Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Fransada faşizmə qarşı mübarizə



Yüklə 0,59 Mb.
səhifə18/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   156
avropa amerka tarıxı

Fransada faşizmə qarşı mübarizə


XX əsrin 30-cu illərinin II yarısında Fransanın siyasi hə- yatında mühüm yeri faşizmə qarşı mübarizə təşkil edirdi.

Fransada faşizmin ilk təşkilatları- XX srin 20-ci illərində yaradılmışdı. Bunlardan ən təhlükəlisi 1927-ci ildə De lya Rok tərəfindən təşkil edilmiş və tərkibində 350 minə qədər adamı birləşdirən "Odlu xaç" cəmiyyəti idi. Bu cəmiyyət hətta özünün aviasiyasına da malik idi. Bu cəmiyyət Birinci Dünya mühari- bəsinin Fransa üçün nəticələrindən narazı qalan hərbiçilərin

əksəriyyətini öz tərkibində birləşdirmişdi. Digər faşist təşki- latlarından biri də "Fransa həmrəyliyi" təşkilatı idi. Onun əsa- sını milyonçu Koti və faşistpərəst general Peten qoymuşdur. 1934-cü ildə Kotinin ölümündən sonra o dağıldı. 1933-cü ilin sentyabrında kapitan Byukar tərəfindən "Fransaçılar" təşkilatı yaradıldı. O, öz təşkilatını italyan faşzminə bənzədirdi. "Fransa- çılar" azadlıq, qardaşlıq, bərbərlik əvəzinə qayda-qanun, inti- zam tərəfdarı olduqlarını bildirirdilər. Onların "Mavi köynək- lilər" adlı hərbi dəstləri də vardı. Onlar Fransanın demokratiya ənənələrini yaşadan bir ölkə olduğunu bildiklərinə görə açıqca demokratiyaya qarşı çıxmır və belə hesab edirdilər ki, Fransa demokratiyasını şiş xəstəliyinə bənzəyən sosializm və kommu- nizmdən azad etmək lazımdır. Fransız faşizminin də sosial bazası Almaniyada və İtaliyada olduğu kimi xırda burjuaziya və klerikal din xadimləri idi. Onun maliyyə mənbəyi isə inhi- sarçılar və maliyyə burjuaziyası idi.

Faşizmə qarşı mübarizə aparmaq üçün Fransada hələ 1932-1933-cü illərdə Amsterdam-Pleyer təşkilatı yaradılmışdı. 1933-cü ildə Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra Fransada faşistlər qüvvətləndi və hakimiyyətə gəlmək fikrinə düşdülər. Lakin onların bu məqsədinin həyata keçirilməsi üçün real imkan yox idi. Bunun səbəbləri isə ilk növbədə onunla əlaqədar idi ki, Almaniya və İtaliyadan fərqli olaraq, Fransada faşizm o qədər də geniş sosial bazaya malik deyildi. Almaniya və İtaliyadakı kimi Fransada revanş, yəni qisas hissi Birinci dünya müharibəsindən qalib dövlət kimi çıxdığı üçün güclü deyildi. Almaniyadan fərqli olaraq, Fransada şovinizm təbliğatı üçün əsas yox idi. Fransada iqtisadi böhran Almaniyadakı kimi dərinə getməmişdi. Fransa əsrlərdən bəri öz xalqını demokratik ənənələr ruhunda tərbiyə etmişdi. Fransız burjuaziyası parlamentarizmin və demokratik ənənələrin tərəfdarı idi. Ona görə də xalq faşizmə tərəfdar çıxmadı.

1934-cü ilin fevralında faşistlər hakimiyyəti ələ almağa cəhd etdilər. Bunun üçün bəhanə Stavisskinin işi oldu. Stavisski Parisdə ən məşhur lombardlardan birinin rəhbəri idi və İspaniyada burjua inqilabı baş verərkən Fransaya gələn ispan varlıları öz brilliant və bahalı daş-qaşlarını onun lombardına qoymuşdular. Lakin tezliklə məlum olmuşdur ki, həmin bril- liant və bahalı qaşlar dəyişdirilmiş, adi qaşla əvəz olunmuşdur. İşin üstü açılarkən onun bir ucu Fransanın hökumət və dövlət məmurlarına çıxırdı. Bu hadisə Fransız xalqının çox böyük narazılığına səbəb oldu. Bu narazılıqdan istifadə edən faşistlər 1934-cü il fevralın 6-da deputatlar palatasının yerləşdiyi Burbonlar sarayına hücum etdilər. Onların cəhdinin qarşısı alındı. 1934-cü il fevralın 12-də 4.5 mln nəfərin iştirak etdyi ümumi tətil göstərdi ki, fransız xalqı faşizmin hakimiyyətə gəlməsinə yol verməyəcəkdir. 1934-cü ilin fevralında faşistlər əleyhinə çıxışlar Xalq Cəbhəsinin yaradılmasını sürətləndirdi. 1934-cü ilin iyulun 27-də kommunistlərlə sosialistlər arasında “Faşizmə və müharbə təhlükəsinə qarşı birgə mübarzə haqqında” pakt imzalandı. 1930-cu ildən Fransa kommunist partiyasına başçılıq edən Moris Tores 1934-cü ilin oktyabrında "uzanmış əl" platformasını irəli sürərək bütün demokratik partiyaları faşizmə qarşı sülh, azadlıq və çörək uğrunda birləşməyə çağırdı. 1935-ci ilin mayında Fransa parlamentində kommunistlər, radikallar və sosialistlər partiyası xalq cəbhəsi təşkil etmək haqqında birgə qərara gəldilər.

1935-ci il iylun 14-də Fransanın milli bayramı – Bastiliya qalasının alınması günü münasibətilə keçirilən nümayişdə sosialistlərin, kommunistlərin və radikalların ardınca gedən kütlələr faşizmə qarşı mübarizədə birliyi bir daha nümayiş etdirdilər. Həmin gün Xalq Cəbhəsinin yaradılması reallaşdı. Xalq Cəbhəsinin proqramında həm siyasi, həm də iqtisadi məsələlər öz geniş əksini tapmışdır. Siyasi tələblərin birinci bölməsi "Azadlığın müdafiəsi" adlanırdı ki, burada ümumi

aministiya, faşist cəmiyyətlərinə qarşı mübarizə, səmərəli tərksilah və qanuna müvafiq olaraq yarımhərbi hissələrin buraxılması, fitnəkarlıq, qətl və yaxud dövlətin təhlükəsizliyinə qəsd edildiyi halda qanunla nəzərdə tutulan tədbirlərin görülməsi, həmkarlar ittifaqlarının azadlıqları ilə bağlı hüquqlarının tətbiq edilməsi və onlara riayət olunması, qadınların əmək hüquqlarına əməl olunması məsələləri öz əksini tapmışdı.

Siyasi tələblərin II bölməsi "Sülhün müdafiə edilməsi" adlanırdı ki, bu bölmədə sülhün qorunub saxlanmasında bütün xalqların əməkdşlıq etməsinə çağırış, təcavüzkarın müəyyənləş- dirilməsi və təcavüzkarlıq edildiyi halda sanksiyaların dərhal və həmrəyliklə tətbiqi, kollektiv təhlükəsizliyi təmin etmək məqsədi ilə Millətlər Cəmiyyəti çərçivəsində beynəlxalq əmək- daşlıq, hərbi sənayenin milliləşdirilməsi və xüsusi silah al- verinin ləğv edilməsi, Şərqi və Mərkəzi Avropada Fransa-SSRİ müqaviləsi prinsiplərinə uyğun olaraq hamı üçün açıq olan paktlar sisteminin yaradılması məsələsi açıqlanmışdı.

Xalq Cəbhəsinin proqramının "İqtisadi tələblər" hissə- sində isə böhranın heçə endirdiyi, yaxud zəiflətdiyi alıcılıq qabiliyyətinin bərpa edilməsi üçün istehsalçılar və istehlakçı- lardan möhtəkirlərin aldığı töycülərin ləğv edilməsi məqsədilə taxıl satışı üzrə milli vasitəçilik bürosunun yaradılması, əmlakın icbari surətdə siyahıya alınmasının ləğv edilməsi və borc yükünün yüngülləşdirilməsi, qənaət edilmiş pulun qarət edilməsinə qarşı mübarizə, kreditin ən yaxşı təşkil edilməsi, maliyyənin sağlamlaşdırılması məsələsindən bəhs edilirdi.

1934-1936-cı illərdə Fransada beş hökumət dəyişikliyi oldu. Hökumət əvvəl Q.Dumerq, sonra Pyer Etyen Flanden, 1935-ci ilin iyunundan 1936-cı ilədək Laval başçılıq etdi.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin