Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Almaniya Noyabr inqilabından sonrakı ilk illərdə



Yüklə 0,59 Mb.
səhifə22/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   156
avropa amerka tarıxı

Almaniya Noyabr inqilabından sonrakı ilk illərdə


(1919-1923-cü illər)

Konstitusiya qəbul ediləndən sonra da Almaniyada inqi- labi əhval-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, Almaniyada həm millətçilik, həm də sosializm ideallarına sədaqət çox güclüdür. Ona görə də 1921-ci ildə onlar bu partiyanın adını dəyişdirərək Almaniya nasional-sosialist fəhlə partiyası adlandırdılar. Ümumiyyətlə, Almaniya faşistləri özlərini faşist yox, «nasist» adlandırırdılar. 1921-ci ildən bu partiyaya Adlolf Hitler başçılıq etməyə başladı.Onun həqiqi adı

Adolf Şkilqruberdir. O, Avstriyanın Braunau şəhərində anadan olmuş və 1932-ci ilə qədər Avtsriya vətəndaşlığını saxlamışdır. O, marksizm, sionizm, pasifizmin düşməni olsa da, sosializm ideyalarından istifadə edərək özünə geniş sosial baza yaratmağa çalışırdı.

Adolf Hitler 1914-cü ildə Birinci dünya müharibəsi başla- yarkən könüllü müharibəyə getmiş, yaralanmış, yefreytor rütbəsi almışdır. O, belə hesab edirdi ki, müharibədə Alma- niyanın məğlubiyyətinin əsas səbəbi yəhudilərin pozuculuq siyasəti və xəyanəti, həm də Almaniya sosial-demokratiyasının alman xalqına arxadan zərbə vurmaları olmuşdur. Almaniya nasional-sosialist fəhlə partiyası XX əsrin iyirminci illərinin əvvəllərində fəhlə hərəkatına təsir etmək qüvvəsinə o qədər də malik deyidi və miskin bir varlığa bənzəyirdi.

Versal sülhü və Veymar konstitusiyasına münasibət iki istiqamətdə özünü göstərirdi. Bunlardan biri liberal, ikincisi mühafizəkar istiqamət idi. Liberal istiqamət tərəfdarları belə hesab edirdilər ki, mövcud şəraitlə barışmaq vacibdir. Beymar konstitusiyası çərçivəsində hərəkət edib Versal sülhünün şərtlərini Almaniya üçün yumşaltmaq lazımdır. İkinci istiqamət tərəfdarları isə belə hesab edirdilər ki, bunların heç biri ilə barışmaq lazım deyil, Almaniyada monarxiyanı yenidən bərpa etmək lazımdır. Bu məqsədlə 1920-ci ilin martın 13-də Bava- riya mülkədarı Kappın başçılığı ilə Berlində qiyam baş verdi. Qiyamçılar Milli Məclisin buraxılmasını, yeni prezident seçkiləri keçirilməsini, reyxsverin ixtisarından imtina edilməsini, hərbi canilərin Antanta ölkələrinə verilməsini tələb edirdilər. Hökumət bu ultimatumu rədd etdi. Qiyam o qədər güclü idi ki, hökumət Ştutqarta qaçmalı oldu. Lakin Berlin fəhlə sinfinin qətiyyətli mövqeyi qiyamın yatırılmasına və hökumətin Berlinə qayıtmasına səbəb oldu. Almaniyada monarxiyanın bərpası məsələsinə birdəfəlik son qoyulmuş oldu. Hökumətə Bauer başçılıq etməyə başladı.

1920-ci ilin iyununda keçirilən parlament seçkilərində burjua partiyaları 58% səs alaraq çoxluq təşkil etdilər. Katolik Mərkəz partiyasının liderlərindən olan Ferenbaxın başçılığı altında hökumət təşkil edildi. Onun tərkibinə sosial- demokratlar daxil olmadılar. Bu hökumətin dövründə Almaniya ilə ABŞ arasında 1921-ci il avqustunda separat sülh bağlandı. 1921-ci ilin noyabrında keçirilən parlament seçkilərində hökumətə Katolik Mərkəz partiyasından olan Virt gəldi. Onun dövründə müharibədən məğlub, iqtisdiyyatı dağılmış vəziyyətdə çıxmış Almaniya öz qəddini düzəltmək üçün yollar axtarmağa başladı. Qaliblər arasındakı ziddiyyətlərdən istifadə edən Almaniya 1922-ci ilin aprelin 16-da İtaliyanın Rapollo şəhərində Sovet Rusiyası ilə müqavilə imzaladı. Bu, Al- maniyanın diplomatik və iqtisadi təklənməkdən xilas olmaq yolunda atdığı ilk addım idi.

Almaniyada sosial-siyasi sabitlik yaratmaq o dövrün ən mühüm vəzifəsi idi. 1922-ci ilin noyabrından Almaniya hökumətinə Kuno başçılıq etdi. Bu dövrdə ən xarakterik hadisə 1923-cü ilin yanvarında Belçika və Fransa dövlətinin Almaniyaya qoşun yeritməsi oldu. Buna bəhanə isə Almaniyanın təzminat verməsini gecikdirməsi idi. Hökumət çətin vəziyyətdə qaldığına görə passiv itaətsizlik kampaniyasını irəli sürdü. Almaniyanın kömür ehtiyatlarının 72%-i, çuqun və polad ehtiyatının 50%-i Fransa və Belçika qoşunlarının soxulduğu Rur hövzəsində idi. Almaniya ciddi maliyyə və iqtisadi böhranla qarşılaşdı. Əgər 1919-cu ildə Almaniyada bir dollar on dörd marka təşkil edirdisə, 1923-cü ildə bir dollar yüz doqquz min markaya bərabər idi. Almaniya hökumətinin bu ağır vəziyyəti İngiltərə və ABŞ hökumətinin ciddi narahatlığına səbəb oldu və onların ciddi təzyiqi nəticəsində Fransa və Belçika qoşunları 1923-cü ilin sonunda Almaniya ərazisini tərk etdilər. 1923-cü ilin avqustunda Kuno hökuməti istefa verdi və hökumətə Almaniya xalq partiyasının lideri olan Ştrezeman

başçılıq etməyə başladı. 1923-cü ilin dekabrında katolik mərkəz partiyasından olan Vilhelm Marks «Kiçik koalisiya hökuməti» təşkil etdi. 1923-cü ilin dekabrından 1924-cü ilin fevralınadək

75 fövqaladə qanun qəbul edildi. Mühasirə vəziyyəti ləğv edildi. Kommunist partiyası açıq fəaliyyətə keçdi. «Rentabelli iqtisadiyyata keçid proqramı» elan edildi. İş günü 9-12 saata çatdırıldı. İşsizləri işlə təmin etmək üçün yeni iş yerləri açıldı. Əlillərə pensiya verildi. Müharibədə ziyan çəkmiş müəssisələr kompensasiya aldılar.

1924-cü ilin əvvəllərindən isə hökumətə sosial-demokrat Lüter başçılıq etdi. 1923-cü ildə Almaniyanın Saksoniya, Bavariya, Trungiya torpaqlarında xalq hərəkatı güclənhdi. Hətta Hamburqda üsyan baş verdi. Bu vəziyyətdən istifadə edən faşistlər yenidən fəallaşdılar. 1923-cü ilin noyabrın 8-də Münxendə pivəxanalardan birində Hitlerin başçılıq etdiyi faşistlər qiyam təşkil etmək haqqında qərar qəbul etdilər. Lakin məğlub oldular. Bu qiyam tarixə «pivəxana qiyamı» kimi daxil oldu. Hitler isə beşillik həbs cəzasına məhkum edildi, lakin cəmi 6 ay yatdı. Bu müddətdə silahdaşları Moris və Gessə

«Mənim mübarizəm» kitabını diktə edib yazdırdı. Faşistlər ona görə hakimiyyətə gələ bilmədilər ki, o dövrdə Almaniya bur- juaziyasının faşistlərə ehtiyacı yox idi. Alman sosial demok- ratları burjuaziyaya hakimiyyətlərini gücləndirməkdə kömək edirdi. Sosial-demokratlar xalqı inandırırdılar ki, sosial isla- hatlar yolu ilə fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq müm- kündür.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin