Fransa İKinci Dünya müharibəsi ərəfəsində və illərində
İkinci dünya müharibəsi ərəfəsində Avropada yaranmış mürəkkəb şərait Fransanın xarici siyasətində də öz əksini tapmışdı. Bu dövrdə Fransanın xarici siyasətində iki meyl özünü göstərirdi. Bu meyllərdən biri SSRİ ilə münasibətləri yaxşılaşdırmaq, Fransanın müstəqilliyini qoruyub saxlamaq idi. İkinci meyl faşist Almaniyasına güzəştə getmək, onu "sakit- ləşdirmək" meyli idi. İkinci meylin tərəfdarları belə hesab edirdilər ki, Almaniyanın diqqətini Şərqə yönəltmək və SSRİ ilə müharibəyə cəlb etmək lazımdır. Birinci meylin tərəfdarları
1936-cı ilə qədər Fransa siyasətində nisbətən üstün mövqe tuturdular. Məhz bunun nəticəsi idi ki, 1935-ci il mayın 2-də Fransa ilə SSRİ arasında qarşılıqlı yardım haqqında müqavilə bağlandı və 1936-cı ilin mayında o,Fransa parlamentində ratifikasiya edildi. Jorj Bonne xarici işlər naziri olduqdan sonra Almaniyaya meyl gücləndi. Bu özünü ən çox Münhen sövdə- ləşməsində göstərdi. İdeologiyadakı müxtəliflik Fransanın SSRİ ilə faşizmə qarşı birgə mübarizəsinə mane oldu. Avropa- da sərhədləri dəyişdirmək iddiasında olan Almaniyanı sakitləş- dirmək siyasəti Fransanı İkinci dünya müharibəsinə sürüklədi.
1939-cu il sentyabrın 3-də Fransa Almaniyaya müharibə elan etdi. 1939-cu il sentyabrın 6-da “Hərbi vəziyyətə uyğun olaraq istehsalın qurulması haqqında dekret” verildi. 1939-cu ilin noyabrın 18-də isə “şübhəlilər haqqında” dekret verildi. 1940-cı ilin mart ayında 620 həmkarlar təşkilatı buraxıldı. Baş nazir Daladye 1940-cı il martın 20-də istefaya çıxdıqdan sonra onun yerini Demokratik Alyansın lideri Pol Reyno tutdu. İyunun 7-də Reyno Fransa uğrunda mühbarizənin başlandığını bildirdi. İyunun 9-da Almaniya ordusu Sena çayına yaxınlaşdı. İyunun 10-da İtaliya da Fransaya müharibə elan etdi. Müqavimətin nəticəsi olmadı. İyunun 14-də Hitler ordusu Parisə girdi. İyunun 16-da Reyno istefaya getdi. Yeni hökuməti Peten təşkil etdi. İyunun 22-də Fransa nümayəndə heyəti Kompyen meşəsində danışıqsız təslimolma aktını imzaladı. Iuylun 24-də Fransa ilə İtaliya arasında barışıq sazişi imzalandı.
Fransa ərazisinin 2 hissəsi işğal edilir, hərbi gəmiləri Almaniya 3
və İtaliyaya verilirdi. 1,5 milyon fransız Almaniyada sülh müqaviləsi imzalanana qədər saxlanılmalı idi. Almaniya ordusu 3 min fransız təyyarəsini, 5 minə yaxın tankını aldı. Ölkənin cənub departamentləri Almaniya ilə əməkdaşlıq edən Peten hökumətinin nəzarətində qaldı.
İşğal olunmuş ərazilərdə sabitliyi qorumaq məqsədilə Peten hökuməti 100 minlik “barışıq ordusu” saxlaya bilərdi.
Fransanın cənubundakı Menton şəhəri yaxınlığındakı rayonları işğal edən İtaliya fransız silahlarını ələ keçirdi. Bunula belə, Fransa Afrikadakı müstəmləkələrində tam nəzarəti saxladı.
1940-cı il iyunun 18-də Londonda olan general Şarl De Qoll radio ilə çıxış edərək işğalçılara qarşı mübarizəni davam etdirəcəklərini bildirdi.
1940-cı ilin iyununda Peten hökuməti İngiltərə ilə münasibətləri kəsdi.
Üçüncü respublikanın buraxılması haqqında qanun əksəriyyət səslə qəbul edildi. Peten Fransa respublikasının şüarları olan “Azadlıq”, bərabərlik, qardaşlıq” v s. əvəzinə “Əmək, Ailə, Vətən” şüarlarını irəli sürdü. Ölkə Fransa dövləti adlandırıldı. Prezident vəzifəsi ləğv edildi. Yeni hökumət “Vişi rejimi”adlandırıldı. Almaniya ilə əməkdaşlıq barədə razılığın alınması hökumətin kollaborasionist siyasət yeritdiyini rəsmiləşdirmiş oldu. Bunu əksinə olaraq Şarl De Qoll fəaliyyyətini gücləndirdi. 1940-cı ilin oktyabrın 7-də Şarl De Qoll Brazzavildə Respublikanın müdafiə şurasının yaradıldığını elan etdi.
1942-ci il aprelin 19-da Darlanın istefasından sonra Laval hökumətin başçısı vəzifəsini tutdu. Peten hökuməti strateji məqsədinin beynəlxalq kapitala və sosializmə qarşı mübarizə olduğunu elan etdi və bunu “Milli inqilab” adlandırdı.
Əmək münasibətləri sahəsində başlıca məqsəd sosial ziddiyətləri aradan qaldırmaq idi. Kənd təsərrüfatında kooperativlər yaradıldı. Korporasiyalar daxilində və onların arasında münasibətləri tənzimləmək üçün “Əmək xartiyası” işlənib hazırlandı. Tətillər və işçiləri işdən azad etmək qadağan olundu.
“Vişi rejimi” ölkədə “xristian sivilizasiyasını dirçəltmək” proqramını elan etdi. Çoxuşaqlı ailələrə yardımlar edildi. Demoqrafik siyasətə xüsusi diqqət yetirildi. Yəhudilər üzərində polis nəzarəti qoyuldu. Hökumətin siyasəti fransız
hakimiyyətinin faşistləşdirilməsinə yönəlsə də, Fransada kütləvi hərakat üçün sosial baza yox idi. Rejimin başlıca dayağı “Veteranlar legionu” oldu. Hökumətin əlaltı dövlətə çevrilmək siyasəti xalqın narazılığına səbəb oldu. 1944-cü ildə Fransa sənayesinin 80%-i Almaniyanın sifarişlərini yerinə yetirirdi. Peten hökuməti yeni konstitusiya aktı verərək daxili və xarici siyasətə rəhbərliyi öz əlinə aldı. Lakin bu tədbir müqavimət hərakatını dayandıra bilmədi.
1941-ci ilin sentyabrında Şarl De Qolll Fransız Milli komitəsini yaratdı. Bir il sonra bu komitə “Döyüşən Fransa” adını aldı. 1943-cü il iyunun 3-də Əlcəzairdə təşkil edilən Fransa Milli Azadlıq Komitəsi hökumət orqanı kimi müttəfiqlər tərəfindən tanındı. 1944-cü ilin fevralında Fransa ərazisindəki müqavimət qüvvələri “Fransa daxili qüvvələri”ndə cəmləşdirildi. Xalq işğalçılara qarşı mübarizədə antifaşist qüvvələri müdafiə etdi. “Vişi hökuməti” məğlubiyyətə uğradı. Onun üzvlərinin əksəriyyəti həbs edildi. 1944-cü il avqustun 25-də Paris üsyançılara təslim olan gün Şarl De Qoll paytaxta gəldi. 1944-cü ilin sonuna qədər bütün Fransa ərazisi faşistlərdən təmizləndi.
Dostları ilə paylaş: |