimi baş torpaqlar"ı işğal etdikdə pay torpaqları verməyi vəd edirdilər.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin